Skip to content
29.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “ŞABRAN-D” “SKYLİNE HOLDİNG” MMC oldu – Aqil Nəzərli də bu şübhəli şirkətə yarım milyonluq tender verdi
  • CƏMİYYƏT
  • ÖLKƏ

“ŞABRAN-D” “SKYLİNE HOLDİNG” MMC oldu – Aqil Nəzərli də bu şübhəli şirkətə yarım milyonluq tender verdi

admin 30.06.2026
1782802539_1
Laçın rayon İcra Hakimiyyəti tərəfindən Ağcabədi rayonunun Taxta Körpü ərazisində abadlıq, işıqlandırma və büdcə vəsait hesabına obadaxili avtomobil yollarının və büdcədənkənar vəsait hesabına obadaxili avtomobil yollarının cari təmiri üzrə 15.04.2026-cı ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “SKYLİNE HOLDİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 496.027,87 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.

Qeyd edək ki, Laçın rayon İcra Hakimiyyətinin qalib seçdiyi MMC barəsində açıq mənbələrdə heç bir məlumat yoxdu yoxdu. Apardığımız daha ətraflı ətraşdırma zamanı məlum oldu ki, MMC-yə aid VÖEN uzun illərdir Azərbaycanın dövlət satınalmaları bazarında yüzminlərlə dəyəri olan tenderləri udan “ŞABRAN-D”-yə məxsusdur.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ŞABRAN-D” (VÖEN: 1600826601) Məhdud Məsuliyyətli Cəmiyyətinin 12.12.2007-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, AK.HƏSƏN ƏLİYEV, ev 92A, m. 1, qanuni təmsilçisi kimi isə Cəlal Bədəlov Bayram oğlu qeyd olunub. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Bədəlov Vidalət Bayram oğlu olub.

Qeyd edək ki, hazırda “SKYLİNE HOLDİNG”MMC (VÖEN: 1600826601) -nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, A.M.CÜMƏ, ev.21, 1969, m.5-də yerləşir, qanuni təmsilçisi isə İsmayılova Rabiyyə Razim qızıdır. Dövlət Vergi Xidmətinin məlumatlarına görə MMC Bədəlov Vidalət Bayram oğlu tərəfindən təsis edilib, Cəlal Bədəlov Bayram oğlu uzun müddət qanuni təmsilçisi olub.

Xatırlatmaq istərdik ki, “ŞABRAN-D” Məhdud Məsuliyyətli Cəmiyyəti 01.11.2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə etibarsız təchizatçıların siyahısına salınıb. Bu qərarın qüvvədə olma müddəti bitdikdən sonra “ŞABRAN-D” MMC heç bir satınalmanın qalibi olmayıb.

Maraqlıdır, uzun müddətdir fəaliyyətdə olan bu MMC-nin müvafiq sahədə ixtisas göstəriciləri, maddi-texniki bazası, müvafiq tələblərə cavab verən işçi qüvvəsi, etibarlığı nə üçün yoxlanılmamış, nəzərə alınmamış, hardasa satınalma müqaviləsinin icrasını yerinə yetirə bilmədikdən sonra etibarsız təchizatçıların siyahısına salınmış, sonra da adını dəyişdirərək yenə yüzminlərlə manat dəyəri olan dövlət sifarişlərini necə alır?

Qeyd edək ki, “ŞABRAN-D” MMC 2020-2024-cü illərdə respublikanın ayrı-ayrı bölgələrində olmaqla, əsasən də rayon İcra Hakimiyyətləri tərəfindən 60-dan çox dövlət satınalmalarının qalibi seçilib. Amma birdən-birə də etibarsız təchizatçıların siyahısına salınıb. MMC etibarsız təchizatçıların siyahısına salınmazdan 15 gün əvvəl Laçın rayon İcra Hakimiyyəti başçısının Qayğı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin keçirdiyi “Bir sıra işlərin görülməsi”nin satın alınması üzrə 561.433,55 manat dəyərində açıq tenderin qlibi seçilib.

Göründüyü kimi “ŞABRAN-D” MMC-nin adı bir sıra şübhəli satınalmalarda hallanıb. Elektron mediada “ŞABRAN-D” MMC-nin qanuni təmsilçisi Cəlal Bədəlovun barəsində geniş məlumat var. Cəlal Bədəlov 2020-ci ilndə media vasitəsilə dövlət rəhbərliyinə ünvanladığı şikayətində Şabran rayon İcra Hakimiyyəti başçısının o zamankı 1-ci müavini Mehdi Balabəyovun rayonda aparılan quruculuq işlərinin və yeni layihələrin onun şirkətlərinə verilməsi üçün ondan 227.000 (iki yüz iyirmi min) manat pul aldığını iddia edirdi. O zaman kiçik bir rayonda dövlət satınalmaları üçün 227 min manat “şapka” tələb olunması ictimaiyyət arasında böyük rezonans doğurmuş, bu sahədə olan korrupsiyanın miqyasını bir daha açıq-aydın ortaya qoymuşdu.

