Skip to content
30.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • AYNA-nın islahatları: məhdudiyyət var, amma alternativ yoxdur…
  • CƏMİYYƏT
  • GÜNDƏM

AYNA-nın islahatları: məhdudiyyət var, amma alternativ yoxdur…

admin 12.05.2026
1778565913_4jaiqqxbhluu3ets0yl5pwvts8ryl4lfcvo9zwuh_1200
Son illər Bakının nəqliyyat mənzərəsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) “islahat” xarakterli addımları ilə kökündən dəyişməyə başlayıb. Lakin bu dəyişikliklərin cəmiyyətdə yaratdığı rezonans göstərir ki, kağız üzərindəki rəqəmlərlə küçədəki reallıq arasında ciddi uçurum var. Prosesləri analiz etdikdə görürük ki, qurumun fəaliyyətində alternativsiz məhdudiyyət prinsipi üstünlük təşkil edir.

Parklanma varlanmaya xidmət edir?
Bakının mərkəzində tətbiq edilən yeni parklanma siyasəti şəhərin yükünü azaltmaq məqsədi güdsə də, bu, daha çox sürücülərin büdcəsinə zərbə vuran bir mexanizmə çevrilib. Dünyanın inkişaf etmiş şəhərlərində mərkəzi zonada parklanma bir qədər baha olsa da, şəhər kənarlarında “Park et və get” tipli geniş, ucuz dayanacaqlar fəaliyyət göstərir. Sürücü maşınını orada qoyub rahatlıqla sürətli qatara və ya metroya minə bilir. Bakıda isə AYNA mərkəzi zonalarda qiymətləri olduqca yüksək etməklə yanaşı, sürücüyə şəhər kənarında avtomobilini təhlükəsiz və “cibinə uyğun” qoyub mərkəzə keçə biləcəyi heç bir infrastruktur təklif etməyib – nə dayanacaqlar, nə sürətli ictimai nəqliyyat. Bu da prosesin nəqliyyatı tənzimləməkdən çox, sadəcə yığıma xidmət etdiyi təəssüratını yaradır.

Avtobus zolaqları da xarüqələr yaratmadı…
Şəhərin əsas prospektlərində çəkilən avtobus zolaqları AYNA-nın ən çox fəxrlə ictimaiyyətə təqdim etdiyi, loru dillə desək, öyündüyü layihədir. Lakin məsələ ondadır ki, zolaqlar çəkildikcə sərnişinlərin narazılığı azalmır, əksinə artır. Avropada, xüsusən Londonda bu sistem tətbiq olunanda avtobus parkı 100% yenilənmişdi və saniyəlik dəqiqliklə işləyən cədvəl tərtib edilmişdi. Bakıda isə zolaq boşdur, amma sərnişin 20 dəqiqə avtobus gözləyir. Nəticədə fərdi avtomobillər üçün yol daralır, tıxac daha da kəskinləşir. Yəni AYNA yolu avtobus üçün ayırsa da, həmin yolun içini dolduracaq keyfiyyətli xidməti təmin edə bilmir.

Taksiləri yoxa çıxaran “islahat”
Taksi bazarına tətbiq edilən “rəng və il” məhdudiyyətləri təhlükəsizlik üçün olduqca vacibdir. Lakin AYNA-nın burada da yarıtmazlığı özünü göstərir. Belə ki, taksi islahatlarının icra forması bazar iqtisadiyyatının qanunları ilə ziddiyyət təşkil edir. Süni şəkildə taksi sayının azaldılması birbaşa qiymət artımına gətirib çıxardı. Bu isə o deməkdir ki, avtobusa minə bilməyən, metrosu olmayan ərazilərdə yaşayan vətəndaş artıq taksi xidmətindən də istifadə edə bilmir. Cəmiyyətin ən aşağı gəlirli təbəqəsi üçün nəqliyyat əlçatanlığı kəskin pisləşib. AYNA-nın bu islahatı taksi xidmətini “lüks”ə çevirsə də, buna paralel olaraq digər nəqliyyat vasitələrini (məsələn, metronu) daha əlçatan etməyib.

Qurumun kommunikasiya və şəffaflıq boşluğu
Bəlkə də ən vacib məqam AYNA-nın cəmiyyətlə və ekspertlərlə qurduğu dialoqdur. Hazırda qurum “mən belə qərara gəldim, sən də əməl et” yanaşması ilə işləyir. Parklanmadan və cərimələrdən yığılan milyonlarla vəsaitin hara, hansı konkret nəqliyyat həllinə xərcləndiyi barədə şəffaf hesabat verilmir. Nəqliyyat sistemində islahat o zaman uğurlu sayılır ki, vətəndaş onun faydasını evindən çıxan kimi hiss etsin: keyfiyyətli nəqliyyatla təmin olunmaqla və vaxtına qənaət etməklə. Lakin biz hələ ki, yalnız itirilən vaxtımızın və xərclənən pullarımızın arxasınca baxırıq.

