Skip to content
29.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Azərbaycanda dünyanın heç bir yerində olmayan biabırçılıq…
  • ARAŞDIRMA
  • CƏMİYYƏT

Azərbaycanda dünyanın heç bir yerində olmayan biabırçılıq…

admin 11.05.2026
1778350493_1
Tərtərdə 19 yaşlı qadının doğuşdan sonra həyatını itirməsi cəmiyyətdə ciddi narahatlıq yaradıb. Körpənin sağ qalmasına baxmayaraq, ananın vəfat etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Qeyd edilir ki, bu, son dövrlərdə qeydə alınan ilk ana ölümü deyil və belə halların artdığı iddia olunur. Bəzi insanlar baş verənləri həkim məsuliyyətsizliyi ilə əlaqələndirir, digərləri isə qadınların hamiləlik dövründə vaxtında müayinədən keçməməsinin ağır nəticələrə səbəb olduğunu düşünür. Bununla yanaşı, sosial şəbəkələrdə həkimlərin, xüsusilə cərrah, mama-ginekoloq və radioloqların müəllimlər kimi mütəmadi sertifikasiya və ya xüsusi imtahanlardan keçirilməsi ilə bağlı çağırışlar da səsləndirilir.

Azərbaycanda həkimlər üçün xüsusi peşə uyğunluğu imtahanlarının tətbiqi mümkündürmü?

TEREF xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla Globalinfo.az-a açıqlamasında ən böyük problemlərdən birinin planlaşdırılmamış hamiləliklər olduğunu deyib.

“Məsələn, qadında müxtəlif yanaşı xəstəliklər olur – Hepatit B və ya C virusu, qaraciyər problemləri, amma ananın bundan xəbəri olmur. Bəzən isə xəbəri olsa belə, yenə hamilə qalır. Yaxud ürəkdə ciddi patologiya, xroniki böyrək çatışmazlığı və digər ağır xəstəliklər mövcud olur. Hamiləlik özü çox ciddi bir vəziyyətdir və belə hallarda həmin xəstəliklər daha da kəskinləşir, nəticədə problemlər yaranır.

Hepatit B virusu varsa, hamiləliyin son dövrlərində fulminant qaraciyər çatışmazlığı yarada və ana ölümünə səbəb ola bilər. Belə hallar az deyil. Problem əsasən bundan qaynaqlanır”, – o əlavə edib.

A.Qeybulla həkimlərin sertifikasiya imtahanlarına da münasibət bildirib:

“Həkimlərin imtahan vermə məsələsi dünyanın heç bir yerində olmayan biabırçılıqdır. Biz də buna yenidən baxmalıyıq. Əslində, lisenziya sistemi tətbiq olunmalıdır. Lisenziya sistemi odur ki, bu sistemdə həkimin bütün sənədləri yoxlanılır. Məsələn, tibbi təhsili, rezidentura hazırlığı, keçdiyi kurslar və digər göstəricilər nəzərə alınır. Bundan sonra ona müəyyən tibbi fəaliyyətlə məşğul olmaq üçün lisenziya verilir.

Bu, daha kompetent və effektiv yanaşmadır. Lisenziyanın müddəti bitəndə isə həkim müəyyən saatlarda təlim keçməli, praktiki fəaliyyət göstərməli və fəaliyyəti davamlı izlənilməlidir. Onun əməliyyatları, ölüm halları, sağaltdığı xəstələr və ümumi fəaliyyəti qiymətləndirilməli, bundan sonra lisenziyasının müddəti uzadılmalıdır. Bu, dünyada tətbiq olunan ən uğurlu sistemlərdən biridir. Həkim onsuz da imtahan verərək diplom alıb”.

Adil Qeybullanın sözlərinə görə, sonradan keçirilən əlavə imtahanlar ciddi nəticə vermir:

