Skip to content
11.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin memorandum şousu:nəticəsiz “uğur” təqdim edilir/FOTOLAR
  • CƏMİYYƏT
  • ÖLKƏ

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin memorandum şousu:nəticəsiz “uğur” təqdim edilir/FOTOLAR

admin 11.06.2026
1781149127_1
QHT-lərə Dövlət Dəstəyi Agentliyində görünür, əsas fəaliyyət istiqaməti problemlərin həlli deyil, memorandum imzalamaq və bunun fonunda təntənəli fotoşəkillər çəkdirməkdir. Son illərdə bir-birinin ardınca imzalanan, lakin real nəticəsi görünməyən memorandumlar artıq ayrıca bir janra çevrilib.

Yenixeberorg.com: Araşdırmalarımızla məlum olur ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2024-cü ilin noyabr ayında Keniyanın “SMACHS” adlı qeyri-hökumət təşkilatı ilə memorandum imzalayıb. İmzalanma mərasiminin fotolarına baxanda elə təsəvvür yaranır ki, guya Azərbaycanla Keniya arasında qlobal miqyaslı əməkdaşlığın əsası qoyulur və yaxın gələcəkdə misli görünməmiş layihələr həyata keçiriləcək.

Lakin üzərindən 1 il 7 ay keçməsinə baxmayaraq, ortada nə layihə var, nə təşəbbüs, nə də hər hansı ölçülə bilən nəticə. Sanki memorandum imzalandığı gün öz missiyasını tamamlayıb və arxiv rəfinə göndərilib.

Bəs bu qədər təmtərağın səbəbi nə idi?

SMACHS təşkilatını araşdırdıq… Məlum oldu ki, təşkilat əsasən kənd təsərrüfatı və iqlim dəyişiklikləri istiqamətində fəaliyyət göstərir. Amma görünən odur ki, Agentliyi daha çox təşkilatın fəaliyyəti deyil, onun rəhbərinin kimliyi maraqlandırıb. Çünki təşkilatın rəhbəri Keniya prezidentinin qızıdır.

Belə çıxır ki, əsas məqsəd əməkdaşlıqdan nəticə əldə etmək yox, hesabatlarda nümayiş etdirmək üçün növbəti “beynəlxalq memorandum” əldə etmək olub. Yəni nəticə olmasa da, memorandum olsun. Layihə olmasa da, foto olsun. Faydası olmasa da, hesabatda sətir sayı artsın.

“Yenixeberorg” olaraq müəyyən etdik ki, nə həmin təşkilatın rəsmi resurslarında, nə də Keniya mediasında QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə imzalanmış memorandum barədə hər hansı məlumat tapmaq mümkün deyil. Təşkilatın saytında Azərbaycanla əməkdaşlığa dair ən kiçik qeyd belə yoxdur. Bu əməkdaşlıqdan xəbərdar olan yeganə tərəf, görünür, Azərbaycan mediasıdır. Burada isə memorandumun imzalanması böyük uğur kimi təqdim olunub.

Bu vəziyyət ciddi sual yaradır: nəticəsi olmayan, davamı olmayan, qarşı tərəfin belə xatırlamadığı memorandumların imzalanmasının ölkəyə və vətəndaş cəmiyyətinə nə faydası var?

Bu fəaliyyət iş görüntüsü yarada bilər, amma real iş deyil. Azərbaycanda QHT-lərin dəstək gözlədiyi yüzlərlə sosial problem, ictimai təşəbbüs və həllini gözləyən məsələ var. Agentliyin vəzifəsi formal mərasimlər keçirmək deyil, vətəndaş cəmiyyətinin potensialını gücləndirmək, real layihələrə dəstək vermək və konkret nəticələr ortaya qoymaqdır.

Təəssüf ki, fəaliyyətin məzmunu yox, görüntüsü ön plana çıxarılıb. Memorandumlar imzalanır, şəkillər çəkdirilir, xəbərlər yayılır, amma cəmiyyətə təsir edən nəticələr görünmür.

Ən təhlükəli məqam isə odur ki, bu görüntü siyasəti yuxarı instansiyalara da uğur kimi təqdim edilir. Kağız üzərində aktivlik var, mediada təmtəraq var, amma reallıqda ortada nə əməkdaşlığın izi görünür, nə də onun ölkəyə gətirdiyi fayda.

