Skip to content
30.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb

admin 08.05.2026
1778251197_screenshot-2026-05-08-183925

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi üzrə keşirilmiş kotirovka sorğusuna 10.03.2026-ci ildə yekun vurulub. Müsabiqənin qalibi “BT TEXNO SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 20.793,96  manat məbləğində satınalma müqaviləsi bağlanmışdır. Məlumat satınalmaların portalında 10.03.2026-cı ildə dərc edilmişdir.

Qeyd edək ki, tibbi tullantıların  zərərsizləşdirilməsi Nazirlər Kabinetinin “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”in təsdiq edilməsi haqqında 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarının 7.8 bəndinə əsasən B və C sinfinə aid tullantıların zərərsizləşdirilməsi mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş üsulla aparıla bilər.

Tullantıların müəssisənin ərazisində mərkəzləşdirilməmiş üsulla termiki zərərsizləşdirilməsi üçün qurğuların yerləşdirilməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin razılığı ilə həyata keçirilir. Mərkəzləşdirilmiş üsulla tibbi tullantıların zərərsizləşdirilməsi iri zibilyandıran zavodların sobalarında aparılır. Həmin zavodun yerləşdiyi yer, istismar şəraiti, ətraf mühitə təsir səviyyəsi müvafiq normativ sənədlərlə tənzimlənir.

Qeyd edək ki, “BT TEXNO SERVİS”  MMC tullantıların daşınması və zərərsizləşdirilməsi üzrə ən çox satınalmaların qalibi olan şirkətlərin biridir. Bu şirkət 21.01.2025-ci ildən 16.03.2026-cı ilə qədər dəyəri yüz minlərlə manat olan 50 satınalma müsabiqəsinin qalibi seçilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müəyyən edilib. Bu bölgüyə əsasən mikro sahibkarlara 1 – 10 nəfər işçisi olub, illik gəliri 200 min manata qədər olan müəssisələr aid edilirlər. Bölgüyə görə 11 – 50 nəfər işçisi olub, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan müəssisələr kiçik sahibkarlıq subyektinə aid edilirlər. Qərara görə 51 – 250 nəfər işçisi olub, illik gəliri 3 milyon manatdan 30 mln. manatadək olan müəssisələr orta sahibkarlıq subyektinə aiddirlər.

Qeyd edək ki, “BT TEXNO SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə orta sahibkarlıq kateqoriyasına aiddir. Qanun orta sahibkarlıq subyekti kimi “BT TEXNO SERVİS”  MMC-ni kotirovka sorğularında iştirakına yol vermir.

Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 48.2.-ci maddəsinə görə ehtimal olunan qiymətdən asılı olaraq, kotirovka sorğusu metodu aşağıdakı təchizatçılar arasında keçirilir və yalnız onların təklifləri qiymətləndirilir: 48.2.1. ehtimal olunan qiymət 30 000 manatadək olduqda – mikro və kiçik sahibkarlıq subyekti olan təchizatçılar.

Göründüyü kimi Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə “BT TEXNO SERVİS”  MMC arasında bağlanılmış satınalma müqaviləsində qanunun tələbləri pozulub. Belə ki, Qanun orta sahibkarlıq subyekti kimi “BT TEXNO SERVİS” MMC-nin kotirovka sorğularında iştirakına yol vermədiyi halda  Pediatriya İnstitutunun Satınalma Komissiyası buna yol vermişdir.  Bu da keçirilmiş satınalma prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Satınalma Komissiyası tərəfindən qanun pozunuları bunlarla bitmir. K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu bir sıra kotirovka sorğusu müsabiqələrində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, 50 faizdən də aşağı qiymət təqdim etmiş şirkətlərlə satınalma müqavilələri bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir. Bu həm də Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmalarına nəzaritin olmadığı deməkdir.

Qeyd edək ki, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Aynur Poluxovadı. O, sözügedən vəzifəyə Səhiyyə naziri Teymur Musayevin əmri ilə 2023-cü ilin sentyabrında təyin edilib. Əldə etdiyimiz ən son son məlumatlara görə onun bu vəzifəyə təyanıtanda Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq cərrahiyyəsi kafedrasının müdiri Ramiz Poluxovun böyük rolu olub. Aynur Poluxova həm də 2016-cı ildən ATU, II Uşaq xəstəlikləri kafedrasında dosent işləyir.

Qeyd edək ki, Aynur Poluxovanın rəhbərlik etdiyi Pediatriya İnstitutunda qanunsuzluqlara təkcə satınalmalarda yol verilmir. Bu günlərdə mediaya müraciət edən vətəndaş aidiyyatı orqanlara  Elmi-Tədqiqat Pediatriya İnstitutunda baş alan özbaşınalığa etiraz edib. (Məqaləni bu linkdə ətraflı oxuya bilərsiniz https://gundelikxeber.org/gundem/13812-elmi-tdqiqat-pediatriya-institutunda-sogan-kimi-qabigimizi-soydular.html )Vətəndaş bilidirir ki, 40 günlük körpəsini ağır vəziyyətdə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu çatdırıblar. Uşaq təcili əməliyyata alınıb. Lakin olanlar bundan sonra başlayıb. Vətəndaş bildirir ki, əməliyyatdan çıxdıqdan sonra bizdən pul tələb etdilər bildirdilər ki, özəldə belə əməliyyatlar 1000-1500 manatdır amma siz 600 manat verməlisiz məcbur olub pulu verdik. Həmçinin tibb bacıları da pul istəyirdilər.

