Skip to content
06.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? – Rusiyanın “kölgə tanker”ində İran izi
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? – Rusiyanın “kölgə tanker”ində İran izi

admin 04.05.2026
1777872655_1 (1)
Böyük Britaniyada yerləşən dəniz məlumatları təminatçısı olan Lloyd’s List Intelligence şirkətinin hesabatında ABŞ və İsrailin İrana hücumları ilə başlayan regional münaqişənin Hörmüz boğazına təsiri ətraflı şəkildə təsvir olunur.

TEREF ötən il 1-11 mart tarixləri arasında boğazdan 1229 gəmi keçibsə, bu ilin eyni dövründə bu rəqəm 77-yə düşüb. Qeyd edilib ki, Hörmüz boğazından keçən gəmilərin 26%-i İranla, 13%-i Yunanıstanla və 12%-i Çinlə əlaqəli olub. Həmçinin bildirilib ki, hazırda boğazdan istifadə edən gəmilərin əksəriyyəti Rusiya və İranla əlaqəli olan və Qərb sanksiyalarından yayınmaq üçün istifadə edilən “kölgə donanmasına” aiddir.

Lloyd’s List Intelligence şirkətinin baş analitiki Bridget Diakunun qiymətləndirmələrini özündə əks etdirən hesabatda İranın Hörmüz boğazından keçən gəmilər vasitəsilə mal ixrac etməyə davam etdiyi bildirilir. “Tankerlərin və qaz daşıyıcılarının yarıdan çoxu kölgə donanmalarının bir hissəsidir. Bu gəmilər fasilələrə öyrəşiblər”, – Diakun şərhində bildirib.

O qeyd edib ki, bu tip gəmilər əsasən pis saxlanılan, sığortasız və şübhəli mülkiyyət strukturlarına malik köhnə gəmilərdir və bu da onların keçid cəhdlərinə daha çox meylli olmasına səbəb olur.

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 19-cu sanksiya paketi çərçivəsində rus neftini daşıyan “kölgə tanker” sisteminə qarşı yeni mərhələyə keçir.

Aİ-nin daxili sənədlərinə əsasən, sanksiya siyahısına əlavə 120 tanker daxil ediləcək və bununla da qara siyahıdakı gəmilərin ümumi sayı 568-ə çatacaq. Bu tankerlər üçün Aİ limanlarına giriş tam qadağan olunur, Avropa şirkətlərindən sığorta, texniki servis və bunker yanacağı almaq imkanları ləğv edilir.

Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, bu 120 tankerdən 16-sı heç bir tanınmış dövlətin bayrağı altında üzmür. Məhz bu fakt Avropa ölkələrinə BMT-nin Dəniz Hüququ üzrə Konvensiyasının 110-cu maddəsinə əsaslanaraq həmin gəmiləri beynəlxalq sularda saxlamaq və müsadirə etmək hüququ verir. Aİ strukturları artıq Baltik dənizinə giriş nöqtələrində bu mexanizmin tətbiqi üçün hüquqi baza hazırlayır.

Sanksiyalar niyə indi sərtləşdi?

Əvvəlki sanksiyalar faktiki olaraq vəziyyəti dəyişməmişdi. “Kölgə tanker”lər əvvəldən də Aİ limanlarına daxil olmurdu və 1994-cü il BMT Konvensiyası, eləcə də 1857-ci il Kopenhagen müqaviləsi ilə qorunan “dinc keçid” hüququndan istifadə edərək Baltik dənizi sularından sərbəst keçirdilər. Yeni mərhələdə isə əsas hədəf məhz bayraqsız, sahibsiz və hüquqi statusu qeyri-müəyyən gəmilərdir.

Bu addım Rusiya “kölgə donanması” ilə bağlı artan risklər – neft sızmaları, dənizaltı kabellərin zədələnməsi, eləcə də potensial diversiya təhlükələri fonunda atılır.

İran izi: Şəmxani ailəsinin tanker imperiyası

Araşdırmalar göstərir ki, sanksiya siyahısına düşən 16 bayraqsız tankerdən biri – “Briont” adlı tanker (IMO 9252955) birbaşa İran əlaqələri ilə bağlıdır. Məlum olub ki, bu tanker İranın ali dini liderinin müşaviri, Milli Təhlükəsizlik Şurasının keçmiş katibi admiral Əli Şəmxaninin oğlu Məhəmməd Hüseyn Şəmxaninin nəzarətində olan şəbəkəyə daxildir.

