Skip to content
30.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -Səyyar xidmət, yoxsa səyyar reklam?!+FOTOLAR
  • CƏMİYYƏT
  • ÖLKƏ

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -Səyyar xidmət, yoxsa səyyar reklam?!+FOTOLAR

admin 08.05.2026
1778245747_screenshot-2026-05-08-170709

2024-cü ilin 5 iyun tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi böyük pafosla bir elan yaydı. Elanda bildirilirdi ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan əhali üçün QHT-lərin “səyyar xidmətləri” layihəsinə başlanılır. Tibbi xidmətlərdən tutmuş psixoloji dəstəyə, fiziki məhdudiyyətli uşaqlarla işdən mina təhlükəsi ilə bağlı maarifləndirməyə qədər geniş fəaliyyətlər vəd olunurdu. Hətta QHT nümayəndələrinin nəqliyyat, qidalanma və gecələmə xərclərinin qarşılanacağı da xüsusi vurğulanırdı.

Kağız üzərində hər şey gözəl görünürdü. Dövlət qurumu özünü həssas qrupların yanında göstərir, Qarabağa qayıdış prosesində “aktiv iştirak” görüntüsü yaradırdı. Amma aradan iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, ortada nə nəticə var, nə hesabat, nə də ictimaiyyətə təqdim edilən konkret fəaliyyət. Agentliyin rəsmi hesabatlarında belə bu təşəbbüslə bağlı ciddi bir məlumat yoxdur. Nə qədər QHT cəlb edildi? Hansı xidmətlər göstərildi? Hansı kənd və şəhərlərdə fəaliyyət oldu? Neçə şəhid ailəsi, neçə uşaq, neçə köçkün bu xidmətlərdən yararlandı? Bu sualların heç birinə cavab yoxdur.
Bu isə çox ciddi məsələdir. Çünki burada söhbət adi bir layihədən getmir. Burada işğaldan azad olunmuş ərazilərdən, illərlə əziyyət çəkmiş insanlardan, şəhid ailələrindən, həssas qruplardan danışılır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bu mövzuları ictimai rəğbət və reklam alətinə çevirməməlidir. Əgər elan verilirsə, nəticə də olmalıdır. Əgər dövlət vəsaiti ayrılırsa, ictimai hesabatlılıq da təmin edilməlidir. Əks halda, bu, sadəcə ucuz PR kampaniyası təsiri bağışlayır.

Ən utancverici məqam isə budur ki, Qarabağ kimi həssas və milli məsuliyyət tələb edən bir mövzu “fəaliyyət görüntüsü” yaratmaq üçün istifadə edilir. İnsanlarda belə təsəvvür yaradılır ki, guya böyük sosial proqram həyata keçirilir, amma sonradan məlum olur ki, ortada nə şəffaflıq var, nə hesabat, nə də nəticə. Dövlət qurumu reklam xarakterli elan yayır, öz media subyektləri bunu tirajlayır, rəsmi saytlar paylaşır, amma 2 ildir məsələ unudulur. Üstəlik, bu Agentliyin ilk belə qalmaqallı və şübhəli təşəbbüsü deyil: 2022-ci ildə də “Heydər Əliyevin Şuşa sevgisi” adlı layihə böyük təqdimatlarla elan edilmişdi. Amma sonradan məlum oldu ki, layihə faktiki olaraq həyata keçirilməyib. Agentliyin icraçı direktoru Aygün Əliyeva 35 min manatlıq tədbiri kağız üzərində icra edilmiş kimi rəsmiləşdirib, daxili hesabatlara isə montaj olunmuş fotolar əlavə edərək maliyyə yoxlaması aparan qurumları məharətlə aldada bilib. Ən dəhşətlisi isə budur ki, ortada ciddi faktlar olduğu halda heç bir ciddi məsuliyyət tədbiri görülmədi. Əksinə, cəzasızlıq mühiti formalaşdırıldı və nəticədə daha böyük layihələrin, daha həssas mövzuların və hətta Ümummilli lider Heydər Əliyevin adının belə PR və saxta hesabat mexanizmlərinə çevrilməsinə şərait yaradıldı.
Bu artıq təkcə səriştəsizlik və ya uğursuz idarəçilik məsələsi deyil. Bu, dövlət resurslarının, milli dəyərlərin və ictimai həssaslığın manipulyasiya predmetinə çevrilməsi barədə çox ciddi suallar yaradır. Qarabağ, şəhid ailələri, məcburi köçkünlər, fiziki məhdudiyyətli uşaqlar və hətta Ulu öndər Heydər Əliyev irsi üzərindən reklam qurmaq, sonra isə ortada heç bir real nəticə təqdim etməmək Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi üçün utanc olmalıdır.
Əgər icra edilməyəcəkdisə, niyə elan verilirdi? Dövlət qurumunun əsas vəzifəsi görüntü yaratmaq deyil, real iş görməkdir. Xüsusilə də söhbət həssas qruplardan və Qarabağa qayıdış prosesindən gedirsə… Bu cür yarımçıq və nəticəsiz təşəbbüslər həm dövlət idarəçiliyinə inamı zədələyir, həm də həqiqətən fəaliyyət göstərmək istəyən QHT-lərin nüfuzuna zərbə vurur.
“Yenixeberorg” olaraq xatırladaq ki, daha təhlükəlisi isə budur ki, bu artıq sistemli yanaşmaya bənzəyir. Təmtəraqlı elanlar verilir, emosional və pafoslu mətnlər yazılır, “tarixi proses”, “şanlı qayıdış”, “həssas qruplara xidmət” kimi ifadələr ön plana çıxarılır, amma sonra nəticə görünmür. Dövlət qurumunun fəaliyyəti reklam üzərində qurulmamalıdır. Ortada nəticə yoxdursa, bu cür elanlar ictimaiyyəti aldatmaqdan başqa bir məna daşımır.
Qarabağ mövzusu reklam vitrini olmamalıdır. Şəhid ailələrinin, məcburi köçkünlərin, fiziki məhdudiyyətli uşaqların adı isə heç bir halda PR məqsədilə istifadə olunmamalıdır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin vəzifəsi öz rəhbərliyinin imicini formalaşdırmaq deyil, vətəndaşa real xidmət göstərməkdir.(Yenixeberorg.com)