Bir sözlə, AYNA-nın islahatları “məhdudiyyət var, amma alternativ yoxdur” düsturu ilə davam edir. Cənablar, şəhəri maşınlardan təmizləmək istəyirsinizsə, öncə daha sürətli, daha təmiz və daha ucuz bir nəqliyyat sistemi yaratmalısınız. Əks halda, edilən hər bir dəyişiklik paytaxt sakinlərinin həyatını asanlaşdırmaq yox, daha da mürəkkəbləşdirməkdən başqa bir işə yaramayacaq.
afn.az

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Qaxda köhnə başçının daha bir YADİGARI… – İLGİNC
Next: Kirayə müqaviləsi bağlamayanlar 300 AZN cərimələnir – Ekspertdən sərt açıqlama

OXŞAR MÖVZULAR

1782796243_screenshot-2026-06-30-090952
  • CƏMİYYƏT
  • ÖLKƏ

Xaçmaz İcra Hakimiyyəti kvadratı 341 manata dam örtüyü dəyişir

admin 30.06.2026
1782756814_1
  • CƏMİYYƏT

Vətəndaşlar şokda: Xəbərləri olmadan “analiz veriblər”, xəstə çıxıblar…

admin 30.06.2026
1782803510_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ… – ƏSLİNDƏ İSƏ…

admin 30.06.2026

XƏBƏR LENTİ

Xaçmaz İcra Hakimiyyəti kvadratı 341 manata dam örtüyü dəyişir 1782796243_screenshot-2026-06-30-090952
  • CƏMİYYƏT
  • ÖLKƏ

Xaçmaz İcra Hakimiyyəti kvadratı 341 manata dam örtüyü dəyişir

admin 30.06.2026
Xaçmaz rayon İcra Hakimiyyəti rayon mərkəzində bir sıra evlərin dam örtüyünü dəyişdirmək qərarına gəlib.  Qurum bununla bağlı...
DAVAMI Read more about Xaçmaz İcra Hakimiyyəti kvadratı 341 manata dam örtüyü dəyişir
Müəllimini güllələmiş şagirdin məhkəməsi başlayır 259f518574017d068a9462ef08b40c19
  • ARAŞDIRMA

Müəllimini güllələmiş şagirdin məhkəməsi başlayır

admin 30.06.2026
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində müəllimə odlu silahla atəş açmaqda təqsirləndirilən şagirdin...
DAVAMI Read more about Müəllimini güllələmiş şagirdin məhkəməsi başlayır
SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə 2e892db587c70ff961115126c0b2251f
  • ARAŞDIRMA

SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə

admin 30.06.2026
Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri...
DAVAMI Read more about SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə
Vətəndaşlar şokda: Xəbərləri olmadan “analiz veriblər”, xəstə çıxıblar… 1782756814_1
  • CƏMİYYƏT

Vətəndaşlar şokda: Xəbərləri olmadan “analiz veriblər”, xəstə çıxıblar…

admin 30.06.2026
Azərbaycanda vətəndaşların onlara aid olmayan tibbi məlumatların və analiz nəticələrinin görünməsi ilə bağlı iddialar artmaqdadır. Bakupost.az xəbər verir...
DAVAMI Read more about Vətəndaşlar şokda: Xəbərləri olmadan “analiz veriblər”, xəstə çıxıblar…
Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ… – ƏSLİNDƏ İSƏ… 1782803510_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ… – ƏSLİNDƏ İSƏ…

admin 30.06.2026
“«Nefqazintikinti» trestinin müdiri Qağaməli Seyfullayev nəinki trestdə «ailə podratı» yaradıb, eləcə də yeznələrini, kürəkənlərini, bu da bəs...
DAVAMI Read more about Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ… – ƏSLİNDƏ İSƏ…

Bütün yazılar

1782796243_screenshot-2026-06-30-090952
  • CƏMİYYƏT
  • ÖLKƏ

Xaçmaz İcra Hakimiyyəti kvadratı 341 manata dam örtüyü dəyişir

admin 30.06.2026
259f518574017d068a9462ef08b40c19
  • ARAŞDIRMA

Müəllimini güllələmiş şagirdin məhkəməsi başlayır

admin 30.06.2026
2e892db587c70ff961115126c0b2251f
  • ARAŞDIRMA

SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə

admin 30.06.2026
1782756814_1
  • CƏMİYYƏT

Vətəndaşlar şokda: Xəbərləri olmadan “analiz veriblər”, xəstə çıxıblar…

admin 30.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.