Sual isə hələ də açıq qalır: QHT-lərə Dövlət Dəstəyi Agentliyi memorandum kolleksiyası yığır, yoxsa ölkənin vətəndaş cəmiyyətinin inkişafı üçün çalışır? (Yenixeberorg.com)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Milyonluq TENDER: Ekoloji risk yaranır? – FOTO
Next: Gamar Babayeva müştəriləri necə aladadır?

OXŞAR MÖVZULAR

1555618
  • CƏMİYYƏT
  • VİDEO

Göyçayda kütləvi dava: saxlanılanlar var – VİDEO / YENİLƏNİB

admin 11.06.2026
1781167356_screenshot_20260611_123717_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT
  • ÖLKƏ

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

admin 11.06.2026
1781154834_ekran_sekli_2026_06_10_230416_1781118335
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Qorqud Clinic”anın böyük miqdarda vergi borcu üzə çıxdı – FOTOFAKT

admin 11.06.2026

XƏBƏR LENTİ

Adil Kərimli kitabxanalaçılara qarşı “səlib yürüşü”nə başlayır – Kütləvi ixtisarlar olacaq 1781112706_1
  • MƏDƏNİYYƏT

Adil Kərimli kitabxanalaçılara qarşı “səlib yürüşü”nə başlayır – Kütləvi ixtisarlar olacaq

admin 11.06.2026
Azərbaycanda kitabxanaların vəziyyəti uzun illərdir müzakirə olunan, lakin həlli tapılmayan problemlərdən biridir. Ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən...
DAVAMI Read more about Adil Kərimli kitabxanalaçılara qarşı “səlib yürüşü”nə başlayır – Kütləvi ixtisarlar olacaq
İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır 1781168812_screenshot_20260611_130012_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır

admin 11.06.2026
İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın ölkəyə son hücumlarını pisləyərək, bunun iki aylıq atəşkəsi praktiki olaraq mənasız...
DAVAMI Read more about İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır
70 minlik qızıl oğurladı, evin sahibinin gödəkçəsini geyinib qaçdı – VİDEO 585bad24-9d35-4b70-afc8-3d8f7d8c6cf9
  • ARAŞDIRMA
  • VİDEO

70 minlik qızıl oğurladı, evin sahibinin gödəkçəsini geyinib qaçdı – VİDEO

admin 11.06.2026
Nərimanov rayonunda yerləşən evlərin birindən ümumi dəyəri 70 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat...
DAVAMI Read more about 70 minlik qızıl oğurladı, evin sahibinin gödəkçəsini geyinib qaçdı – VİDEO
“Arzum” ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi ea9bab2a2d9206ec58359160f19e5836
  • ARAŞDIRMA

“Arzum” ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi

admin 11.06.2026
Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən “Arzum 999” ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət...
DAVAMI Read more about “Arzum” ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi
Göyçayda kütləvi dava: saxlanılanlar var – VİDEO / YENİLƏNİB 1555618
  • CƏMİYYƏT
  • VİDEO

Göyçayda kütləvi dava: saxlanılanlar var – VİDEO / YENİLƏNİB

admin 11.06.2026
Göyçayda kütləvi dava baş verib. Metbuat.az xəbər verir ki, hadisə bu gün rayonun avtovağzalı yaxınlığında qeydə alınıb. İlkin...
DAVAMI Read more about Göyçayda kütləvi dava: saxlanılanlar var – VİDEO / YENİLƏNİB

Bütün yazılar

1781112706_1
  • MƏDƏNİYYƏT

Adil Kərimli kitabxanalaçılara qarşı “səlib yürüşü”nə başlayır – Kütləvi ixtisarlar olacaq

admin 11.06.2026
1781168812_screenshot_20260611_130012_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır

admin 11.06.2026
585bad24-9d35-4b70-afc8-3d8f7d8c6cf9
  • ARAŞDIRMA
  • VİDEO

70 minlik qızıl oğurladı, evin sahibinin gödəkçəsini geyinib qaçdı – VİDEO

admin 11.06.2026
ea9bab2a2d9206ec58359160f19e5836
  • ARAŞDIRMA

“Arzum” ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi

admin 11.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.