Skip to content
30.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK… – Niyə onlar daim “şikayət liderləri” olur?
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT

“UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK… – Niyə onlar daim “şikayət liderləri” olur?

admin 15.05.2026
1778843858_3c1759de48_001

Mərkəzi Bank artıq xeyli müddətdir ki, Azərbaycanda müştərilərin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini dərc edir.

Şikayət indeksi hər hansı bank tərəfindən göstərilən maliyyə xidmətlərinin həcmi və əhatə dairəsi nəzərə alınmaqla, həmin bankın müştəri xidmətləri ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin proporsionallığı prinsipi əsasında hesablanır.

“Şikayətlər üzrə bazar payı” müəyyən edilir. Bu, Mərkəzi Banka bir ay ərzində daxil olan şifahi, yazılı və vətəndaş qəbulu üzrə şikayətlərin hər bir bank üzrə sayının ümumi bank sektoru üzrə olan şikayətlərin sayına nisbətidir.

Qeyd edək ki, təkrar şikayət, eləcə də kredit üzrə güzəştlərin verilməsi, kredit istənilməsi və Mərkəzi Bankın səlahiyyətlərinə aid olmayan digər mövzularla bağlı şikayətlər bu hesablamada nəzərə alınmır. Hansı ki, vətəndaşların şikayətlərinin əhəmiyyətli qismi məhz elə bu problemlərlə bağlıdır.

Ümumiyətlə, əsas şikayətlər yüksək kredit faizləri, müştəri xidmətlərində gecikmələr, bank kartları, zaminlik məsələləri və s. ilə əlaqəlidir. Adətən istehlak krediti götürən vətəndaşlar daha çox narazılıq edir. Kredit faizinin yüksək olması, müştərilərlə kobud davranış, 1 gün gecikmənin belə vətəndaşın bütün qohumlarına bildirilməsi və digər bu kimi məsələlər insanları banklardan uzaqlaşdırır. Bankları isə müştəri və istehlakçı hüququ deyil, öz qazancı düşündürür…

Artıq ötən dövr ərzində Mərkəzi Bankın siyahısında daimi “şikayət liderləri”ndən ibarət bir “qrup” formalaşıb. Bu “qrup”un üzvləri və liderləri aydan-aya bir-birilərilə yerlərini dəyişsələr də ilk 5-likdəki “mövqelərini” itirmirlər. Bunlar əsasən “Expressbank”, “Unibank”, “Bank BTB”, “AFB Bank” kimi banklardır. Bu ilin əvvəlindən həmin 5-liyə düşənlər sırasında “Turanbank” da olur.

Xüsusilə də “Unibank” və “Expressbank” “liderlik” uğrunda amansız mübarizə aparırlar. Son olaraq, aprel ayında “Unibank” ilk beşlikdə 2-ci, “Expressbank” 3-cü olub. 1-ci yerdə daha əvvəl bu siyahıya nadir hallarda düşən “Yapı Kredi Bank” qərarlaşıb. Martda “Expressbank” 2.64 balla 1-ci, “Unibank” 1.64 balla 5-ci, fevralda “Expressbank 3.01 balla 2-ci, “Unibank” 2.34 balla 5-ci olub. Ötən ilin avqustunda da “Expressbank” siyahıya “qürurla” liderlik edib.

Məsələ ondadır ki, son təxminən 1 il ərzində “şikayət liderləri” aşağı-yuxarı eyni banklardır. Bu, belə bir nəticəyə gəlməyə əsas verir ki, həmin banklar onlardan edilən şikayətlərə məhəl qoymurlar və fəaliyyətlərini müsbətə doğru dəyişmək istəmirlər. Yəni, Mərkəzi Bank bu siyahını dərc etsə də, dəyişən bir şey yoxdur. Bu o deməkdir ki, problem təkcə ayrı-ayrı hallarla deyil, sistem xarakterliidr və xidmət, idarəetmə çatışmazlıqları ilə bağlıdır. Əgər belədirsə, bu siyahıların hər ay dərc edilməsinin əhəmiyyəti və efektivliyi sual altına düşür…

