Skip to content
06.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Camaata 1 milyon manat “atan” iş adamı Zamiqin MƏHKƏMƏSİ yenə uzadıldı – TƏFƏRRÜAT
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Camaata 1 milyon manat “atan” iş adamı Zamiqin MƏHKƏMƏSİ yenə uzadıldı – TƏFƏRRÜAT

admin 06.07.2026
6a4b4ff76b29f6a4b4ff76b2a017833205676a4b4ff76b29d6a4b4ff76b29e

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə dələduzluqda ittiham olunan Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, prosesə sədrlik edən hakim Roman Ələkbərli işə əvvəldən hakim Elnur Nuriyevin sədrlik etdiyini, lakin hazırda onun icraatında olduğunu qeyd edib. O, eyni zamanda təqsirləndirilən Zamiq Xankişiyevin qardaşı Ş. Xankişiyevi əvvəldən tanıdığına, münasibəti olduğunu bildirib. Hakim bildirib ki, belə olduğu halda işin obyektiv araşdırılması mümkün deyil.

Qısa müşavirədən sonra məhkəmə tərkibi təqsirləndirilən Zamiq Xankişiyevin cinayət işinə başqa tərkibdə baxılacağı ilə bağlı qərarını elan edib və proseslə bağlı məlumat veriləcəyini bildirib.

İttihamda bildirilir ki, Zamiq Xankişiyev özünü geniş əlaqəli işgüzar şəxs kimi təqdim edərək bir neçə nəfərin etibarından sui- istifadə edərək, onların 1 milyon manata yaxın pulunu mənimsəyib.

İstintaqdan yayındığı üçün 1 il 8 ay axtarışda olan Zamiq Xankişiyev istintaqa cəlb olunduqdan sonra əvvəl barəsində həbs, daha sonra isə həbs olmayan qətimkan tədbiri seçilib.

Araşdırmalarla məlum olub ki, Zamiq Xankişiyevdən ən çox zərər görən şəxs onun tanışı olan iş adamı P.S-dir.

O, iş adamına Neftçaladakı “Olimpiya İdman Kompleksi”nin tikintisində isrifadə olunan beton işləri üçün 60 min manatlıq sement sifariş verərək, pulunu ödəyəcəyinə söz versə də, bundan yayınaraq, daha sonra həmin vəsaiti mənimsəyib.

Zamiq Xankişiyev daha sonra zərərçəkən P.S- nin etibarından istifadə edərək onun “Maserati Ghibli” avtomobilini dəyərindən çox ucuz qiymətə 48 min ABŞ dollarına sataraq mənimsəyib. O bundan başqa iş adamına məxsus daha bir avtomobilini “Mersedes-Benz S-Klass”markalı avtomobilini 85 min ABŞ dollarına sataraq onun 50 min ABŞ dollarını qaytararaq 35 min ABŞ dollarını isə ələ keçirərək mənimsəyib.

Zamiq Xankişiyev bu və ya digər yalan vədlər verməklə iş adamı P.S nin ümümilikdə 577 min manatını ələ keçirərək mənimsəməkdə ittiham olunur.

Təqsirləndirilən bundan başqa tanış olduğu S.V. də aldadaraq ona müxtəlif tikinti lahiyələrində iştirak edərək külli miqdarda qazanc əldə etmək adı ilə külli miqdarda pulunu və avtomobilini ələ keçirərək mənimsəyib.O, S. V-nin ümümilikdə, 180 min manatını mənimsəyərək ona külli miqdarda ziyan vurub.

Zamiq Xankişiyevdən zərər görməsi ilə bağlı şikayət edən digər şəxs isə onun müəssisəsində fəhlə işləyən F.Ə olub.O işçisinə verməli olduğu 5690 manatın əvəzinə ona verəcəyinə söz verdiyi “Kia”markalı avtomobili verməyərək həmin məbləği də mənimsəmişdir.

Xatırladaq ki, Xırdalan dəmir yolu stansiyasının keçmiş rəisi Fəyyaz Xankişiyevin biznesmen oğlu Zamiq Xankişiyev 3 nəfərin 500 min manatdan artıq (xüsusilə külli miqdarda dələduzluq) pulunu ələ keçirməkdə ittiham olunur.

Şirkət rəhbəri zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən tutulub. Z.Xankişiyev əvvəl həbs edilsə də, sonradan ziyanın bir hissəsini ödədiyi üçün barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.

Hazırda cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib. Z.Xankişiyev Cinayət Məcəlləsinin 178.4 maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, mediada İmişlidən olan iş adamı barədə əvvəllər də şikayətlər yayımlanıb. Mətbuata üz tutan vətəndaşlar “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan stansiyasının rəisi vəzifəsində çalışmış atası Fəyyaz Xankişiyevi də dələduzluqda ittiham ediblər. Fəyyaz Xankişiyev keçmiş nəqliyyat naziri Ziya Məmmədovun tələbə yoldaşı olub.

