Skip to content
01.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Abdin Fərzəliyevin sevimli şirkəti: Ötən il 1,3 milyon, bu il 353 min manatlıq sifariş
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • ÖLKƏ

Abdin Fərzəliyevin sevimli şirkəti: Ötən il 1,3 milyon, bu il 353 min manatlıq sifariş

admin 12.05.2026
media-abdinnn-k9f1sn
Abşeron Rayon İcra Hakimiyyəti rayonda abadlıq işləri ilə bağlı tenderə yekun vurub.
 XALQ xəbər verir ki, tenderin qalibi “Proqress İnşaat En” MMC seçilib. Abadlıq işlərinə 353 643,29 manata xərclənəcək.
Abşeron Rayon İcra Hakimiyyəti ötən il də rayon abadlıq işlərinin həyata keçirilməsi ilə bağlı tender keçirib. Həmin tenderin də qalibi “Proqress İnşaat En” MMColub. Tərəflər arasındakı satınalma müqaviləsinin maliyyə dəyəri isə 1 316 607,1 manat təşkil edib.
Beləliklə, aydın olur ki, ötən il Abşeronda abadlıq işlərinə 1,3 milyon manat xərcləyən icra hakimiyyəti cari ildə də abadlıq işlərinə ehtiyac duyub. Bu zərurətin səbəbi aydın deyil. Əgər abadlıq işlərinin keyfiyyətində problem varsa, o zaman layihə niyə yenidən eyni şirkətə tapşırılıb? Yox əgər abadlıq işləri lazimi səviyyədə həyata keçirilbsə, növbəti tenderə niyə ehtyac yaranıb?
Başqa bir qaranlıq məqam “Proqress İnşaat En” MMC ilə bağlıdır. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmadan məlum olur ki, “Proqres İnşaat En” MMC vaxtaşırı Abşeron Rayon İcra Hakimiyyətinin tenderlərini qalibi seçilir. Bu tenderlər əsasən abadlıq və təmir işləri ilə əlaqədar keçirilib.
Ötən il “Proqress İnşaat En” MMC Abşeron Rayon İcra Hakimiyyətindən 2 760 240,05 manatlıq sifariş alıb. Bu vəsait Abşeronda abadlıq işlərinə və yollarına təmirinə ayrılıb.
Bundan başqa, şirkət ötən il Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhər üzrə Nümayəndəliyinin də keçirdiyi tenderin qalibi seçilib. Həmin tender Xırdalanda yolların təmiri ilə bağlı keçirilib. Satınalma müqaviləsinin maliyyə dəyəri 1 479 841,21 manat olub.
Yeri gəlmişkən, şirkət hətta Abşeron Rayon İcra Hakimiyyətinin bayram tədbirlərinin keçirilməsi ilə bağlı elan etdiyi müsabiqənin də qalibi seçilib.
Maraqlıdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin milyonluq tenderlərinin qalibi seçilən “Proqress İnşaat En” MMC haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Şirkətin nə əlaqə telefonlarına, nə internet səhifəsinə rast gəlinir.
İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Proqress İnşaat En” MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29 noyabr 2021-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 14-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abuzərov Kamran Zülfəli oğludur.
Mediada gedən məlumatlara görə, “Proqress İnşaat En” MMC Şirinov Eldar Bəhlul oğlu tərəfindən təsis edilib. İddialara görə, Eldar Şirinov Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsidir. Bəlkə də bu səbəbdən “Proqress İnşaat En” MMC Abşeron Rayon İcra Hakimiyyətinin sevimli şirkətinə çevrilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. Qaynarinfo

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı
Next: 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…

OXŞAR MÖVZULAR

1782831530_screenshot_20260630_185239_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib

admin 30.06.2026
1782827773_screenshot_20260630_175511_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

“Bravo“da kiflənmiş “Holland pendiri“ satılıb? – Müştərilərdən ard-arda şikayətlər

admin 30.06.2026
1782772191_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Qoşqar Təhməzli “VATA” MMC-ni qalib seçərkən nələrə göz yumub

admin 30.06.2026

XƏBƏR LENTİ

Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək? zaxarova_aa
  • DÜNYA

Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?

admin 30.06.2026
“Fransa hakimiyyəti Ukraynaya verilən silahların məqsədini vətəndaşlarına izah etməyib”. Diplomat qeyd edib ki, Paris və Kiyev arasında...
DAVAMI Read more about Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi 453678_w_h500_1782717467_r
  • DÜNYA

Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi

admin 30.06.2026
Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Jumqalbek Şabdanbekov vəzifəsindən azad edilib. J.Şabdanbekov vəzifəsini başqa postda davam etdirəcək. Məlumata...
DAVAMI Read more about Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib 1782831530_screenshot_20260630_185239_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib

admin 30.06.2026
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Suraxanı rayonunun Hövsan...
DAVAMI Read more about Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib
“Beniz”in məhkəmə istintaqı yekunlaşır l86R9sIjzmoHIX8tLDIQVU4Jz33WELZ7zr73SJLA_1200
  • ARAŞDIRMA

“Beniz”in məhkəmə istintaqı yekunlaşır

admin 30.06.2026
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Beniz” ləqəbli bloqer Aybəniz Xəlilovanın barəsindəki cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib....
DAVAMI Read more about “Beniz”in məhkəmə istintaqı yekunlaşır
Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir 1782830250_screenshot_20260630_182725_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir

admin 30.06.2026
Çexiyada hökumət koalisiyasında yer alan “Azadlıq və Birbaşa Demokratiya” (SPD) partiyası Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin ali...
DAVAMI Read more about Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir

Bütün yazılar

zaxarova_aa
  • DÜNYA

Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?

admin 30.06.2026
453678_w_h500_1782717467_r
  • DÜNYA

Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi

admin 30.06.2026
1782831530_screenshot_20260630_185239_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib

admin 30.06.2026
l86R9sIjzmoHIX8tLDIQVU4Jz33WELZ7zr73SJLA_1200
  • ARAŞDIRMA

“Beniz”in məhkəmə istintaqı yekunlaşır

admin 30.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.