Skip to content
11.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Ruhi Əliyevaya Qarşı Ağır İttihamlar: Cəlal Qurbanovun Sosial Şəbəkədəki Şok Şərhi Gündəmi Sarsıtdı
  • CƏMİYYƏT

Ruhi Əliyevaya Qarşı Ağır İttihamlar: Cəlal Qurbanovun Sosial Şəbəkədəki Şok Şərhi Gündəmi Sarsıtdı

admin 11.06.2026
Screenshot

Screenshot

Sosial şəbəkələrdə keçmiş müğənni, hazırda isə tanınan iş qadını Ruhi Əliyeva (Əliyeva Ruhiyyə Nəsrəddin qızı) barəsində yazılmış statuslardan birinə Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış nəğməkar-şair, Prezident təqaüdçüsü və “Fire Land Group”un rəhbəri Cəlal Qurbanov tərəfindən yazılan kəskin rəy böyük maraq doğurub.
32gun.az yazır ki, Cəlal Qurbanov öz şərhində ad çəkməsə də, birbaşa iş qadını Ruhi Əliyevanın keçmişinə, fəaliyyətinə və televiziyadakı müsahibələrinə eyham vuraraq, ona qarşı çox ağır ittihamlar irəli sürüb və onun haqqında “aşpaz”, “topçu” kimi ifadələr işlədib.
“Əvvəl aşpaz, sonra topçu…”
C.Qurbanov sosial şəbəkədəki şərhinə müraciət etdiyi şəxsin kimliyini sorğulayaraq çox sərt bir giriş edib. O, hədəfdəki şəxsi eyhamlarla belə təsvir edib:
“Bu, indi jurnalistdən çox süni intellekt üslubunda danışan və suallar verən, əvvəllər Tovuzun ən zil səsli ‘məşhur’ müğənnisi, sonlar isə yaxşı kəllə-paça, xaş və bozbaş bişirməyi ilə tanınan ‘aşpazdan’ gedir söhbət? Yoxsa Baku TV-yə müsahibəsində özünün dediyi kimi Tərtər hadisələrində ’12-ci topu mən atdım’ deyən ‘Topçudan’?”
Cəlal Qurbanov eyni zamanda həmin şəxsin başqaları ilə şərik olaraq rəhbərlik etdiyi internet resurslarında və saytlarda onun ünvanına təhqiramiz şərhlər yazdırdığını və qarayaxma kampaniyaları apardığını iddia edib.
Atasının ağır xəstəliyi dövründə sifarişli yazılar yazılıb
Cəlal Qurbanov qeyd edib ki, rəhmətlik atası Hacı Cavanşirin dünyasını dəyişməsindən əvvəlki son üç il ərzində həm atasının ağır xəstəliyi ilə mübarizə aparmalı olub, həm də özünə və ailəsinə qarşı aparılan sifarişli qarayaxma kampaniyalarına cavab vermək məcburiyyətində qalıb. O, qarşı tərəfin bəzi şəxsi görüntüləri və yazışmaları pul və ya bahalı hədiyyələr müqabilində sildirməklə həqiqətlərin üstünü örtdüyünü düşündüyünü, lakin həqiqətin mütləq üzə çıxacağını və bu təhqirləri, xüsusilə də xəstə yatağında olan atasına qarşı edilənləri heç vaxt bağışlamayacağını vurğulayıb. Həmçinin bildirib ki, həmin şəxsin rəhbərlik etdiyi saytlar onu ictimaiyyətə hüquqi əsas olmadan “xuliqan” və “zorakılıqda adı hallanan şəxs” kimi təqdim etməyə çalışıblar.
“Şəhid ailələrinin yanında olmaq bizim üçün vəzifə vasitəsi deyil”
Onun şəhid ailələrinin yanında olmasının arxasında millət vəkili olmaq və ya vəzifə qazanmaq niyyətinin dayandığı barədə yazılanlara da toxunan C.Qurbanov, bu ittihamları kəskin şəkildə rədd edib. O, şəhid anasının göz yaşından və şəhid ailəsinin ağrısından şəxsi maraqlar üçün istifadə edilməsini ən ağır şərəfsizlik və mənəvi yoxsulluq adlandırıb. Cəlal Qurbanov “Mənim Oğlum Qəhrəmandır!” və “Mənim Atam Qəhrəmandır!” layihələrində sadəcə bir könüllü olduğunu, bu yolun atası Hacı Cavanşirdən gələn bir mənəvi borc və vicdan məsələsi olduğunu qeyd edib.
Məhkəmə mübarizəsi və hakimlərə təşəkkür
Dörd ilə yaxındır ki, bu növ böhtan xarakterli xəbərlər yayan saytlarla hüquqi mübarizə apardığını deyən Cəlal Qurbanov, ailəsinin şərəfi üçün geri çəkilməyəcəyini və Azərbaycan məhkəmələrinin ədalətinə güvəndiyini bildirib. O, bu prosesdə obyektiv qərarlar qəbul etdiklərinə görə Xətai Rayon Məhkəməsinin hakimləri Rəfail Sadıxova, Əminə Abbasovaya, Sahibə Hacıyevaya, Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədova və vəkilləri Xaliq Ağayevə, Dədəkişi müəllimə, eləcə də hazırda hüquqlarını müdafiə edən Aysel Məhərrəmovaya xüsusi minnətdarlığını ifadə edib. İsin Ali Məhkəmədə də ədalətlə nəticələnəcəyinə inandığını yazıb.
Tərtər hadisələri ilə bağlı sərt suallar
Cəlal Qurbanov rəyinin sonunda iş qadınının keçmişdə verdiyi müsahibələrə istinadən Tərtər hadisələri ilə bağlı ciddi suallar qaldırıb. Bir müğənninin top atışında iştirak etməsi iddiasının qazilərdə və şəhid ailələrində suallar doğurduğunu bildirən Qurbanov, bu addımın hansı şəraitdə, kimin qərarı ilə və hansı zərurətdən baş verdiyini soruşub:
“Həmin ‘topçu qəhrəmana’ da ayrıca bir sualım var. Özünün dediyi kimi, əgər həmin 12-ci topu doğrudan da atıbsa, həmin atış hansı istiqamətə olub və hansı məqsədə xidmət edib?”
Vətən müharibəsində bir çox rayonların, o cümlədən öz ata yurdu Xızının da hücumlara məruz qaldığını xatırladan Cəlal Qurbanov, cəmiyyət qarşısında verilən bu cür açıqlamaların mütləq araşdırılmalı və cavablandırılmalı olduğunu qeyd edib, son qərarı isə zamana və İlahi ədalətə həvalə etdiyini bildirib.
***
Məsələ ilə bağlı Cəlal Qurbanovla şəxsən danışdıq. O, 32gun.az-ın əməkdaşı ilə söhbətində bu fikirləri yazdığını və mövqeyinin dəyişməz olduğunu bildirdi. Sözünün arxasında durduğunu birmənalı şəkildə təsdiqlədi.
32gun.az

