Skip to content
11.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Arzum” ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi
  • ARAŞDIRMA

“Arzum” ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi

admin 11.06.2026
ea9bab2a2d9206ec58359160f19e5836

Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən “Arzum 999” ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesinin növbəti prosesi keçirilib. 

“Unikal”ın məlumatına görə, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə cinayət işinin ibtidai istintaqını aparan Xəzər rayon Polis İdarəsinin baş müstəntiqi ifadə verib. Hadisə baş verəndən bir müddət sonra müstəntiqin hadisə yerinə gəlməsi və hadisə yerinin vəziyyəti ilə bağlı protokollarda aparılan qeydlər zamanı yaranmış anlaşılmazlıqlara müstəntiq aydınlıq gətirib.

Təqsirləndirilənin vəkilləri isə öz növbəsində ibtidai istintaq zamanı hadisə yerinin sxeminin tərtibi və bəzi müayinələr zamanı müəyyən problemlərin olduğunu deyiblər.

Təqsirləndirilən şəxsin vəkili Hikmət Əliyev ibtidai istintaqın yenidən aparılması ilə bağlı vəsatət təqdim etsə də məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra protokollara əlavə edilmiş hal şahidlərininin ifadələri ilə baglı təqsirləndirilənin digər vəkili Fərid Həsənov vəsatət verərək, qəza baş verən zaman hal şahidlərinin həqiqətən də hadisə yerində olub olmadıqlarını müəyyənləşdirmək üçün anten dairələrinin müəyyənləşdirilməsini istəyib.

Məhkəmə bu vəsatəti də təmin etməyib.

Məhkəmənin növbəti iclası iyunun 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb.

Xatırladaq ki, istintaq zamanı bloger Arzum barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

“Arzum” ləqəbli tiktokerə qarşıCinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Göyçayda kütləvi dava: saxlanılanlar var – VİDEO / YENİLƏNİB
Next: 70 minlik qızıl oğurladı, evin sahibinin gödəkçəsini geyinib qaçdı – VİDEO

OXŞAR MÖVZULAR

585bad24-9d35-4b70-afc8-3d8f7d8c6cf9
  • ARAŞDIRMA
  • VİDEO

70 minlik qızıl oğurladı, evin sahibinin gödəkçəsini geyinib qaçdı – VİDEO

admin 11.06.2026
1781149811_1
  • ARAŞDIRMA
  • GÜNDƏM

Qağaməli Seyfullayev həbs oluna bilər – İLGİNC İDDİA

admin 11.06.2026
eli_kerimli__1_
  • ARAŞDIRMA

Əli Kərimlinin həbs müddəti uzadıldı – 5 ay

admin 10.06.2026

XƏBƏR LENTİ

Adil Kərimli kitabxanalaçılara qarşı “səlib yürüşü”nə başlayır – Kütləvi ixtisarlar olacaq 1781112706_1
  • MƏDƏNİYYƏT

Adil Kərimli kitabxanalaçılara qarşı “səlib yürüşü”nə başlayır – Kütləvi ixtisarlar olacaq

admin 11.06.2026
Azərbaycanda kitabxanaların vəziyyəti uzun illərdir müzakirə olunan, lakin həlli tapılmayan problemlərdən biridir. Ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən...
DAVAMI Read more about Adil Kərimli kitabxanalaçılara qarşı “səlib yürüşü”nə başlayır – Kütləvi ixtisarlar olacaq
İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır 1781168812_screenshot_20260611_130012_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır

admin 11.06.2026
İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın ölkəyə son hücumlarını pisləyərək, bunun iki aylıq atəşkəsi praktiki olaraq mənasız...
DAVAMI Read more about İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır
70 minlik qızıl oğurladı, evin sahibinin gödəkçəsini geyinib qaçdı – VİDEO 585bad24-9d35-4b70-afc8-3d8f7d8c6cf9
  • ARAŞDIRMA
  • VİDEO

70 minlik qızıl oğurladı, evin sahibinin gödəkçəsini geyinib qaçdı – VİDEO

admin 11.06.2026
Nərimanov rayonunda yerləşən evlərin birindən ümumi dəyəri 70 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat...
DAVAMI Read more about 70 minlik qızıl oğurladı, evin sahibinin gödəkçəsini geyinib qaçdı – VİDEO
“Arzum” ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi ea9bab2a2d9206ec58359160f19e5836
  • ARAŞDIRMA

“Arzum” ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi

admin 11.06.2026
Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən “Arzum 999” ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət...
DAVAMI Read more about “Arzum” ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi
Göyçayda kütləvi dava: saxlanılanlar var – VİDEO / YENİLƏNİB 1555618
  • CƏMİYYƏT
  • VİDEO

Göyçayda kütləvi dava: saxlanılanlar var – VİDEO / YENİLƏNİB

admin 11.06.2026
Göyçayda kütləvi dava baş verib. Metbuat.az xəbər verir ki, hadisə bu gün rayonun avtovağzalı yaxınlığında qeydə alınıb. İlkin...
DAVAMI Read more about Göyçayda kütləvi dava: saxlanılanlar var – VİDEO / YENİLƏNİB

Bütün yazılar

1781112706_1
  • MƏDƏNİYYƏT

Adil Kərimli kitabxanalaçılara qarşı “səlib yürüşü”nə başlayır – Kütləvi ixtisarlar olacaq

admin 11.06.2026
1781168812_screenshot_20260611_130012_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır

admin 11.06.2026
585bad24-9d35-4b70-afc8-3d8f7d8c6cf9
  • ARAŞDIRMA
  • VİDEO

70 minlik qızıl oğurladı, evin sahibinin gödəkçəsini geyinib qaçdı – VİDEO

admin 11.06.2026
ea9bab2a2d9206ec58359160f19e5836
  • ARAŞDIRMA

“Arzum” ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi

admin 11.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.