Skip to content
01.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Lombardların GERÇƏK ÜZÜ: “Bir həftə də vaxt verin…”
  • GÜNDƏM
  • İQTİSADİYYAT

Lombardların GERÇƏK ÜZÜ: “Bir həftə də vaxt verin…”

admin 13.05.2026
1778598676_1
Azərbaycanda lombardlarla bağlı normativ-hüquqi bazanın hazırlanması yenidən gündəmə gəlib. Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, lombard fəaliyyəti ilə bağlı normativ-hüquqi baza hazırda razılaşdırılma mərhələsindədir və yaxın gələcəkdə bu sahəyə də tənzimləmə gətiriləcək.

Uzun illərdir ekspertlər lombard sektorundakı əsas problemlərdən danışırlar: girovların real bazar qiymətindən aşağı qiymətləndirilməsi, yüksək faizlər, qeyri-şəffaf şərtlər və vətəndaşların çıxılmaz vəziyyətdə seçim qarşısında qalması…
TEREF xəbər verir ki, Musavat.com-un əməkdaşı vəziyyəti yerində araşdırmaq üçün paytaxtdakı bir neçə lombarda baş çəkib.

Qara Qarayev metrosunun çıxışında iri hərflərlə yazılmış “LOMBARD” sözü uzaqdan diqqət çəkir. İçəri daxil olan kimi adam qəribə ab-havaya düşür. Dar otaq, dəmir seyflər, masaların üzərində tərəzilər, vitrində qızıllar… Burada zaman sanki başqa cür işləyir.

İçəridə iki qadın və bir kişi müştəriləri qəbul edirdi. Hamısı qara geyimdə idi. Qadınlardan birinin qalın tatuajlı qaşları, kişinin isə keçəl başı və uzun saqqalı vardı. Elə bil köhnə seriallardan çıxmış sələmçi obrazları idi. Telefon zəngləri bir-birini əvəzləyirdi. Kimisi faiz soruşur, kimisi vaxt istəyirdi.

Yaxınlaşıb lombardın şərtləri ilə maraqlandığımızı deyirik.

– Nələri girov götürürsünüz?

Qara geyimli kişi stulda arxaya söykənib sakit səslə cavab verir:

– Əsasən qızıl və avtomobil. Maşın qoyan da çox olur.

Maşınımız olmadığı üçün qulaqdakı sırğanı çıxarıb qadına uzadırıq. Qadın onu tərəzinin üstünə qoyur, diqqətlə baxır.

– Məsələn, bunu qoysam, nə qədər pul düşər?

Qadın kalkulyatora baxmadan cavab verir:

– 100 manata görə 5 manat faiz hesablanır. Təxminən 240 manat düşər, aylıq da 12 manat faiz.

Sırğaya baxıb etiraz edirik:

– Mən bunu Türkiyədən 350 manata almışam. Deyirlər lombardda qiyməti çox aşağı salırlar…

Qadın gülümsəyir:

-Elə deyil. “Lom” qiyməti var, bir də satış qiyməti. Məsələn, bu gün lom 140 manatdırsa, arada 5-6 manat fərq çıxılır. Ona uyğun hesablanır.
Sonra qaydaları izah etməyə başlayır:

– İstəsəniz təkcə faizi ödəyərsiniz, istəsəniz əsas məbləği də hissə-hissə bağlayarsınız. Məbləğ azaldıqca faiz də düşür.

– Yəni bank krediti kimi?

– Demək olar, bəli. Hər ay ödəniş olunur. Şəxsiyyət vəsiqəsi kifayətdir. Qızılı burada saxlayırıq, sizə də qəbz verilir. Siz arxayın olursunuz ki, girov bizdədir, biz də arxayın oluruq ki, müştərimiz var.

Ən maraqlı cavab isə girovun satışa çıxarılması ilə bağlı olur.

– Müştəri gecikdirsə, nə vaxt satışa çıxarırsınız?

Qadın bu dəfə bir qədər ciddi səslə cavab verir:

– Adətən 1 ay 10 gün gözləyirik. Zəng edirik, mesaj yazırıq. Adam deyir “bir gün də vaxt verin”, “sabah gələcəm”. Çalışırıq nəzərə alaq. Amma müqavilədə hər şey yazılır. Ödəniş olmazsa, xəbərdarlıq mesajı göndərilir və girov satışa çıxarıla bilər.

Söhbət etdiyimiz anda içəri orta yaşlı bir kişi daxil olur. Əlində köhnə model telefon, sifətində yorğunluq var. Cibindən bükülmüş qəbz çıxarıb masaya qoyur.

– Bacı, bir həftə də vaxt verin. Maaş gecikir…

Qadın kompüterə baxır:

– İki aydır uzanır. Faiz də yığılır.

Kişi səsini alçaldır:

– Uşağın xərcinə getdi. Ayın axırı bağlayacam. Satmayın, xahiş edirəm…

Bir neçə saniyəlik otaqda sükut yaranır. Qadın dərin nəfəs alıb cavab verir:

-Yaxşı, bir həftə də gözləyərik. Amma gecikdirməyin.