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb
Next: Xəlil Göyüşov camış əti aşkarlanan “Ramin-Nur”un adını dəyişdi

OXŞAR MÖVZULAR

1782742632_nn1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nərimanovda yenilik – Obyektlər sökülür? – Fotolar

admin 29.06.2026
1782738620_necef_rovsennnn
  • CƏMİYYƏT
  • GÜNDƏM

Rövşən Nəcəfin qohumu SOCAR-a aid torpağı satmaq istədi?

admin 29.06.2026
1782730921_neftchala_biabir
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • VİDEO

Neftçala rayonunda məktəbin istilik sistemi sökülərək satılıb

admin 29.06.2026

XƏBƏR LENTİ

“Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı rpzot89wdpyvpdeexbn1o9eoelold3ebyh2wunom_1200
  • İDMAN

“Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı

admin 29.06.2026
İngiltərənin “Mançester Siti” komandasının Entso Mareskanın təyinatını açıqlanıb. “Şəhərlilər” italiyalı mütəxəssislə 2029-cu ilin yayınadək anlaşma imzalayıb. O,...
DAVAMI Read more about “Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı
“Fənərbağça”nın yeni transferi zədələndi vedatmuriqi_(1)
  • İDMAN

“Fənərbağça”nın yeni transferi zədələndi

admin 29.06.2026
“Fənərbağça”nın hücumçusu Vedat Muriqi məşq zamanı zədələnib. Kosovalı futbolçu məşq zamanı ağrı hiss edib. MRT müayinəsindən sonra...
DAVAMI Read more about “Fənərbağça”nın yeni transferi zədələndi
“Valideynlər, həyəcan təbili çalınır” 3a4ca1f8362b857841ef16f9e99ef7e6
  • ŞOU-BİZNES

“Valideynlər, həyəcan təbili çalınır”

admin 29.06.2026
Aşıq Samirə Əliyeva övlad tərbiyəsi və sosial şəbəkələrin uşaqlara təsirindən danışıb. Snətçi bu barədə “Əsas çözüm” adlı...
DAVAMI Read more about “Valideynlər, həyəcan təbili çalınır”
Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub 1782744333_6a427bb62db0e6a-v
  • DÜNYA

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

admin 29.06.2026
Ukrayna ordusu Donetsk vilayətinin Novoazovsk rayonu yaxınlığındakı avtomobil körpüsü, həmçinin Luqansk vilayətində yerləşən iki dəmir yolu körpüsünə...
DAVAMI Read more about Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub
Nərimanovda yenilik – Obyektlər sökülür? – Fotolar 1782742632_nn1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nərimanovda yenilik – Obyektlər sökülür? – Fotolar

admin 29.06.2026
Bakının Nərimanov rayonunun Təbriz küçəsində nəqliyyat infrastrukturu ilə əlaqədar genişmiqyaslı işlərə başlanılıb. “Qafqazinfo” xəbər verir ki, layihə...
DAVAMI Read more about Nərimanovda yenilik – Obyektlər sökülür? – Fotolar

Bütün yazılar

rpzot89wdpyvpdeexbn1o9eoelold3ebyh2wunom_1200
  • İDMAN

“Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı

admin 29.06.2026
vedatmuriqi_(1)
  • İDMAN

“Fənərbağça”nın yeni transferi zədələndi

admin 29.06.2026
3a4ca1f8362b857841ef16f9e99ef7e6
  • ŞOU-BİZNES

“Valideynlər, həyəcan təbili çalınır”

admin 29.06.2026
1782744333_6a427bb62db0e6a-v
  • DÜNYA

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

admin 29.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.