Ukraynanın Baş Kəşfiyyat İdarəsinin “War & Sanctions” portalına görə, “Briont” tankeri Baltik dənizi limanlarından Rusiya nefti və neft məhsullarını daşımaqda istifadə olunub. Gəmi müxtəlif dövrlərdə marşrut, bayraq və operator dəyişməklə izləmədən yayınmağa çalışıb.

ABŞ-nin SB0215 sanksiyaları: konkret rəqəmlər

2025-ci il 30 iyul tarixində ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Şəmxani ailəsinə bağlı şəbəkəyə qarşı ən genişmiqyaslı sanksiya paketini elan edib.

Rəsmi açıqlamaya əsasən, bu paket çərçivəsində 50-dən çox fiziki və hüquqi şəxs, 50-dən artıq tanker və yük gəmisi,
onlarla offşor və idarəetmə şirkəti sanksiya siyahısına salınıb.

OFAC bildirir ki, bu şəbəkə İran və Rusiya neftini gizli yollarla dünya bazarına çıxararaq on milyardlarla dollar gəlir əldə edib. Gəlirlərin əsas istiqaməti Çin bazarı olub. ABŞ Maliyyə Nazirliyinin qiymətləndirməsinə görə, bu vəsaitlərin bir hissəsi İran rejiminin regional və hərbi fəaliyyətlərinin maliyyələşdirilməsinə yönəldilib.

Tankerlər, nömrələr və konkret marşrutlar

“Briont” tankeri bu şəbəkənin yalnız bir hissəsidir. “Zulu Ships Management”in kommersiya idarəsində olan və “Fractal Marine DMCC” ilə əlaqələndirilən digər tankerlər arasında aşağıdakı IMO nömrələri açıq mənbələrdə göstərilir: 9433016, 9387279, 9336490, 9332315, 9328170, 9298492, 9282493, 9282481 və 9252955.

Bu gəmilər mütəmadi olaraq Baltik dənizi, Qara dəniz, eləcə də Rusiyanın neft limanlarına daxil olub. IMO 9332315 və IMO 9298492 nömrəli tankerlərin isə Krımın Komış-Burun limanına giriş etdiyi qeyd olunur.

Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Şəmxani şəbəkəsinin idarəetmə hissəsində Azərbaycan bağlantısı xüsusi diqqət çəkir. BƏƏ-də qeydiyyatdan keçmiş “Zulu Shipping LLC” və “The Zulu Ships Management and Operation – Sole Proprietorship LLC” faktiki olaraq eyni struktura bağlıdır. Hər iki şirkət eyni domeni – zulushipping.com istifadə edir, lakin sayt hazırda fəaliyyət göstərmir.

“LinkedIn” və ixtisaslaşmış bazalara görə, bu şirkətin maliyyə və kommersiya direktoru İsmayıl Qasımovdur. O, daha əvvəl “SOCAR Polymer” şirkətində çalışıb, Qafqaz Universitetini bitirib və Türkiyədə magistratura təhsili alıb. Şirkətin rəhbərliyində həmçinin Aygün Cəfərova və Zakir Əliyevin adları keçir. Təsisçi və baş direktor isə Zamiq İsmayılovdur.

“Zulu Shipping” bir müddət Bakıda – Ziya Bünyadov prospekti 706B ünvanında ofis açsa da, sonradan bu nümayəndəlik bağlanıb və fəaliyyət Əbu-Dabiyə köçürülüb.

“Angel” hadisəsi və 1,5 milyon dollarlıq qalmaqal

2023-cü ilin iyulunda Palau bayrağı altında üzən “Angel” konteyner gəmisi Tayvan sahillərində batdı. Tayvan hakimiyyəti dəniz mühitinə dəyən zərərə görə 1,5 milyon dollar kompensasiya tələb etdi. Gəmidə çalışan Azərbaycan vətəndaşı olan heyət üzvlərinin müqavilələrinin “Zulu Shipping” MMC ilə bağlandığı ortaya çıxdı.

