Skip to content
30.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Azərbaycanda benzinin qiyməti ilə bağlı TƏCİLİ XƏBƏR GƏLDİ – BU QƏDƏR…
  • İQTİSADİYYAT

Azərbaycanda benzinin qiyməti ilə bağlı TƏCİLİ XƏBƏR GƏLDİ – BU QƏDƏR…

admin 14.05.2026
1778689263_1
Benzin qiymətlərinin artması Azərbaycanda ümumi inflyasiyaya birbaşa təsir göstərən əsas amillərdən biridir. Çünki yanacaq həm nəqliyyat və logistika, həm də bir çox istehsal və xidmət sahələri üçün əsas xərc maddələrindən sayılır. Yanacaq bahalaşdıqda məhsulların daşınma xərcləri artır və bu da son nəticədə bazarda qiymət artımına səbəb olur.

Bu fikirləri Referans Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

İqtisadçının sözlərinə görə, xüsusilə ərzaq məhsulları, kənd təsərrüfatı malları, tikinti materialları və gündəlik istehlak məhsullarının qiymətlərində artım müşahidə oluna bilər. Regionlardan Bakıya və digər iri şəhərlərə daşınan məhsulların logistika xərclərinin yüksəlməsi satış qiymətlərinə əlavə yük yaradır.

Ekspert qeyd edib ki, eyni zamanda taksi, yükdaşıma, ictimai nəqliyyat və çatdırılma xidmətlərində də bahalaşma riski artır.

Akif Nəsirli vurğulayıb ki, yanacağın bahalaşması sahibkarların fəaliyyətinə də ciddi təsir göstərir. Onun sözlərinə görə, kiçik və orta biznes subyektlərinin xərcləri yüksəlir, xüsusilə nəqliyyat və xidmət sektorunda fəaliyyət göstərən şirkətlərin rentabelliyi azalır. Bir çox hallarda sahibkarlar artan xərcləri məhsul və xidmətlərin qiymətlərinə əlavə etməyə məcbur qalırlar ki, bu da ümumi bazar qiymətlərinin yüksəlməsinə səbəb olur.

İqtisadçı hesab edir ki, uzunmüddətli dövrdə bu proses iqtisadi aktivliyə də təsir göstərə bilər. Əhalinin gündəlik xərclərinin artması alıcılıq qabiliyyətinin zəifləməsinə və istehlakın azalmasına gətirib çıxarır. Sosial baxımdan isə aşağı və orta gəlirli ailələr üçün maliyyə yükü artır. Xüsusilə nəqliyyat və ərzaq xərclərinin yüksəlməsi ailə büdcəsinə daha çox təsir edir.

Sonda ekspert bildirib ki, belə vəziyyətlərdə iqtisadiyyatın dayanıqlığını qorumaq üçün yerli istehsalın genişləndirilməsi, logistika infrastrukturunun inkişafı və sahibkarlara dəstək mexanizmlərinin gücləndirilməsi vacib amillərdəndir.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Eldar Əzizov öz yerinə Elgin Həbibullayevi hazırlayır? – Detallar…
Next: Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

OXŞAR MÖVZULAR

1782670006_1
  • İQTİSADİYYAT

“Broadcom” süni intellekt çipləri hesabına gəlirlərini artırır

admin 29.06.2026
1782728248_abb_bank
  • İQTİSADİYYAT

ABB problemlər davam edir

admin 29.06.2026
1782650368_1
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT

“Azəriqaz”da qohumların “Kral”lığı – Bölgələrə də yayılıb

admin 29.06.2026

XƏBƏR LENTİ

Mədəniyyət naziri: Qurultayın zəngin elmi və mənəvi irsi xüsusi ehtiramla yaşadılır 17828011025451720299_1200x630
  • MƏDƏNİYYƏT

Mədəniyyət naziri: Qurultayın zəngin elmi və mənəvi irsi xüsusi ehtiramla yaşadılır

admin 30.06.2026
“Birinci Türkoloji Qurultayı türk dünyası üçün xüsusi əhəmiyyətə malik elmi tədbirdir”. Teleqraf xəbər verir ki, bunu mədəniyyət naziri...
DAVAMI Read more about Mədəniyyət naziri: Qurultayın zəngin elmi və mənəvi irsi xüsusi ehtiramla yaşadılır
Pirşağıda dənizdə batan qadın müəllim imiş 087ca91456b6d4cc01eacb1559ad689d
  • HADİSƏ

Pirşağıda dənizdə batan qadın müəllim imiş

admin 30.06.2026
Dünən saat 17 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində dənizdə batan qadın müəllim imiş. “Qafqazinfo” xəbər verir ki, dənizdə boğularaq...
DAVAMI Read more about Pirşağıda dənizdə batan qadın müəllim imiş
Nazilə Səfərli izləyicisini polisə verdi: “Sizin üçün Arzum deyiləm” – FOTO e4d604f97b4ce987c281446c6deef89d
  • ARAŞDIRMA

Nazilə Səfərli izləyicisini polisə verdi: “Sizin üçün Arzum deyiləm” – FOTO

admin 30.06.2026
Şairə və xına məclislərinin təşkilatçısı Nazilə Səfərli sosial şəbəkədə etdiyi paylaşımla diqqət mərkəzinə düşüb. Sənətçi onu təhqir...
DAVAMI Read more about Nazilə Səfərli izləyicisini polisə verdi: “Sizin üçün Arzum deyiləm” – FOTO
Ceyhun Bayramov ilə Yermek Koşerbayev arasında telefon danışığı oldu kazakhstan_(y_kosherbaev)
  • SİYASƏT

Ceyhun Bayramov ilə Yermek Koşerbayev arasında telefon danışığı oldu

admin 30.06.2026
İyunun 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayev arasında...
DAVAMI Read more about Ceyhun Bayramov ilə Yermek Koşerbayev arasında telefon danışığı oldu
“ŞABRAN-D” “SKYLİNE HOLDİNG” MMC oldu – Aqil Nəzərli də bu şübhəli şirkətə yarım milyonluq tender verdi 1782802539_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

“ŞABRAN-D” “SKYLİNE HOLDİNG” MMC oldu – Aqil Nəzərli də bu şübhəli şirkətə yarım milyonluq tender verdi

admin 30.06.2026
Laçın rayon İcra Hakimiyyəti tərəfindən Ağcabədi rayonunun Taxta Körpü ərazisində abadlıq, işıqlandırma və büdcə vəsait hesabına obadaxili...
DAVAMI Read more about “ŞABRAN-D” “SKYLİNE HOLDİNG” MMC oldu – Aqil Nəzərli də bu şübhəli şirkətə yarım milyonluq tender verdi

Bütün yazılar

17828011025451720299_1200x630
  • MƏDƏNİYYƏT

Mədəniyyət naziri: Qurultayın zəngin elmi və mənəvi irsi xüsusi ehtiramla yaşadılır

admin 30.06.2026
087ca91456b6d4cc01eacb1559ad689d
  • HADİSƏ

Pirşağıda dənizdə batan qadın müəllim imiş

admin 30.06.2026
e4d604f97b4ce987c281446c6deef89d
  • ARAŞDIRMA

Nazilə Səfərli izləyicisini polisə verdi: “Sizin üçün Arzum deyiləm” – FOTO

admin 30.06.2026
kazakhstan_(y_kosherbaev)
  • SİYASƏT

Ceyhun Bayramov ilə Yermek Koşerbayev arasında telefon danışığı oldu

admin 30.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.