Skip to content
25.05.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT

admin 25.05.2026
1779689087_1
Xarici səfərlər, nümayəndə heyətlərinin gediş-gəlişi, memorandum mərasimləri, hədiyyələr, görüşlər, tədbirlər və təqdimatlar büdcə vəsaiti ilə maliyyələşdirilir. Amma ortada konkret nəticə yoxdur…

Əsas məsələ nəticə əldə etmək deyil, mediada aktiv görünmək, pafoslu açıqlamalar vermək və “beynəlxalq əməkdaşlıq” görüntüsü formalaşdırmaqdır

Yenixeberorg.com: Bir sıra dövlət qurumlarının fəaliyyətində son illər ən çox diqqət çəkən problemlərdən biri də real nəticədən daha çox görüntüyə hesablanmış fəaliyyət modelidir. Bu tendensiya Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində, xüsusilə Özbəkistan istiqamətində apardığı fəaliyyətdə açıq şəkildə hiss olunur. Təxminən 3 ilə yaxındır ki, Agentlik və onun rəsmiləri ictimaiyyətə eyni vədi verir: Azərbaycan və Özbəkistan QHT-ləri üçün “yaxın günlərdə” birgə qrant müsabiqəsi elan olunacaq. Amma həmin “yaxın günlər” hələ də gəlib çatmayıb.

Maraqlıdır ki, bu müddət ərzində bir-birinin ardınca memorandumlar imzalanıb, rəsmi nümayəndə heyətləri qarşılıqlı səfərlər edib, görüşlər keçirilib, mediaya pafoslu açıqlamalar verilib. Lakin ortada konkret nəticə yoxdur. Nə birgə qrant müsabiqəsi elan olunub, nə QHT-lər üçün real maliyyə platforması yaradılıb, nə də vətəndaş cəmiyyəti üçün praktik nəticə ortaya çıxıb.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Özbəkistan istiqamətində ilk geniş təqdim olunan əməkdaşlıq addımlarından biri 2023-cü ilin noyabr ayında baş verdi. Həmin vaxt Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Özbəkistan Qeyri-Hökumət Qeyri-kommersiya Təşkilatları Milli Assosiasiyası arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalandı. Bununla paralel olaraq, Özbəkistan Respublikasının Ali Məclisi yanında Qeyri-hökumət qeyri-kommersiya təşkilatlarına və digər vətəndaş cəmiyyəti institutlarına dəstək üzrə İctimai Fondun vəsaitlərinin idarə olunması üzrə parlament komissiyası ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi arasında da əməkdaşlıq memorandumu bağlandı.

Rəsmi məlumatlarda qeyd olunurdu ki, memorandumların məqsədi iki ölkənin qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın dərinləşdirilməsi, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsinin təşkili və uzunmüddətli tərəfdaşlığın qurulmasıdır. Hətta açıqlamalarda vurğulanırdı ki, tərəflər vətəndaş cəmiyyətinin inkişafı istiqamətində birgə fəaliyyət mexanizmləri formalaşdıracaqlar.

Lakin həmin memorandumlardan artıq xeyli vaxt keçməsinə baxmayaraq, ictimaiyyətə bu sənədlərin konkret nəticəsi təqdim edilməyib. Ortada nə həyata keçirilmiş birgə layihələrin siyahısı var, nə maliyyələşdirilmiş təşəbbüslər barədə hesabat, nə də vəd edilən qrant proqramları.

Daha sonra 2025-ci il mayın 22-də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Daşkənddə Özbəkistan Respublikasının Vətəndaş Cəmiyyəti İnstitutlarının Dəstəklənməsi üzrə İctimai Fondunun sədri Adham Şadmanov və Özbəkistanın Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxocayev ilə görüş keçirdi. Görüşdən sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Özbəkistan Respublikasının Vətəndaş Cəmiyyəti İnstitutlarının Dəstəklənməsi üzrə İctimai Fondu arasında növbəti Anlaşma Memorandumu imzalandı. Sənədi Aygün Əliyeva və Adham Şadmanov imzaladılar.

Ən maraqlısı isə odur ki, həmin memorandum imzalanarkən yenə eyni cümlə səsləndirildi: “yaxın vaxtlarda hər iki qardaş ölkənin qeyri-hökumət təşkilatları üçün birgə qrant müsabiqəsi elan olunacaq.”

Bu artıq təsadüfi gecikmə yox, sistemli şəkildə təkrarlanan PR ritorikası təsiri bağışlayır. Çünki eyni vəd 2023-cü ildən bəri müxtəlif formalarda təkrar olunur, amma ortada real nəticə yoxdur.

Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev də 2024-cü il dekabrın 5-də açıqlamasında bildirmişdi ki, Azərbaycan və Özbəkistanın QHT-lərlə işləyən müvafiq dövlət qurumlarının birgə qrant müsabiqələri elan etməsinin vaxtı çatıb.

