Skip to content
12.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Bakının Avtobus İşgəncəsi: Kağız Üzərində İşləyən AYNA!
  • CƏMİYYƏT

Bakının Avtobus İşgəncəsi: Kağız Üzərində İşləyən AYNA!

admin 12.06.2026
1781243081_1781204832_1

Paytaxtın ictimai nəqliyyat sistemi artıq sadəcə bərbad vəziyyətdə deyil, bu sistem vətəndaşların əsəblərini, sağlamlığını və insani ləyaqətini hər gün ayaqlar altına atan bir rəzalət mərkəzinə çevrilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə bu rəzaləti sadəcə kənardan izləyir.
Camaatın cibini soymaq üçün şəhərin hər küncünü pullu parking xətləri ilə bəzəməyi mükəmməl bacaran bu qurum, nədənsə marşrut xətlərindəki biabırçılıqlara gələndə kor, kar və lallıq nümayiş etdirir.
AYNA-nın fəaliyyəti deyilən quru anlayış, görünür, yalnız rəngli boyalarla asfaltı xətləməkdən və cərimə yazmaqdan ibarətdir!
​Hər gün pik saatlarda eyni kabusu yaşayırıq: gəlmək bilməyən marşrutlar, süni şəkildə uzadılan intervallar və dayanacaqlarda çürüyən yüzlərlə sərnişin.
Nəhayət, avtobus gələndə isə içəri daxil olmaq yox, birtəhər “soxulmaq” lazım gəlir. İnsanlar salonlarda elə basırıq, elə bir-birinin kürəyinə sıxılmış vəziyyətdə gedirlər ki, nəinki tərpənmək, nəfəs almaq belə möcüzəyə çevrilir.
AYNA rəhbərliyinin masa arxasında oturduğu yerdən bəh-bəhlə elan etdiyi “optimallaşdırma” və sərnişin daşınması islahatlarının acı reallığı bax budur: xaos, əsəb və keyfiyyətsizlik.
​Qaydalara, qanunlara əsasən iyunun 1-dən etibarən bütün avtobuslarda kondisionerlər mütləq şəkildə qoşulmalı idi.
Amma qanunu kim sayır, AYNA-ya kim tabe olur?
Dünən şəxsən özüm 61 və 79 nömrəli marşrut xətlərində oldum. Qarşılaşdığım mənzərə sözün əsl mənasında dəhşət idi! Kondisioner deyilən şeydən əsər-əlamət yoxdur.
Avtobusun içi 40 dərəcəlik isti qazanını xatırladır. İnsanlar bərbad havasızlıqdan boğulur, təzyiqi olan yaşlılar, azyaşlı uşaqlar hər an huşunu itirmək, infarkt keçirmək təhlükəsi ilə üz-üzə qalırlar. Vətəndaşın sağlamlığı daşıyıcı şirkətlərin yanacaq pullarına qənaət ambisiyalarına qurban verilir!
​Bu dözülməz vəziyyətlə bağlı AYNA-nın Mətbuat xidmətinin rəhbəri Tural bəylə əlaqə saxladıq. Aldığımız cavab isə hər il verilən, artıq hamını bezdirən şablon və məsuliyyətdən qaçan kağız parçası cavabından başqa bir şey deyil:
​”Hər il olduğu kimi, bu il də yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilib.
Daşıyıcılara zəruri hazırlıq tədbirlərinin görülməsi barədə tapşırıq verilib. Bu il də havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün soyutma və havalandırma sistemlərinin texniki cəhətdən işlək vəziyyətdə saxlanılması, hava şəraitinə uyğun tənzimlənməsi tapşırılıb.”
​Bu açıqlama dövlət qurumunun öz acizliyini və səriştəsizliyini etiraf etməsindən başqa bir şey deyil! Bu cavabdan açıqca bəlli olur ki, AYNA rəhbərliyi üçün fəaliyyət sadəcə daşıyıcılara məktub göndərib “vəzifəni icra etdim” deməkdən ibarətdir. Bəs nəzarət mexanizmi haradadır?
Sən rəsmi qurum olaraq tapşırıq verirsən, amma daşıyıcı şirkət sənin tapşırığına tamamilə məhəl qoymur, sərnişini istidə qovurur və sən buna seyirci qalırsan!
​Belə çıxır ki, AYNA rəhbərliyinə öz verdiyi tapşırıqların icra olunub-olunmaması ümumiyyətlə maraqlı deyil. Şirkətlər özbaşına, idarəçilik bərbad, qurum isə məsuliyyətsizdir!
Əgər sizin sözünüzün daşıyıcı qarşısında bir çəkisi yoxdursa, əgər göndərdiyiniz məktublar sadəcə kağız üzərində qalırsa, onda siz o kreslolarda niyə əyləşmisiniz?
​Gediş haqlarını qaldırmağa gələndə “avtobus parkı yenilənir, xidmət keyfiyyəti artırılır” nağıllarını danışanlar, bu gün milləti avtobuslarda heyvan kimi daşıtdırırlar.
Vətəndaş gediş haqqını qəpiyinə kimi ödəyirsə, qarşılığında normal, insani xidmət tələb etmək hüququna malikdir. AYNA rəhbərliyi hesabatlarda virtual uğurlar bəzəməyi buraxmalı, xətlərə çıxıb millətin hansı zilləti çəkdiyini gözləri ilə görməlidir.
Tələbimiz qətidir: qaydalara əməl etməyən, kondisioneri yandırmayan daşıyıcılar rəsmi məktubla yox, ən ağır sanksiyalar və xətlərin əllərindən alınması ilə cəzalandırılmalıdır! Biz bəhanə yox, nəticə gözləyirik!
Sima Babayeva
TEREF