“AzPolitika.info”

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Azərlotereya”nın sahibi “Demirören”in KİRLİ DOSYESİ: Ofşor mülklər, qarşılıqsız çeklər və HƏBS SSENARİSİ
Next: Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir – ŞİKAYƏT

OXŞAR MÖVZULAR

1782742632_nn1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nərimanovda yenilik – Obyektlər sökülür? – Fotolar

admin 29.06.2026
1782670006_1
  • İQTİSADİYYAT

“Broadcom” süni intellekt çipləri hesabına gəlirlərini artırır

admin 29.06.2026
1782738620_necef_rovsennnn
  • CƏMİYYƏT
  • GÜNDƏM

Rövşən Nəcəfin qohumu SOCAR-a aid torpağı satmaq istədi?

admin 29.06.2026

XƏBƏR LENTİ

“Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı rpzot89wdpyvpdeexbn1o9eoelold3ebyh2wunom_1200
  • İDMAN

“Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı

admin 29.06.2026
İngiltərənin “Mançester Siti” komandasının Entso Mareskanın təyinatını açıqlanıb. “Şəhərlilər” italiyalı mütəxəssislə 2029-cu ilin yayınadək anlaşma imzalayıb. O,...
DAVAMI Read more about “Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı
“Fənərbağça”nın yeni transferi zədələndi vedatmuriqi_(1)
  • İDMAN

“Fənərbağça”nın yeni transferi zədələndi

admin 29.06.2026
“Fənərbağça”nın hücumçusu Vedat Muriqi məşq zamanı zədələnib. Kosovalı futbolçu məşq zamanı ağrı hiss edib. MRT müayinəsindən sonra...
DAVAMI Read more about “Fənərbağça”nın yeni transferi zədələndi
“Valideynlər, həyəcan təbili çalınır” 3a4ca1f8362b857841ef16f9e99ef7e6
  • ŞOU-BİZNES

“Valideynlər, həyəcan təbili çalınır”

admin 29.06.2026
Aşıq Samirə Əliyeva övlad tərbiyəsi və sosial şəbəkələrin uşaqlara təsirindən danışıb. Snətçi bu barədə “Əsas çözüm” adlı...
DAVAMI Read more about “Valideynlər, həyəcan təbili çalınır”
Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub 1782744333_6a427bb62db0e6a-v
  • DÜNYA

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

admin 29.06.2026
Ukrayna ordusu Donetsk vilayətinin Novoazovsk rayonu yaxınlığındakı avtomobil körpüsü, həmçinin Luqansk vilayətində yerləşən iki dəmir yolu körpüsünə...
DAVAMI Read more about Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub
Nərimanovda yenilik – Obyektlər sökülür? – Fotolar 1782742632_nn1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nərimanovda yenilik – Obyektlər sökülür? – Fotolar

admin 29.06.2026
Bakının Nərimanov rayonunun Təbriz küçəsində nəqliyyat infrastrukturu ilə əlaqədar genişmiqyaslı işlərə başlanılıb. “Qafqazinfo” xəbər verir ki, layihə...
DAVAMI Read more about Nərimanovda yenilik – Obyektlər sökülür? – Fotolar

Bütün yazılar

rpzot89wdpyvpdeexbn1o9eoelold3ebyh2wunom_1200
  • İDMAN

“Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı

admin 29.06.2026
vedatmuriqi_(1)
  • İDMAN

“Fənərbağça”nın yeni transferi zədələndi

admin 29.06.2026
3a4ca1f8362b857841ef16f9e99ef7e6
  • ŞOU-BİZNES

“Valideynlər, həyəcan təbili çalınır”

admin 29.06.2026
1782744333_6a427bb62db0e6a-v
  • DÜNYA

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

admin 29.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.