Skip to content
01.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Azərbaycanda benzinin qiyməti dəyişə bilər – Mühüm proses başladı
  • İQTİSADİYYAT

Azərbaycanda benzinin qiyməti dəyişə bilər – Mühüm proses başladı

admin 13.05.2026
1778643950_1
Yaxın Şərqdə artan gərginlik dünya enerji bazarında ciddi təsirlər yaratmağa başlayıb. Belə ki, İran ətrafında baş verən hadisələrdən sonra Avropa və ABŞ-da yanacaq qiymətləri sürətlə artıb. Bildirilir ki, bu prosesin qarşısını almaq üçün ABŞ yanacaq üzrə federal vergilərin yığılmasını müvəqqəti dayandıracaq.

Yanacaqla bağlı yaranmış böhran ölkəmiz üçün nə vəd edir?

Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, Azərbaycan ixrac yönümlü enerji iqtisadiyyatıdır:

“Dövlət büdcəsinin və valyuta axınının əsas hissəsi neft-qaz sektorundan gəlir. Ona görə də enerji qiymətlərinin yüksəlməsi avtomatik olaraq ölkəyə əlavə gəlir gətirir. Neftin hər 10 dollarlıq artımı Azərbaycan büdcəsi üçün təxminən 400 milyon manat əlavə gəlir deməkdir. Hazırda “Azeri Light” markalı neftin bir barrelinin qiyməti büdcədə nəzərdə tutulan 65 dollar səviyyəsindən xeyli yüksəkdir. Bu vəziyyət Dövlət Neft Fondunun gəlirlərini artırır, valyuta ehtiyatlarını gücləndirir, manatın sabitliyini qoruyur, ən əsası, hökumətə əlavə sosial xərclər imkanı verir. Qısası, enerji ixracatçısı ölkələr qlobal böhran zamanı əlavə renta qazanırlar. Buna klassik “rentier dividend” effekti deyirik. Ancaq bu vəziyyətin təhlükəli tərəfləri də az deyil. Xammal gəlirlərinin artması hər zaman iqtisadi diversifikasiyanı zəiflədir. Azərbaycanın ixracının 80%-dən çoxu enerji sektorunun payına düşür. Bu hal iqtisadiyyatı qiymət volatilliyinə, geosiyasi şoklara, qlobal tələbin dəyişməsinə qarşı həssas saxlayır”.

İqtisadçı bildirib ki, neft bahalaşdıqca dövlət qazanır, amma iqtisadiyyatın dayanıqlılığı zəifləyir:

“Digər tərəfdən, qlobal enerji qiymətləri yüksəldikcə daşınma xərcləri artır, ərzaq qiymətləri bahalaşır, kənd təsərrüfatı maya dəyəri yüksəlir, tikinti və sənaye sektorunda xərclər artır. Bu proses isə “xərc inflyasiyası” adlanır. Yüksək inflyasiya, aşağı iqtisadi artım, zəif məşğulluğun kombinasiyası olan staqflyasiya riski yarana bilər. Bu ssenari Azərbaycan üçün xüsusilə təhlükəlidir, çünki qeyri-neft sektoru hələ kifayət qədər güclü deyil.

Əslində, ABŞ-da federal yanacaq vergisinin dayandırılması ideyası klassik antiinflyasiya müdaxiləsidir. Məqsəd istehlakçı qiymətlərini yumşaltmaq, sosial narazılığı azaltmaq, seçici təzyiqini zəiflətməkdir. Azərbaycan da öz növbəsində AI-92 benzini, dizel və bəzi idxal olunan neft məhsulları üzrə aksiz, gömrük rüsumlarını müvəqqəti azalda bilər. Bu mexanizm daşınma xərclərini yumşalda və ərzaq qiymətlərinə təzyiqi qismən zəiflədə bilər. Məlumdur ki, inflyasiyanın əsas zərbəsi aşağı gəlirli əhalinin üzərinə düşür. Həmçinin, Azərbaycan bazarında qiymət artımının bir hissəsinin həqiqi xərclə yox, bazar konsentrasiyası ilə bağlı olduğu heç kimə sirr deyil. Böhran dövründə süni qiymət artımı, ehtiyat yığılması, kartel davranışları güclənir. Buna görə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, gömrük, vergi sistemi aktiv monitorinq aparmalıdır. Əks halda qlobal şok daxildə “spekulyativ inflyasiya”ya çevrilə bilər”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Lombardların GERÇƏK ÜZÜ: “Bir həftə də vaxt verin…”
Next: Türkiyə XİN: Ermənistanla ticarət əlaqələrinin başlanması üçün hazırlıqlar başa çatıb

OXŞAR MÖVZULAR

1782670006_1
  • İQTİSADİYYAT

“Broadcom” süni intellekt çipləri hesabına gəlirlərini artırır

admin 29.06.2026
1782728248_abb_bank
  • İQTİSADİYYAT

ABB problemlər davam edir

admin 29.06.2026
1782650368_1
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT

“Azəriqaz”da qohumların “Kral”lığı – Bölgələrə də yayılıb

admin 29.06.2026

XƏBƏR LENTİ

Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət – BU NƏDİ BELƏ? 1782846427_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət – BU NƏDİ BELƏ?

admin 01.07.2026
Biləcəri qəsəbəsi, Vidadi küçəsində aparılan tikinti işləri ilə bağlı redaksiyamıza daxil olan məlumatlar ciddi narahatlıq doğurur. İddialara...
DAVAMI Read more about Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət – BU NƏDİ BELƏ?
Mingəçevirin kommunal müəssisəsi borc bataqlığında: Yaxınlaşan 1 milyon! images_3_1782859791
  • CƏMİYYƏT

Mingəçevirin kommunal müəssisəsi borc bataqlığında: Yaxınlaşan 1 milyon!

admin 01.07.2026
Mingəçevir Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsinin dövlətə külli miqdarda vergi borcu olduğu məlum...
DAVAMI Read more about Mingəçevirin kommunal müəssisəsi borc bataqlığında: Yaxınlaşan 1 milyon!
İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib 1782892094_screenshot-2026-07-01-114608
  • SİYASƏT

İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib

admin 01.07.2026
Azərbaycan Prezidenti İlham Əliyev somalili həmkarı Həsən Şeyx Mahmuda təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident,...
DAVAMI Read more about İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib
Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb 1782886104_screenshot-2026-07-01-100140
  • SİYASƏT

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

admin 01.07.2026
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da Şəkidə 6 saylı Uşaq evi sosial xidmət müəssisəsində olub....
DAVAMI Read more about Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub 1782894050_screenshot-2026-07-01-121850
  • CƏMİYYƏT

Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub

admin 01.07.2026
 Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub Səfirlikdə təhsil məsələləri üzrə müşavir vəzifəsinə Müjdat Həsənov təyin...
DAVAMI Read more about Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub

Bütün yazılar

1782846427_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət – BU NƏDİ BELƏ?

admin 01.07.2026
images_3_1782859791
  • CƏMİYYƏT

Mingəçevirin kommunal müəssisəsi borc bataqlığında: Yaxınlaşan 1 milyon!

admin 01.07.2026
1782892094_screenshot-2026-07-01-114608
  • SİYASƏT

İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib

admin 01.07.2026
1782886104_screenshot-2026-07-01-100140
  • SİYASƏT

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

admin 01.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.