Skip to content
29.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Doqquz ildir gördüyüm işin qarşılığını ala bilmirəm, “Aqrar-Tikinti” şirkəti məni elə vəziyyətə saldı ki, cibimdə bir qəpiyim də yoxdur”.
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Doqquz ildir gördüyüm işin qarşılığını ala bilmirəm, “Aqrar-Tikinti” şirkəti məni elə vəziyyətə saldı ki, cibimdə bir qəpiyim də yoxdur”.

admin 11.05.2026
1778473021_1
“Doqquz ildir gördüyüm işin qarşılığını ala bilmirəm, “Aqrar-Tikinti” şirkəti məni elə vəziyyətə saldı ki, cibimdə bir qəpiyim də yoxdur”.
Bu şikayətlə qafqazinfo.аz-a Gəncə şəhəri, Xaqani küçəsi 33-də yaşayan Rəsul Həsənov müraciət edib.
O bildirib ki, “Aqrar-Tikinti” şirkətinin tərkibində fəaliyyət göstərən “R Servis” şirkəti onunla əməkdaşlıq edərək Gəncə şəhərində görüləcək abadlıq işlərinə cəlb edib: “VÖEN əsasında fəaliyyət göstərərək yaratdığım briqada ilə Gəncə şəhərində tamet döşənməsi işlərini görmüşük. Mənimlə birgə çalışan 25 işçi olub. Biz onlarla 15 avqust 2016-cı il tarixdə Gəncə şəhərində görüləcək abadlıq işləri ilə əlaqədar müqavilə bağladıq. Razılaşmaya əsasən, layihə çərçivəsində istifadə olunacaq tikinti materialları Yevlax rayonundakı zavoddan təmin edilib”.

Şikayətçinin sözlərinə görə, o, bir kvadratmetri 10 manat olmaqla ümumilikdə 7000 kvadratmetr (70 min manat dəyərində) tamet alaraq Gəncəyə gətirib: “Bundan əlavə materialların daşınması üçün 16 min manat xərc çəkilib. Ancaq bu şirkətlər razılaşmaya əməl etməyərək nə materialın, nə də daşınma xərclərinin pulunu ödəyib. Həmin tametləri Gəncə şəhərində səkilərə və yollara mənim işçilərimə döşətdirdilər. 25 fəhlənin əməyinin qarşılığı olan 29 min 345 manat da verilmədi. Beləliklə, ümumi zərər 115 min 345 manat təşkil edir. İşlədiyimiz vaxtın bütün fakturaları da var, sübutlar mövcuddur. Evimi satıb işçilərin pulunu verdim, indi özüm kirayələrdə bir qəpiksizəm…”
R.Həsənov qeyd edib ki, dəfələrlə qarşı tərəfə müraciət etsə də, problem həll olunmayıb: “Aqrar Tikinti” şirkətinin Gəncə filialının müdiri Maqsud mənə deyir ki, “Aqrar Tikinti” şirkətinin sahibi pulu verməlidir ki, ödənişlər edilsin. Mən isə onun qəbuluna düşə bilmirəm. İllərdir müraciət etmədiyim qurum qalmayıb. Məhkəməyə də müraciət etmişdik. İllərdir əziyyət çəkirəm, dələduzluq etdilər və bunu düzəltmədilər”.
İddialarla bağlı qarşı tərəflə – “Aqrar Tikinti” şirkətinin Gəncə filialının müdiri Maqsud Gülməmmədovla əlaqə saxladıq. Lakin o bildirdi ki, Rəsul Həsənov adlı şəxsi tanımır: “Mən artıq 7 ildir təqaüdə çıxmışam. Heç bilmirəm nədən, kimdən bəhs edirsiniz. Biz elə bir işçi ilə çalışmamışıq”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı
Next: Azərbaycanda dünyanın heç bir yerində olmayan biabırçılıq…

OXŞAR MÖVZULAR

17827462024613364030_1200x630
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Mehriban Əliyeva: Qarşıdakı üç il üçün konkret Yol xəritəsi müəyyən olunmuşdur

admin 29.06.2026
1782738620_necef_rovsennnn
  • CƏMİYYƏT
  • GÜNDƏM

Rövşən Nəcəfin qohumu SOCAR-a aid torpağı satmaq istədi?

admin 29.06.2026
1782730921_neftchala_biabir
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • VİDEO

Neftçala rayonunda məktəbin istilik sistemi sökülərək satılıb

admin 29.06.2026

XƏBƏR LENTİ

“Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı rpzot89wdpyvpdeexbn1o9eoelold3ebyh2wunom_1200
  • İDMAN

“Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı

admin 29.06.2026
İngiltərənin “Mançester Siti” komandasının Entso Mareskanın təyinatını açıqlanıb. “Şəhərlilər” italiyalı mütəxəssislə 2029-cu ilin yayınadək anlaşma imzalayıb. O,...
DAVAMI Read more about “Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı
“Fənərbağça”nın yeni transferi zədələndi vedatmuriqi_(1)
  • İDMAN

“Fənərbağça”nın yeni transferi zədələndi

admin 29.06.2026
“Fənərbağça”nın hücumçusu Vedat Muriqi məşq zamanı zədələnib. Kosovalı futbolçu məşq zamanı ağrı hiss edib. MRT müayinəsindən sonra...
DAVAMI Read more about “Fənərbağça”nın yeni transferi zədələndi
“Valideynlər, həyəcan təbili çalınır” 3a4ca1f8362b857841ef16f9e99ef7e6
  • ŞOU-BİZNES

“Valideynlər, həyəcan təbili çalınır”

admin 29.06.2026
Aşıq Samirə Əliyeva övlad tərbiyəsi və sosial şəbəkələrin uşaqlara təsirindən danışıb. Snətçi bu barədə “Əsas çözüm” adlı...
DAVAMI Read more about “Valideynlər, həyəcan təbili çalınır”
Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub 1782744333_6a427bb62db0e6a-v
  • DÜNYA

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

admin 29.06.2026
Ukrayna ordusu Donetsk vilayətinin Novoazovsk rayonu yaxınlığındakı avtomobil körpüsü, həmçinin Luqansk vilayətində yerləşən iki dəmir yolu körpüsünə...
DAVAMI Read more about Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub
Nərimanovda yenilik – Obyektlər sökülür? – Fotolar 1782742632_nn1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nərimanovda yenilik – Obyektlər sökülür? – Fotolar

admin 29.06.2026
Bakının Nərimanov rayonunun Təbriz küçəsində nəqliyyat infrastrukturu ilə əlaqədar genişmiqyaslı işlərə başlanılıb. “Qafqazinfo” xəbər verir ki, layihə...
DAVAMI Read more about Nərimanovda yenilik – Obyektlər sökülür? – Fotolar

Bütün yazılar

rpzot89wdpyvpdeexbn1o9eoelold3ebyh2wunom_1200
  • İDMAN

“Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı

admin 29.06.2026
vedatmuriqi_(1)
  • İDMAN

“Fənərbağça”nın yeni transferi zədələndi

admin 29.06.2026
3a4ca1f8362b857841ef16f9e99ef7e6
  • ŞOU-BİZNES

“Valideynlər, həyəcan təbili çalınır”

admin 29.06.2026
1782744333_6a427bb62db0e6a-v
  • DÜNYA

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

admin 29.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.