İşəgötürən və sığorta şirkəti ödənişdən imtina etdi, nəticədə heyət üzvlərinin maaşları kəsildi. Yalnız Azərbaycan Xarici İşlər Nazirliyinin müdaxiləsindən sonra 16 nəfərlik heyət ölkəyə qaytarıldı. Kapitan və iki zabit isə 2024-cü ilin yanvarına qədər Tayvanda saxlanıldı.
“Kölgə tanker” sistemi təkcə Rusiya nefti ilə məhdudlaşmır

Ortaya çıxan faktlar göstərir ki, “kölgə tanker” sistemi təkcə Rusiya nefti ilə məhdudlaşmır. Bu sistem İran rejiminin elit ailələri, onlarla tanker, 50-dən çox şirkət, on milyardlarla dollar dövriyyə və Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrdən olan menecerlərlə idarə olunan çoxqatlı bir şəbəkədir. Avropa və ABŞ-nin paralel şəkildə sanksiyaları sərtləşdirməsi isə bu mexanizmin artıq əvvəlki kimi rahat işləməyəcəyini göstərir. /Yenicag.az/

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: FHN deputatın “orada qanunsuz tikinti yoxdur” dediyi inşaatın dayandırılması barədə qərar çıxardı – REPORTAJ
Next: 11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF

OXŞAR MÖVZULAR

1783347947_whatsapp-mage-2026-07-06-at-16_45_02
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

KATV1 internet abunəçilərinin səbr kasası daşır – Aylarla davam edən kəsintilər müştəri hüquqlarının pozulması iddialarını gündəmə gətirir

admin 06.07.2026
screenshot_20260706_101957_com_whatsapp_mediaviewactivity2
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

İş adamı Mətanət Həsənovadan bloger və tiktoker Həmid Allahverdiyevlə bağlı yeni iddialar

admin 06.07.2026
6a4b4ff76b29f6a4b4ff76b2a017833205676a4b4ff76b29d6a4b4ff76b29e
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Camaata 1 milyon manat “atan” iş adamı Zamiqin MƏHKƏMƏSİ yenə uzadıldı – TƏFƏRRÜAT

admin 06.07.2026

XƏBƏR LENTİ

Tanınmış idmançılara hökm oxundu sebuhi-receb-1
  • ARAŞDIRMA

Tanınmış idmançılara hökm oxundu

admin 06.07.2026
Həbsdə olan Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti, tanınmış idmançı Səbuhi Rəcəb və onunla birlikdə ittiham olunan idmançı...
DAVAMI Read more about Tanınmış idmançılara hökm oxundu
Arzum bu halda azadlığa çıxa bilər – Vəkil açıqladı vekil
  • ARAŞDIRMA

Arzum bu halda azadlığa çıxa bilər – Vəkil açıqladı

admin 06.07.2026
Tiktoker İlduzə Hacıyevanın (Arzum) həbsi mediada və sosial şəbəkələrdə müzakirə olunmaqda davam edir. “Qafqazinfo” xəbər verir ki,...
DAVAMI Read more about Arzum bu halda azadlığa çıxa bilər – Vəkil açıqladı
Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO 5a40d02096849cf83714f8b161cfe3c6
  • HADİSƏ

Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO

admin 06.07.2026
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Monitorinq şöbəsinin baş mütəxəssisi Xanbala Əhmədli vəfat edib....
DAVAMI Read more about Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO
“Caspian İnternational Hospital”da vaxtı keçmiş, qeydiyyatsız dərmanlar aşkarlandı 1783338414_caspian_interneshnl
  • CƏMİYYƏT

“Caspian İnternational Hospital”da vaxtı keçmiş, qeydiyyatsız dərmanlar aşkarlandı

admin 06.07.2026
Səhiyyə Nazirliyi tərəfindən “Caspian İnternational Hospital”dan plandankənar yoxlama keçirilib. Yoxlama zamanı sözügedən klinikada ciddi nöqsanlar üzə çıxıb. Belə...
DAVAMI Read more about “Caspian İnternational Hospital”da vaxtı keçmiş, qeydiyyatsız dərmanlar aşkarlandı
DSMF məhkəmə qərarını icra etmir – Şikayət 1783341258_emek-ehjaalinin-dsmf
  • CƏMİYYƏT

DSMF məhkəmə qərarını icra etmir – Şikayət

admin 06.07.2026
Bakı şəhər sakini, uzun müddət neft sektorunda çalışmış Məhəmməd Xudu oğlu Şirinov 6 ildir ona təyin edilmiş...
DAVAMI Read more about DSMF məhkəmə qərarını icra etmir – Şikayət

Bütün yazılar

sebuhi-receb-1
  • ARAŞDIRMA

Tanınmış idmançılara hökm oxundu

admin 06.07.2026
vekil
  • ARAŞDIRMA

Arzum bu halda azadlığa çıxa bilər – Vəkil açıqladı

admin 06.07.2026
5a40d02096849cf83714f8b161cfe3c6
  • HADİSƏ

Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO

admin 06.07.2026
1783338414_caspian_interneshnl
  • CƏMİYYƏT

“Caspian İnternational Hospital”da vaxtı keçmiş, qeydiyyatsız dərmanlar aşkarlandı

admin 06.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.