Qeyd edək ki, Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən satınalmalarda yol verilən bu kimi qanun pozuntularına aydınlıq gətirilməsi məqsədi ilə ünvanladığımız sorğuya cavab verilmədi. Buna baxmayaraq əks tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Aktualinfo.net

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İran BƏƏ-yə zərbələr endirdi
Next: QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -Səyyar xidmət, yoxsa səyyar reklam?!+FOTOLAR

OXŞAR MÖVZULAR

1782756429_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Dərəbəylik hüququ: Naxçıvanlı iş adamının zorla qəsb olunmuş mülkiyyəti niyə geri qaytarılmır?

admin 30.06.2026
1782757380_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

FHN-in qərarları niyə icra olunmur? – Deputat ailəsinin Qubadakı qanunsuz obyektləri/VİDEO

admin 30.06.2026
17827462024613364030_1200x630
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Mehriban Əliyeva: Qarşıdakı üç il üçün konkret Yol xəritəsi müəyyən olunmuşdur

admin 29.06.2026

XƏBƏR LENTİ

Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi: “Biznesimizin 10 günlük iflici…” 1782757039_1
  • CƏMİYYƏT

Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi: “Biznesimizin 10 günlük iflici…”

admin 30.06.2026
“Biznesdə dürüstlük və operativlik ən vacib amildir. Təəssüf ki, Azercell ilə işbirliyimizdə bunun tam əksini gördük…” “DİA-AZ”...
DAVAMI Read more about Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi: “Biznesimizin 10 günlük iflici…”
Hər hakimin özünün vahid məhkəmə təcrübəsi var? -TƏFSİLAT 1782761030_1
  • CƏMİYYƏT

Hər hakimin özünün vahid məhkəmə təcrübəsi var? -TƏFSİLAT

admin 30.06.2026
2025-ci ilin oktyabrından – 8 aydır Ali Məhkəmənin İnzibati Kollegiyasının (s/e Rahib Nəbizadə, iş 3888) icraatında olan...
DAVAMI Read more about Hər hakimin özünün vahid məhkəmə təcrübəsi var? -TƏFSİLAT
Hamamböcəyinə qarşılıq desert təklifi: “Mado”nun “xüsusi” menyusu!-VİDEO 1782758017_1
  • CƏMİYYƏT
  • VİDEO

Hamamböcəyinə qarşılıq desert təklifi: “Mado”nun “xüsusi” menyusu!-VİDEO

admin 30.06.2026
“Mado” restoranlar şəbəkəsinin Gənclik Mall filialında müştəriyə təqdim edilən şorbadan hamamböcəyi çıxıb. 1xeber.media xəbər verir ki, vətəndaş...
DAVAMI Read more about Hamamböcəyinə qarşılıq desert təklifi: “Mado”nun “xüsusi” menyusu!-VİDEO
Bəxti bağlanmış Badamdar yolu – Sürüşmə təhlükəsinə görə bağlanan yolda bərpa işləri niyə aparılmır? – VİDEO 1782789245_1
  • CƏMİYYƏT
  • VİDEO

Bəxti bağlanmış Badamdar yolu – Sürüşmə təhlükəsinə görə bağlanan yolda bərpa işləri niyə aparılmır? – VİDEO

admin 30.06.2026
Yol bağlanıb, hərəkət məhdudlaşdırılıb, amma aylardır yamacda gözəçarpan hər hansı iş görülmür. Oxu.Az “Xəzər” TV-yə istinadən xəbər...
DAVAMI Read more about Bəxti bağlanmış Badamdar yolu – Sürüşmə təhlükəsinə görə bağlanan yolda bərpa işləri niyə aparılmır? – VİDEO
Dərəbəylik hüququ: Naxçıvanlı iş adamının zorla qəsb olunmuş mülkiyyəti niyə geri qaytarılmır? 1782756429_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Dərəbəylik hüququ: Naxçıvanlı iş adamının zorla qəsb olunmuş mülkiyyəti niyə geri qaytarılmır?

admin 30.06.2026
Dərəbəylik və hüquq. Bu iki bir-birinə zidd anlayışları bir yerdə görəndə, yəqin ki, təəccübləndiniz. Amma dərd burasındadır...
DAVAMI Read more about Dərəbəylik hüququ: Naxçıvanlı iş adamının zorla qəsb olunmuş mülkiyyəti niyə geri qaytarılmır?

Bütün yazılar

1782757039_1
  • CƏMİYYƏT

Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi: “Biznesimizin 10 günlük iflici…”

admin 30.06.2026
1782761030_1
  • CƏMİYYƏT

Hər hakimin özünün vahid məhkəmə təcrübəsi var? -TƏFSİLAT

admin 30.06.2026
1782758017_1
  • CƏMİYYƏT
  • VİDEO

Hamamböcəyinə qarşılıq desert təklifi: “Mado”nun “xüsusi” menyusu!-VİDEO

admin 30.06.2026
1782789245_1
  • CƏMİYYƏT
  • VİDEO

Bəxti bağlanmış Badamdar yolu – Sürüşmə təhlükəsinə görə bağlanan yolda bərpa işləri niyə aparılmır? – VİDEO

admin 30.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.