Bunlardan əlavə Cəlal Bədəlovun satınalmaları ailə biznesinə çevirməsi barədə də geniş məlumatlar var. Belə ki, qardaşı Bəhruz Bədəlovun “VİKTORY CONSTRUCTİON GROUP” MMC-nin qanuni təmsilçisi, oğlu Cavid Bədəllinin isə “BC İNŞAAT” MMC-nin qanuni təmsilçisi olması barədə elektron media məlumatlar yayılıb.

Bütün bunlar onu göstərir ki, “ŞABRAN-D” MMC -nin əsl sahibi gözəgörünməz bir şəxsdir və şirkətin adının nə kimi şübhəli satınalmalarda hallanmasına baxmayaraq yenə tenderlər uda bilir. Lisenziyası olmasa belə.

Qeyd edək ki, ”Lisenziyalar və İcazələr haqqında Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində “SKYLİNE HOLDİNG” deyil, “ŞABRAN-D” MMC göstərilir. MMC 18.11.2016-cı ildə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alıb. Amma avtomobil yollarının təmiri üzrə MMC-nin lisenziyası yoxdur.

Xatırladaq ki, Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlidir. O, Prezidentİlham Əliyevin 2016-cı il 16 iyun tarixli Sərəncamı ilə Laçın rayonu İcra Hakimiyyəti başçısı təyin edilmişdir. Daha əvvəl Laçın rayonu İcra Hakimiyyəti başçısının aparatında müxtəlif vəzifələrdə çalışmışdır.
Aktualinfo.net

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür
Next: Ceyhun Bayramov ilə Yermek Koşerbayev arasında telefon danışığı oldu

OXŞAR MÖVZULAR

1787820358_1787816852_images-8
  • CƏMİYYƏT

Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI

admin 28.08.2026
1787920096_20938926
  • CƏMİYYƏT

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

admin 28.08.2026
1787920510_1787909269-v
  • CƏMİYYƏT
  • ÖLKƏ

300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?

admin 28.08.2026

XƏBƏR LENTİ

Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI 1787820358_1787816852_images-8
  • CƏMİYYƏT

Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI

admin 28.08.2026
Məktəb formalarının qiymətlərinə tətbiq olunan endirimlər davam edir. Belə ki, şalvar və ətəklərin qiyməti 20 manatdan 15...
DAVAMI Read more about Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək 1787920096_20938926
  • CƏMİYYƏT

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

admin 28.08.2026
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. 6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda...
DAVAMI Read more about Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək
300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir? 1787920510_1787909269-v
  • CƏMİYYƏT
  • ÖLKƏ

300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?

admin 28.08.2026
Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Fəxrəddin Məmmədovun adı ətrafında daha əvvəl yayılan əmlak və işçi narazılığı...
DAVAMI Read more about 300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?
Məleykə Abbaszadə DİM-dən gedir – Onu Rüfət Əzizov əvəzləyəcək? 1787917684_dm-sedri_melekyke
  • CƏMİYYƏT

Məleykə Abbaszadə DİM-dən gedir – Onu Rüfət Əzizov əvəzləyəcək?

admin 28.08.2026
Bu ilki dövlət imtahan qəbulu prosesi Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin sonun iş ili ola bilər....
DAVAMI Read more about Məleykə Abbaszadə DİM-dən gedir – Onu Rüfət Əzizov əvəzləyəcək?
Gəncədə Fikrət Əmirov parkında ağaclar mişarlanır: Ekologiya qurumları niyə susur? FOTO/VİDEO 1787910926_4fd3a840-2882-4918-86d3-640f43fe6469
  • CƏMİYYƏT
  • ÖLKƏ

Gəncədə Fikrət Əmirov parkında ağaclar mişarlanır: Ekologiya qurumları niyə susur? FOTO/VİDEO

admin 28.08.2026
Gəncə şəhərində yaşıllıqların qorunması ilə bağlı növbəti ciddi iddia gündəmə gəlib. Redaksiyaya təqdim olunan foto və məlumatlarda...
DAVAMI Read more about Gəncədə Fikrət Əmirov parkında ağaclar mişarlanır: Ekologiya qurumları niyə susur? FOTO/VİDEO

Bütün yazılar

1787820358_1787816852_images-8
  • CƏMİYYƏT

Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI

admin 28.08.2026
1787920096_20938926
  • CƏMİYYƏT

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

admin 28.08.2026
1787920510_1787909269-v
  • CƏMİYYƏT
  • ÖLKƏ

300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?

admin 28.08.2026
1787917684_dm-sedri_melekyke
  • CƏMİYYƏT

Məleykə Abbaszadə DİM-dən gedir – Onu Rüfət Əzizov əvəzləyəcək?

admin 28.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.