“Digər tərəfdən, ölüm və ya ağırlaşma halları baş verəndə bunları tibbi komissiyalar araşdırmalıdır. Dünyanın əksər ölkələrində belə edilir. Əgər həkim səhvi aşkarlanarsa, ona uyğun tədbirlər görülür. Belə olduqda həkimlər əlavə kurslara göndərilir, bəzən ixtisasartırma proqramlarına cəlb olunur, ciddi pozuntular olduqda isə cəza tədbirləri tətbiq edilir. Hesab edirəm ki, biz də dünyanın getdiyi yolla getməliyik. Özümüzdən Amirika kəşf etməməliyik. Sertifikasiya imtahanları müəllimlərə, həkimlərə, hüquqşünaslara və digər peşə sahiblərinə tətbiq olunur, amma praktika göstərir ki, bunlar problemi həll etmir. Artıq 16 ildir həkimlər imtahan verir, amma ortada ciddi nəticə görünmür. Məncə, dünya praktikasında sınaqdan çıxmış modelləri tətbiq etməliyik”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Doqquz ildir gördüyüm işin qarşılığını ala bilmirəm, “Aqrar-Tikinti” şirkəti məni elə vəziyyətə saldı ki, cibimdə bir qəpiyim də yoxdur”.
Next: Badamdarda qəbirlərin üzərində tikinti aparanlar kimdir? – Qəbirlər dağılıb – VİDEO

OXŞAR MÖVZULAR

1782742632_nn1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nərimanovda yenilik – Obyektlər sökülür? – Fotolar

admin 29.06.2026
1782738620_necef_rovsennnn
  • CƏMİYYƏT
  • GÜNDƏM

Rövşən Nəcəfin qohumu SOCAR-a aid torpağı satmaq istədi?

admin 29.06.2026
1782730921_neftchala_biabir
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • VİDEO

Neftçala rayonunda məktəbin istilik sistemi sökülərək satılıb

admin 29.06.2026

XƏBƏR LENTİ

“Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı rpzot89wdpyvpdeexbn1o9eoelold3ebyh2wunom_1200
  • İDMAN

“Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı

admin 29.06.2026
İngiltərənin “Mançester Siti” komandasının Entso Mareskanın təyinatını açıqlanıb. “Şəhərlilər” italiyalı mütəxəssislə 2029-cu ilin yayınadək anlaşma imzalayıb. O,...
DAVAMI Read more about “Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı
“Fənərbağça”nın yeni transferi zədələndi vedatmuriqi_(1)
  • İDMAN

“Fənərbağça”nın yeni transferi zədələndi

admin 29.06.2026
“Fənərbağça”nın hücumçusu Vedat Muriqi məşq zamanı zədələnib. Kosovalı futbolçu məşq zamanı ağrı hiss edib. MRT müayinəsindən sonra...
DAVAMI Read more about “Fənərbağça”nın yeni transferi zədələndi
“Valideynlər, həyəcan təbili çalınır” 3a4ca1f8362b857841ef16f9e99ef7e6
  • ŞOU-BİZNES

“Valideynlər, həyəcan təbili çalınır”

admin 29.06.2026
Aşıq Samirə Əliyeva övlad tərbiyəsi və sosial şəbəkələrin uşaqlara təsirindən danışıb. Snətçi bu barədə “Əsas çözüm” adlı...
DAVAMI Read more about “Valideynlər, həyəcan təbili çalınır”
Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub 1782744333_6a427bb62db0e6a-v
  • DÜNYA

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

admin 29.06.2026
Ukrayna ordusu Donetsk vilayətinin Novoazovsk rayonu yaxınlığındakı avtomobil körpüsü, həmçinin Luqansk vilayətində yerləşən iki dəmir yolu körpüsünə...
DAVAMI Read more about Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub
Nərimanovda yenilik – Obyektlər sökülür? – Fotolar 1782742632_nn1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nərimanovda yenilik – Obyektlər sökülür? – Fotolar

admin 29.06.2026
Bakının Nərimanov rayonunun Təbriz küçəsində nəqliyyat infrastrukturu ilə əlaqədar genişmiqyaslı işlərə başlanılıb. “Qafqazinfo” xəbər verir ki, layihə...
DAVAMI Read more about Nərimanovda yenilik – Obyektlər sökülür? – Fotolar

Bütün yazılar

rpzot89wdpyvpdeexbn1o9eoelold3ebyh2wunom_1200
  • İDMAN

“Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı

admin 29.06.2026
vedatmuriqi_(1)
  • İDMAN

“Fənərbağça”nın yeni transferi zədələndi

admin 29.06.2026
3a4ca1f8362b857841ef16f9e99ef7e6
  • ŞOU-BİZNES

“Valideynlər, həyəcan təbili çalınır”

admin 29.06.2026
1782744333_6a427bb62db0e6a-v
  • DÜNYA

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

admin 29.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.