Skip to content
29.05.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Şərurda şəkər xəstələrinə pulsuz verilməli olan dərmanlar yarımçıq paylanır, qalanı isə apteklərdə satışa çıxarılır.
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şərurda şəkər xəstələrinə pulsuz verilməli olan dərmanlar yarımçıq paylanır, qalanı isə apteklərdə satışa çıxarılır.

admin 29.05.2026
1780039357_1
Şərurda şəkər xəstələrinə pulsuz verilməli olan dərmanlar yarımçıq paylanır, qalanı isə apteklərdə satışa çıxarılır. Apteklərdə qiymətlər yüksək olduğundan, bir çox xəstə lazım olan dozanı ala bilmir və bu, onların sağlamlığı üçün ciddi risk yaradır.
Bu barədə “Gündəlik Naxçıvan”a məlumat verən sakinlərin sözlərinə görə, son iki ayda vəziyyət daha da pisləşib. Onlar bildirirlər ki, xəstəxanalar insulinlərin verilməsi ilə bağlı məsuliyyəti bir-birinin üzərinə atır.
Rayonun Aralıq kəndindən olan şəkər xəstəsi M.N. deyir ki, aptekdən baha qiymətə dərman almaq imkanı olmadığından xəstəliyi xeyli ağırlaşıb:
“20 ildən artıqdır ki, şəkər xəstəsiyəm. İnsulinlərimi, dərmanlarımı həmişə dövlətdən almışam. İki aydır ki, iynələrimi kəsiblər, vermirlər. Şərur xəstəxanası deyir ki, Aralıq Mərkəzi Xəstəxanası verəcək, Aralıq da deyir ki, hara gedirsiniz gedin, bizdə bir şey yoxdur. Deyirlər ki, 100 xəstəmiz var, nazirlik cəmi 25 insulin verib. Həkim mənə 3 ədəd NovoRapid, 2 ədəd də Insulat yazıb. İki aydır hərəsindən cəmi 1 ədəd verirlər.
Apteklərdə də od qiymətinədir, ala bilmirəm. Bu səbəbdən xəstəliyim ağırlaşıb. Tək mən deyiləm, rayonda yüzlərlə mənim kimi xəstə var.”
Onun sözlərinə görə, yerli Səhiyyə Nazirliyinə müraciət etsələr də, nəticə olmayıb:
“Bizim dərmanları bizə satıb, cibinə qoyan Səhiyyə Nazirliyidir. Xəstəxanalarda da çox günah görmürük. Nazirlik kifayət qədər dərman versə və nəzarət etsə, heç belə olmaz. Dəfələrlə şikayət etmişik, heç üzümüzə baxan yoxdur. Kimə, hara şikayət edək, bilmirik.”
Digər rayon sakini M. Qurbanov da pulsuz dərmanlarını ala bilmədiyini deyir:
“Xəstəxana deyir, bizlik deyil, nazirlik vermir, get hara istəyirsən şikayət et. Xəstələrin dərmanını satıb yemək insanlıqdan kənar davranışdır. Bu yolla bizi ölümə sürükləyirlər ”
Şikayətçilər aidiyyəti qurumlara müraciət edərək dərmanlarının onlara tam şəkildə verilməsini tələb edirlər.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Cəlilabad RİHi şəhid ailələrinə qurdlanmış qurban payı göndərdi – kimlərsə bunu ört basdır edir VİDEO
Next: Abşeron RİH-in 96 minlik Qurban sovqatı – 1600 ailəyə paylandımı? – FOTOFAKT

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-05-29 at 16.54.14
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Əlimi itirdim, kömək əvəzinə hədə-qorxu gəldilər” – Ağsu sakininin Azərqranata MMC ilə bağlı şikayəti

admin 29.05.2026 0
1780040729_1
  • GÜNDƏM
  • ÖLKƏ

Abşeron RİH-in 96 minlik Qurban sovqatı – 1600 ailəyə paylandımı? – FOTOFAKT

admin 29.05.2026 0
WhatsApp Image 2026-05-28 at 16.31.01
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi”

admin 28.05.2026 0

SON YAZILAR

fghfhh_(2) (1)
CƏMİYYƏT İQTİSADİYYAT

Tbilisi prospektində yanğın təhlükəli anbarın fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

admin
29.05.2026 0
1780055968_1
CƏMİYYƏT ÖLKƏ VİDEO

İki aparıcı xanım arasında “QUŞLADI” davası: Ləman Ələşrəfqızı ilə Səidə Bəkirqızı SƏRT TOQQUŞDU (fotolar)

admin
29.05.2026 0
1780058971_images
CƏMİYYƏT ÖLKƏ

Baş nazirin QARA KASSASI… narazılıq yaradır… – Yağış suları da bir yandan…

admin
29.05.2026 0
1780061959_screenshot-2026-05-29-172858
SİYASƏT

San-Marino regent kapitanları Prezident İlham Əliyevi təbrik edib

admin
29.05.2026 0

Bütün yazılar

fghfhh_(2) (1)
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT

Tbilisi prospektində yanğın təhlükəli anbarın fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

admin 29.05.2026 0
1780055968_1
  • CƏMİYYƏT
  • ÖLKƏ
  • VİDEO

İki aparıcı xanım arasında “QUŞLADI” davası: Ləman Ələşrəfqızı ilə Səidə Bəkirqızı SƏRT TOQQUŞDU (fotolar)

admin 29.05.2026 0
1780058971_images
  • CƏMİYYƏT
  • ÖLKƏ

Baş nazirin QARA KASSASI… narazılıq yaradır… – Yağış suları da bir yandan…

admin 29.05.2026 0
1780061959_screenshot-2026-05-29-172858
  • SİYASƏT

San-Marino regent kapitanları Prezident İlham Əliyevi təbrik edib

admin 29.05.2026 0
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.