Skip to content
01.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…

admin 12.05.2026
10566a4f798d9cdc4222cb6791716d3c

Xəbər verdiyimiz kimi, bu gün Bakı Apellyasiya Məhkəməsində SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin cavabdeh olduğu iş üzrə məhkəmə prosesi keçirilib və əlavə qətnamə qəbul edilib.

Musavat.com xəbər verir ki, əlavə qətnamə Ali Məhkəmə Plenumunun alimentin indeksləşdirilməsi ilə bağlı hüquqi mövqeyinə münasibət bildirilməsi məqsədilə çıxarılıb.

Hakim İkram Şirinovun sədrliyi ilə keçirilən prosesdə Orxan İsmayılzadədən tutulan alimentin yaşayış minimumuna uyğun indeksləşdirilməsi məsələsinə hüquqi qiymət verilib və nəticədə alimentin 1,05 faiz yaşayış minimumu həddində tutulmasına qərar verilib.

WhatsApp Image 2025-12-08 at 13.39.07.jpeg (225 KB)

Məhkəmə iclasında Orxan İsmayılzadənin 6 vəkilindən ikisi – Elcan Həsənli və Kəmalə Əmirxanlı təmsil ediblər. Onlar alimentin 0,68 faiz yaşayış minimumu həddində – 260 manat müəyyən edilməsini tələb ediblər. Orxan İsmayılzadənin vəkilləri onun alimenti ödəmək imkanının olmadığını dilə gətiriblər.

Maraqlı məqam isə bundan ibarət idi ki, cavabdeh tərəf bir tərəfdən atalığı qəbul etmədiyini bildirib, digər tərəfdən isə aliment məbləğinin azaldılmasına çalışıb. Bu ziddiyyətli mövqe məhkəmə zalında diqqət çəkən əsas məqamlardan biri olub. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin əlavə qətnaməsində iddiaçı Fidan Abbasovanın xeyrinə alimentin tutulması məsələsi bir daha təsdiqlənib.

SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə qızı Nil İsmayılzadənin saxlanılması üçün müəyyən edilən aliment məbləğindən narazıdır.

Bakı Apellyasiya Məhkəməsinin ötən həftə çıxardığı qətnamədə aliment məbləği indeksləşdirilərək 500 manatdan 580 manata qaldırılmışdı. Lakin Orxan İsmayılzadə 80 manatlıq artıma etiraz edirdi. İddiaçı tərəf isə alimentin 2 min manata qaldırılmasını məhkəmədən xahiş edirdi. Bundan başqa, elan olunmuş qərarın qısa müddət sonra yenidən müzakirəyə çıxarılmasını hüquqi baxımdan suallar doğuran addım kimi qiymətləndirirdi. Çünki hüquqi müəyyənlik və məhkəmə qərarlarının sabitliyi prinsipi müasir məhkəmə sisteminin əsas dayaqlarından hesab olunur. Fidan Abbasova uzun illərdir davam edən məhkəmə prosesində bildirirdi ki, Orxan İsmayılzadə ilə 2012-ci ildən faktiki nikah münasibətində olublar və 2015-ci ildə dünyaya gələn Nil adlı uşağın atası məhz odur. İş materiallarında tərəflərin birlikdə yaşaması, xarici ölkələrə birgə səfərləri və münasibətlərini təsdiqləyən müxtəlif sübutlar yer alıb. Bununla belə, proses boyu ən diqqətçəkən məqam Orxan İsmayılzadənin müxtəlif məhkəmələrin təyin etdiyi 7 ekspertizada iştirakdan yayınması olub. Təyin edilən DNK ekspertizalarının baş tutmaması da məhz bununla əlaqələndirilir. Azərbaycan qanunvericiliyinə görə tərəfin ekspertizadan yayınması həmin halın qarşı tərəfin xeyrinə qiymətləndirilməsinə əsas verir. Nəticədə məhkəmə iddia tələbini təmin edib. 2026-cı il aprelin 28-də Bakı Apellyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə çıxarılan qərarla Sabunçu Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılıb. Qərara əsasən, uşağın sənədlərində “ata” qrafasında Orxan adı, soyad hissəsində isə İsmayılzadə soyadı qeyd edilməlidir.