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Yevlax Olimpiya Kompleksinə ayrılan pullarla “Hovers Group” daha neçə çoxmənzilli bina tikə bilərdi
Next: Milyonluq TENDER: Ekoloji risk yaranır? – FOTO

OXŞAR MÖVZULAR

1555618
  • CƏMİYYƏT
  • VİDEO

Göyçayda kütləvi dava: saxlanılanlar var – VİDEO / YENİLƏNİB

admin 11.06.2026
1781167356_screenshot_20260611_123717_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT
  • ÖLKƏ

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

admin 11.06.2026
1781154834_ekran_sekli_2026_06_10_230416_1781118335
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Qorqud Clinic”anın böyük miqdarda vergi borcu üzə çıxdı – FOTOFAKT

admin 11.06.2026

XƏBƏR LENTİ

Adil Kərimli kitabxanalaçılara qarşı “səlib yürüşü”nə başlayır – Kütləvi ixtisarlar olacaq 1781112706_1
  • MƏDƏNİYYƏT

Adil Kərimli kitabxanalaçılara qarşı “səlib yürüşü”nə başlayır – Kütləvi ixtisarlar olacaq

admin 11.06.2026
Azərbaycanda kitabxanaların vəziyyəti uzun illərdir müzakirə olunan, lakin həlli tapılmayan problemlərdən biridir. Ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən...
DAVAMI Read more about Adil Kərimli kitabxanalaçılara qarşı “səlib yürüşü”nə başlayır – Kütləvi ixtisarlar olacaq
İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır 1781168812_screenshot_20260611_130012_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır

admin 11.06.2026
İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın ölkəyə son hücumlarını pisləyərək, bunun iki aylıq atəşkəsi praktiki olaraq mənasız...
DAVAMI Read more about İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır
70 minlik qızıl oğurladı, evin sahibinin gödəkçəsini geyinib qaçdı – VİDEO 585bad24-9d35-4b70-afc8-3d8f7d8c6cf9
  • ARAŞDIRMA
  • VİDEO

70 minlik qızıl oğurladı, evin sahibinin gödəkçəsini geyinib qaçdı – VİDEO

admin 11.06.2026
Nərimanov rayonunda yerləşən evlərin birindən ümumi dəyəri 70 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat...
DAVAMI Read more about 70 minlik qızıl oğurladı, evin sahibinin gödəkçəsini geyinib qaçdı – VİDEO
“Arzum” ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi ea9bab2a2d9206ec58359160f19e5836
  • ARAŞDIRMA

“Arzum” ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi

admin 11.06.2026
Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən “Arzum 999” ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət...
DAVAMI Read more about “Arzum” ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi
Göyçayda kütləvi dava: saxlanılanlar var – VİDEO / YENİLƏNİB 1555618
  • CƏMİYYƏT
  • VİDEO

Göyçayda kütləvi dava: saxlanılanlar var – VİDEO / YENİLƏNİB

admin 11.06.2026
Göyçayda kütləvi dava baş verib. Metbuat.az xəbər verir ki, hadisə bu gün rayonun avtovağzalı yaxınlığında qeydə alınıb. İlkin...
DAVAMI Read more about Göyçayda kütləvi dava: saxlanılanlar var – VİDEO / YENİLƏNİB

Bütün yazılar

1781112706_1
  • MƏDƏNİYYƏT

Adil Kərimli kitabxanalaçılara qarşı “səlib yürüşü”nə başlayır – Kütləvi ixtisarlar olacaq

admin 11.06.2026
1781168812_screenshot_20260611_130012_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır

admin 11.06.2026
585bad24-9d35-4b70-afc8-3d8f7d8c6cf9
  • ARAŞDIRMA
  • VİDEO

70 minlik qızıl oğurladı, evin sahibinin gödəkçəsini geyinib qaçdı – VİDEO

admin 11.06.2026
ea9bab2a2d9206ec58359160f19e5836
  • ARAŞDIRMA

“Arzum” ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi

admin 11.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.