Mövzu ilə bağlı “Yenixeberorg”a danışan ekspert xüsusi ilə “vaxtı çatıb” ifadəsinə diqqət şəkir: Əgər doğrudan da vaxtı çatmışdısa, niyə həmin vaxtdan aylar keçməsinə baxmayaraq heç bir müsabiqə elan olunmadı? Əgər proses hazır idisə, niyə nəticə yoxdur?

Daha sonra isə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin mətbuat katibi Ülviyyə Qarayeva 2025-ci il sentyabrın 3-də yenidən mediaya açıqlama verərək “yaxın günlərdə” birgə qrant müsabiqəsinin elan olunacağını bildirdi.

Beləliklə, 2-3 ildir dövlət qurumunun müxtəlif rəsmiləri eyni məzmunlu açıqlamalar verir:
“hazırlıq gedir”, “əməkdaşlıq genişlənir”, “yaxın günlərdə qrant müsabiqəsi elan olunacaq”. Amma nəticə dəyişmir, nə qrant müsabiqəsi var, nə də birgə QHT layihəsi.

Ən ciddi problem isə odur ki, bütün bu proseslər dövlət büdcəsi hesabına həyata keçirilir. Xarici səfərlər, nümayəndə heyətlərinin gediş-gəlişi, memorandum mərasimləri, hədiyyələr, görüşlər, tədbirlər və təqdimatlar büdcə vəsaiti ilə maliyyələşdirilir. Amma ortada konkret nəticə yoxdur.

Bu vəziyyət biz cəmiyyət üzvlərində haqlı narazılıq yaradır. Çünki vergi ödəyicilərinin vəsaiti real fəaliyyətə deyil, görüntü yaratmağa xərclənir.

Bir tərəfdən “strateji əməkdaşlıq”, “vətəndaş cəmiyyətinin gücləndirilməsi” kimi böyük ifadələr işlədilir, digər tərəfdən isə illərlə bir sadə qrant müsabiqəsini elan etmək mümkün olmur.

Əgər bu əməkdaşlıq doğrudan da prioritetdirsə, niyə nəticə yoxdur? Əgər nəticə yoxdursa, niyə hər dəfə yeni memorandum imzalanır?

Bütün bunlar onu göstərir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimi qurumlarda fəaliyyət anlayışı real nəticə ilə deyil, mediada necə görünməklə ölçülür. Yəni əsas məsələ nəticə əldə etmək deyil, mediada aktiv görünmək, pafoslu açıqlamalar vermək və “beynəlxalq əməkdaşlıq” görüntüsü formalaşdırmaqdır.

Halbuki vətəndaş cəmiyyətinin inkişafı memorandum şəkilləri ilə yox, konkret layihələrlə, işləyən mexanizmlərlə və şəffaf proqramlarla mümkündür.

2-3 ildir eyni vədin təkrarlanması və nəticənin olmaması artıq gecikmə kimi yox, sistemli idarəetmə problemidir. Çünki normal halda Agentlik ya konkret tarix açıqlayar, ya prosesi tamamlayar, ya da gecikmənin səbəbini düzgün izah edər. Amma burada cəmiyyətə yalnız qeyri-müəyyən gələcək zaman təqdim olunur: “yaxın günlərdə olacaq”.

İndi bizi düşündürən sual gülünc sual budur: bu “yaxın günlər” nə vaxt gələcək? (Yenixeberorg.com)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? – TAMAHKAR İCRA BAŞÇISI VARSA…
Next: Bakı-Tiflis qatarına bilet 125 MANATA QALXDI: “Qiymətləri belə qaldırmaq yolverilməzdir”

OXŞAR MÖVZULAR

1779698644_6042935306_001-v
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ… – İTTİHAM VAR…

admin 25.05.2026 0
1779689001_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? – TAMAHKAR İCRA BAŞÇISI VARSA…

admin 25.05.2026 0
ilham-eliyev-muraciet
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

admin 25.05.2026 0

SON YAZILAR

1_(9)
CƏMİYYƏT VİDEO

“Eurohome” tikinti bazarının fəaliyyəti dayandırıldı – VİDEO

admin
25.05.2026 0
müellim
ARAŞDIRMA

Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı – Atası da dindirilib

admin
25.05.2026 0
1779694358_7c36296afd_001
ÖLKƏ

Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi – TƏFƏRRÜAT

admin
25.05.2026 0
1779698050_6a14001cdfb476a1400-b
SİYASƏT

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

admin
25.05.2026 0

Bütün yazılar

1_(9)
  • CƏMİYYƏT
  • VİDEO

“Eurohome” tikinti bazarının fəaliyyəti dayandırıldı – VİDEO

admin 25.05.2026 0
müellim
  • ARAŞDIRMA

Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı – Atası da dindirilib

admin 25.05.2026 0
1779694358_7c36296afd_001
  • ÖLKƏ

Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi – TƏFƏRRÜAT

admin 25.05.2026 0
1779698050_6a14001cdfb476a1400-b
  • SİYASƏT

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

admin 25.05.2026 0
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.