 

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Mingəçevirdə başçının ŞÜBHƏLİ ORTAQLARI – Bir araşdıran olsa…
Next: Keçmiş köçkünü “Prior Leasing” MMC aldadıb

OXŞAR MÖVZULAR

1781250929_screenshot-2026-06-12-115342
  • CƏMİYYƏT
  • ÖLKƏ

Dövlət büdcəsini DƏDƏ MALI ilə qarışdırır… – BUNUN BAŞQA ADI YOXDUR…

admin 12.06.2026
1781246321_screenshot-2026-06-12-103804
  • CƏMİYYƏT

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib – Araşdırma BAŞLANILDI

admin 12.06.2026
1781249675_screenshot-2026-06-12-113244
  • CƏMİYYƏT
  • ÖLKƏ

Keçmiş köçkünü “Prior Leasing” MMC aldadıb

admin 12.06.2026

XƏBƏR LENTİ

ABŞ Konqonun dünya çempionatında iştirakına icazə verib 5
  • İDMAN

ABŞ Konqonun dünya çempionatında iştirakına icazə verib

admin 12.06.2026
Konqo Demokratik Respublikası millisinin futbolçularına və məşqçilər heyətinə dünya çempionatında iştirak etmək üçün ABŞ-yə giriş icazəsi verilib....
DAVAMI Read more about ABŞ Konqonun dünya çempionatında iştirakına icazə verib
İlham Əliyev Putini təbrik etdi download_-_2026-06-12t110835.238
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Putini təbrik etdi

admin 12.06.2026
Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli Vladimir Vladimiroviç. Azərbaycan...
DAVAMI Read more about İlham Əliyev Putini təbrik etdi
Dövlət büdcəsini DƏDƏ MALI ilə qarışdırır… – BUNUN BAŞQA ADI YOXDUR… 1781250929_screenshot-2026-06-12-115342
  • CƏMİYYƏT
  • ÖLKƏ

Dövlət büdcəsini DƏDƏ MALI ilə qarışdırır… – BUNUN BAŞQA ADI YOXDUR…

admin 12.06.2026
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “Madina Group MMC” MMC ilə satınalma müqaviləsi imzalayıb…” Bu barədə tanınmış jurnalist...
DAVAMI Read more about Dövlət büdcəsini DƏDƏ MALI ilə qarışdırır… – BUNUN BAŞQA ADI YOXDUR…
Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib – Araşdırma BAŞLANILDI 1781246321_screenshot-2026-06-12-103804
  • CƏMİYYƏT

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib – Araşdırma BAŞLANILDI

admin 12.06.2026
Zərdab Rayon Mərkəzi Xəstəxanasında saxta xəstə göndərişləri vasitəsilə tibbi sığorta vəsaitlərinin mənimsənildiyi və işə götürülmə ilə bağlı...
DAVAMI Read more about Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib – Araşdırma BAŞLANILDI
Keçmiş köçkünü “Prior Leasing” MMC aldadıb 1781249675_screenshot-2026-06-12-113244
  • CƏMİYYƏT
  • ÖLKƏ

Keçmiş köçkünü “Prior Leasing” MMC aldadıb

admin 12.06.2026
Kəlbəcər rayon sakini Elnur Babayev Bərdədə qarşılaşdığı vəziyyətlə bağlı  şikayət məktubu ünvanlayıb. Şikayəti olduğu kimi təqdim edirik:...
DAVAMI Read more about Keçmiş köçkünü “Prior Leasing” MMC aldadıb

Bütün yazılar

5
  • İDMAN

ABŞ Konqonun dünya çempionatında iştirakına icazə verib

admin 12.06.2026
download_-_2026-06-12t110835.238
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Putini təbrik etdi

admin 12.06.2026
1781250929_screenshot-2026-06-12-115342
  • CƏMİYYƏT
  • ÖLKƏ

Dövlət büdcəsini DƏDƏ MALI ilə qarışdırır… – BUNUN BAŞQA ADI YOXDUR…

admin 12.06.2026
1781246321_screenshot-2026-06-12-103804
  • CƏMİYYƏT

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib – Araşdırma BAŞLANILDI

admin 12.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.