WhatsApp Image 2025-12-08 at 13.39.07 (1).jpeg (302 KB)

Xatırladaq ki, Orxan İsmayılzadə qızı Nil İsmayılzadənin saxlanılması üçün müəyyən olunan alimenti də intizamlı şəkildə ödəmir. Hətta buna görə 2024-cü ildə onun əmlakları üzərinə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs də qoyulub. Məhkəmə materiallarında göstərilirdi ki, Orxan İsmayılzadənin adına müxtəlif daşınmaz əmlaklar və bahalı avtomobillər mövcuddur. Bunların sırasında qeyri-yaşayış binaları, mənzillər, fərdi yaşayış evi, həmçinin “Hummer H3 Alfa” və “Porsche Panamera Turbo” markalı avtomobillər də vardı. Məhkəmə qərarı ilə həmin əmlakların üzərinə həbs qoyulmuşdu. Maraqlıdır ki, məhz bundan sonra aylarla ödənilməyən aliment borcu hesablanaraq köçürülmüşdü. Əmlakların və nəqliyyat vasitələrin real bazar dəyəri ümumilkdə 1 milyon manatı aşırdı. İndi isə 6 vəkili olan oliqarx oğlu qızını saxlanması üçün müəyyən olunan 580 manatlıq alimentə etiraz edib və məhkəməni uduzub.

E.Məmmədəliyev
Musavat.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Abdin Fərzəliyevin sevimli şirkəti: Ötən il 1,3 milyon, bu il 353 min manatlıq sifariş
Next: Rusiya yeni “Sarmat” raketini uğurla sınaqdan keçirib

OXŞAR MÖVZULAR

1782802786_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Yüksək vəzifədə olan qaynım Natiq Əliyev məni aldadıb, evimi də, pulumu da ələ keçirdi. İndi kafelərdə qabyuyan işləyirəm

admin 30.06.2026
1782822801_xelil-goyushov9
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş – Xankəndidə söküntü həyata keçiriəcək

admin 30.06.2026
28f3e905-8474-4863-8196-1a8f148fafad
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

İbrahim Nəbioğlunun yeni çıxmış “Oxumaq və unutmaq paradoksu” kitabı haqqında

admin 30.06.2026

XƏBƏR LENTİ

Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək? zaxarova_aa
  • DÜNYA

Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?

admin 30.06.2026
“Fransa hakimiyyəti Ukraynaya verilən silahların məqsədini vətəndaşlarına izah etməyib”. Diplomat qeyd edib ki, Paris və Kiyev arasında...
DAVAMI Read more about Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi 453678_w_h500_1782717467_r
  • DÜNYA

Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi

admin 30.06.2026
Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Jumqalbek Şabdanbekov vəzifəsindən azad edilib. J.Şabdanbekov vəzifəsini başqa postda davam etdirəcək. Məlumata...
DAVAMI Read more about Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib 1782831530_screenshot_20260630_185239_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib

admin 30.06.2026
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Suraxanı rayonunun Hövsan...
DAVAMI Read more about Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib
“Beniz”in məhkəmə istintaqı yekunlaşır l86R9sIjzmoHIX8tLDIQVU4Jz33WELZ7zr73SJLA_1200
  • ARAŞDIRMA

“Beniz”in məhkəmə istintaqı yekunlaşır

admin 30.06.2026
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Beniz” ləqəbli bloqer Aybəniz Xəlilovanın barəsindəki cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib....
DAVAMI Read more about “Beniz”in məhkəmə istintaqı yekunlaşır
Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir 1782830250_screenshot_20260630_182725_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir

admin 30.06.2026
Çexiyada hökumət koalisiyasında yer alan “Azadlıq və Birbaşa Demokratiya” (SPD) partiyası Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin ali...
DAVAMI Read more about Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir

Bütün yazılar

zaxarova_aa
  • DÜNYA

Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?

admin 30.06.2026
453678_w_h500_1782717467_r
  • DÜNYA

Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi

admin 30.06.2026
1782831530_screenshot_20260630_185239_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib

admin 30.06.2026
l86R9sIjzmoHIX8tLDIQVU4Jz33WELZ7zr73SJLA_1200
  • ARAŞDIRMA

“Beniz”in məhkəmə istintaqı yekunlaşır

admin 30.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.