Skip to content
02.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Bakıdakı uşaq bağçasında işəqəbul maxinasiyası: Şikayətçilər necə aldadıldıqlarını açıqladılar
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Bakıdakı uşaq bağçasında işəqəbul maxinasiyası: Şikayətçilər necə aldadıldıqlarını açıqladılar

admin 07.05.2026
1778084148_1

Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs Aybəniz Qasımova bildirib ki, 4 ay adıçəkilən bağçada çalışıb:

“4 ay idi ki, maaşlarımızı almırdıq. Bağçaya işə düzəlmək üçün Havvaxanıma 9 500 manat pul vermişdim. Maaş məsələsinə gələndə dedi ki, bu gün – sabah ödəniləcək. Amma proses uzandı və biz də polisə şikayət etdik”.

Gülçöhrə Allahverdiyeva isə bildirib ki, işə düzəlmək üçün 5 min manat pul verib və həmin bağçada cəmi 1 ay təcrübə keçib.

Zərərçəkmiş Günel Həsənovanın sözlərinə görə, adıçəkilən bağçada vakansiya olduğu üçün müraciət edib:

“Artıq bir ay keçəndən sonra narazılıqların olduğunu gördüm. Başa düşdük ki, dələduzluğa məruz qalmışıq. İşə rəsmi götürülmədiyimi öyrəndim”.

Məhkəmənin növbəti iclası iyunun 3-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən H.Rüstəmova zərərçəkmiş şəxslərə vurduğu 428 min manat maddi ziyanın 385 min manatını ödəyib.

Eyni zamanda, zərərçəkmiş şəxslərin bir neçəsi ilə barışıq əldə olunub. İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş kimi tanınıb.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Havvaxanım İmamət qızı Rüstəmova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sonradan onunla bağlı həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

Məlumat üçün bildirək ki, “Moon Kids” bağçası fəaliyyəti dayandırılıb.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Dehli” restoranı antisanitar şərait fəaliyyət göstərib
Next: Sabiq icra başçısının ailəsi ilə əlaqəli şirkət 30 milyonluq kapitalı geri çəkdi

OXŞAR MÖVZULAR

1782905081_rehim-bayramli (1)
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə ofis icarəyə verib – 1 milyon manatlıq

admin 01.07.2026
1782913105_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

AHİK, “Kurort” QSC, ETİHİ və Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi niyə var?

admin 01.07.2026
1782885477_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Xaçmaz təhsilində OYUNBAZLIQ… – İTTİHAM VAR…

admin 01.07.2026

XƏBƏR LENTİ

Qazi Ceyhun Ağayev saxlanılıb – səbəbi hələlik açıqlanmayıb WhatsApp Image 2026-07-01 at 21.13.55
  • CƏMİYYƏT

Qazi Ceyhun Ağayev saxlanılıb – səbəbi hələlik açıqlanmayıb

admin 01.07.2026
Qazi Ceyhun Ağayevin saxlanıldığı bildirilir. Redaksiyamıza daxil olan məlumata görə, bu məlumat Ceyhun Ağayevin ailə üzvləri tərəfindən...
DAVAMI Read more about Qazi Ceyhun Ağayev saxlanılıb – səbəbi hələlik açıqlanmayıb
UEFA Avropa Liqası: “Qarabağ”ın “Vestri”yə qarşı oyunlarının hakimləri açıqlandı trend_qarabag_loqo (1)
  • İDMAN

UEFA Avropa Liqası: “Qarabağ”ın “Vestri”yə qarşı oyunlarının hakimləri açıqlandı

admin 01.07.2026
“Qarabağ”ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiya təmsilçisi “Vestri”yə qarşı hər iki oyunun hakim təyinatları açıqlanıb....
DAVAMI Read more about UEFA Avropa Liqası: “Qarabağ”ın “Vestri”yə qarşı oyunlarının hakimləri açıqlandı
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov azadlığa buraxıldı ZbNQXmkUDbEnh9iDeziEHncLXagV25h5Cv4D0eq6_1200
  • ARAŞDIRMA

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov azadlığa buraxıldı

admin 01.07.2026
Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmədə təqsirləndirilən “Qurtuluş”...
DAVAMI Read more about “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov azadlığa buraxıldı
Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir 1782911136_screenshot-2026-07-01-165537
  • DÜNYA

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

admin 01.07.2026
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında bir sıra əsas istiqamətlər...
DAVAMI Read more about Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
Zakir Nuriyev və ailə üzvü “Rabitəbank”dan nə qədər qazanır? – RƏQƏMLƏR 1782903463_1782897333_zakir1
  • İQTİSADİYYAT
  • ÖLKƏ

Zakir Nuriyev və ailə üzvü “Rabitəbank”dan nə qədər qazanır? – RƏQƏMLƏR

admin 01.07.2026
Zakir Nuriyev, onun ailə üzvü və “Rabitəbank”ın digər səhmdarlarının ötən il üzrə gəlirləri məlum olub. Plat.az-ın əldə...
DAVAMI Read more about Zakir Nuriyev və ailə üzvü “Rabitəbank”dan nə qədər qazanır? – RƏQƏMLƏR

Bütün yazılar

WhatsApp Image 2026-07-01 at 21.13.55
  • CƏMİYYƏT

Qazi Ceyhun Ağayev saxlanılıb – səbəbi hələlik açıqlanmayıb

admin 01.07.2026
trend_qarabag_loqo (1)
  • İDMAN

UEFA Avropa Liqası: “Qarabağ”ın “Vestri”yə qarşı oyunlarının hakimləri açıqlandı

admin 01.07.2026
ZbNQXmkUDbEnh9iDeziEHncLXagV25h5Cv4D0eq6_1200
  • ARAŞDIRMA

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov azadlığa buraxıldı

admin 01.07.2026
1782911136_screenshot-2026-07-01-165537
  • DÜNYA

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

admin 01.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.