Bu kiçik dialoq lombardların əsl mənzərəsini açıq göstərir. Bura sadəcə qızıl qoyulan yer deyil. Bəzən insanların son çıxış yolu, sıxıntı anında “nəfəs dərmək” üçün üz tutduğu ünvandır.

Digər lombardlara baş çəkəndə də oxşar mənzərə ilə qarşılaşırıq. Diqqət çəkən əsas məqamlardan biri isə lombardların əksəriyyətinin metro çıxışlarında yerləşməsi idi. Bu da təsadüfi görünmür. İnsan axınının çox olduğu yerlərdə lombardların sıralanması bu xidmətə tələbin kifayət qədər yüksək olduğunu göstərir.

Baş çəkdiyimiz başqa bir lombardda isə şərtlər fərqli idi. Burada sırğanı göstərən kimi ilk sual belə oldu:

– Nə qədər pul lazımdır sizə?

Qiyməti soruşuruq.

– Bizdə 100 manata 10 manat faizdir. Qızılı 10 faizlə götürürük, elektronikanı isə 20 faizlə. Paltaryuyan, soyuducu da qəbul edirik.

Buradakı əməkdaş da etiraf edir ki, son illər müraciət edənlərin sayı artıb:

– Borcu çoxalanlar gəlir. Adamlar çıxış yolu tapa bilmirlər.

Başqa bir lombardda isə qızıl üçün 100 manata 15 manat faiz hesablandığını deyirlər. Yəni eyni girov üçün müxtəlif ünvanlarda fərqli şərtlər təklif olunur. Görünən odur ki, lombard bazarında vahid qayda və standartların olmaması həm qiymətləndirmədə, həm də faiz siyasətində ciddi fərqlər yaradır.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous:  “690 manat ödədik, müayinəni həkim yox, köməkçisi etdi” – Mərkəzi Klinikadan ŞİKAYƏT
Next: Azərbaycanda benzinin qiyməti dəyişə bilər – Mühüm proses başladı

OXŞAR MÖVZULAR

1782885477_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Xaçmaz təhsilində OYUNBAZLIQ… – İTTİHAM VAR…

admin 01.07.2026
1782802786_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Yüksək vəzifədə olan qaynım Natiq Əliyev məni aldadıb, evimi də, pulumu da ələ keçirdi. İndi kafelərdə qabyuyan işləyirəm

admin 30.06.2026
1782822801_xelil-goyushov9
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş – Xankəndidə söküntü həyata keçiriəcək

admin 30.06.2026

XƏBƏR LENTİ

İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib 1782892094_screenshot-2026-07-01-114608
  • SİYASƏT

İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib

admin 01.07.2026
Azərbaycan Prezidenti İlham Əliyev somalili həmkarı Həsən Şeyx Mahmuda təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident,...
DAVAMI Read more about İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib
Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb 1782886104_screenshot-2026-07-01-100140
  • SİYASƏT

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

admin 01.07.2026
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da Şəkidə 6 saylı Uşaq evi sosial xidmət müəssisəsində olub....
DAVAMI Read more about Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub 1782894050_screenshot-2026-07-01-121850
  • CƏMİYYƏT

Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub

admin 01.07.2026
 Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub Səfirlikdə təhsil məsələləri üzrə müşavir vəzifəsinə Müjdat Həsənov təyin...
DAVAMI Read more about Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub
Tikinti şirkətləri çıxarışı olmayan evləri vətəndaşların razılığı olmadan sökə bilərlər? – AÇIQLAMA
  • CƏMİYYƏT
  • ÖLKƏ

Tikinti şirkətləri çıxarışı olmayan evləri vətəndaşların razılığı olmadan sökə bilərlər? – AÇIQLAMA

admin 01.07.2026
Son zamanlar tikinti şirkətlərindən gələn şikayətlər artmaqdadır. Sosial şəbəkələrdə bir sıra şirkətlərin çıxarışı olan və olmayan evləri...
DAVAMI Read more about Tikinti şirkətləri çıxarışı olmayan evləri vətəndaşların razılığı olmadan sökə bilərlər? – AÇIQLAMA
Sumqaytda yanacaq maşınının qatarla toqquşması ilə bağlı açıqlama – VİDEO 54d343509a1590353208ce3fd4c0a2e5
  • HADİSƏ
  • VİDEO

Sumqaytda yanacaq maşınının qatarla toqquşması ilə bağlı açıqlama – VİDEO

admin 01.07.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yanacaq daşıyan avtomobil ilə qatarın...
DAVAMI Read more about Sumqaytda yanacaq maşınının qatarla toqquşması ilə bağlı açıqlama – VİDEO

Bütün yazılar

1782892094_screenshot-2026-07-01-114608
  • SİYASƏT

İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib

admin 01.07.2026
1782886104_screenshot-2026-07-01-100140
  • SİYASƏT

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

admin 01.07.2026
1782894050_screenshot-2026-07-01-121850
  • CƏMİYYƏT

Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub

admin 01.07.2026
  • CƏMİYYƏT
  • ÖLKƏ

Tikinti şirkətləri çıxarışı olmayan evləri vətəndaşların razılığı olmadan sökə bilərlər? – AÇIQLAMA

admin 01.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.