F.Xankişiyev 2014-cü ildə elə qrup yoldaşı Z.Məmmədov tərəfindən işdə yol verdiyi ciddi nöqsanlara və quruma vurduğu maddi ziyana görə vəzifəsindən azad edilib.

Hazırda dələduzluqda ittiham olunan oğul Zamiq Xankişiyev isə bahalı həyat tərzi ilə gündəmdə olub. O, “Bentley” markalı 10-PP-555 nömrə nişanlı və seriya nömrəsinin sonu 400-lə bitən bir neçə lüks avtomobilin sahibidir. Müxtəlif vaxtlarda avtomobil kolleksiyasını sosial şəbəkələrdə nümayiş etdirib.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Atası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş – FOTO
Next: İL MMC vətəndaşı müqaviləsiz işlədib pulunu vermir

OXŞAR MÖVZULAR

1783309882_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

Deputatın şirkəti DÖVLƏTƏ BORCLUDUR – BU DA FAKT…

admin 06.07.2026
1783316311_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Rayonlarda fərdi təsərrüfatlarda süni mayalanma xidmətinin göstərilməsi üçün 50 manat kimlər alır?

admin 06.07.2026
1783149718_1
  • ARAŞDIRMA
  • GÜNDƏM

“Arzum”un işi ilə bağlı ŞOK FAKTLAR: Amal Məlikov xuliqanlıq və narkotik işi üzrə məhkum olunubmuş – FOTO

admin 05.07.2026

XƏBƏR LENTİ

Britaniya Norveç dənizində iki Rusiya təyyarəsini ələ keçirib 630_360_1737049789-993
  • DÜNYA

Britaniya Norveç dənizində iki Rusiya təyyarəsini ələ keçirib

admin 06.07.2026
Birləşmiş Krallıq Norveç dənizində “HMS Prince of Wales” təyyarədaşıyan gəmisinin zərbə qrupuna yaxınlaşan Rusiyaya məxsus iki Bear...
DAVAMI Read more about Britaniya Norveç dənizində iki Rusiya təyyarəsini ələ keçirib
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 3342-yə çatıb 630_360_1782373926-528
  • DÜNYA

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 3342-yə çatıb

admin 06.07.2026
Venesuelada baş verən iki zəlzələ nəticəsində ölənlərin sayı 3342-yə çatıb. Yeni məlumatlara görə, yaralıların sayı 16.470 nəfərdir,...
DAVAMI Read more about Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 3342-yə çatıb
İlham Əliyev Malavi Prezidentini təbrik etdi ilham_eliyev_tebrik
  • SİYASƏT

İlham Əliyev Malavi Prezidentini təbrik etdi

admin 06.07.2026
Prezident İlham Əliyev Malavi Prezidenti Artur Piter Mutarikaya təbrik məktubu göndərib. “Hörmətli cənab Prezident, Malavi Respublikasının milli...
DAVAMI Read more about İlham Əliyev Malavi Prezidentini təbrik etdi
İL MMC vətəndaşı müqaviləsiz işlədib pulunu vermir 1783327264_screenshot-2026-07-06-123953
  • CƏMİYYƏT
  • ÖLKƏ

İL MMC vətəndaşı müqaviləsiz işlədib pulunu vermir

admin 06.07.2026
Nicat Əhmədov İL MMC-də işləyib. Anaxeber.info.az-a müraciət edən vətəndaşın sözlərinə görə, şirkətin “Malyuk” uşaq qidaları şöbəsində 5...
DAVAMI Read more about İL MMC vətəndaşı müqaviləsiz işlədib pulunu vermir
Camaata 1 milyon manat “atan” iş adamı Zamiqin MƏHKƏMƏSİ yenə uzadıldı – TƏFƏRRÜAT 6a4b4ff76b29f6a4b4ff76b2a017833205676a4b4ff76b29d6a4b4ff76b29e
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Camaata 1 milyon manat “atan” iş adamı Zamiqin MƏHKƏMƏSİ yenə uzadıldı – TƏFƏRRÜAT

admin 06.07.2026
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə dələduzluqda ittiham olunan Zamiq Xankişiyevin cinayət...
DAVAMI Read more about Camaata 1 milyon manat “atan” iş adamı Zamiqin MƏHKƏMƏSİ yenə uzadıldı – TƏFƏRRÜAT

Bütün yazılar

630_360_1737049789-993
  • DÜNYA

Britaniya Norveç dənizində iki Rusiya təyyarəsini ələ keçirib

admin 06.07.2026
630_360_1782373926-528
  • DÜNYA

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 3342-yə çatıb

admin 06.07.2026
ilham_eliyev_tebrik
  • SİYASƏT

İlham Əliyev Malavi Prezidentini təbrik etdi

admin 06.07.2026
1783327264_screenshot-2026-07-06-123953
  • CƏMİYYƏT
  • ÖLKƏ

İL MMC vətəndaşı müqaviləsiz işlədib pulunu vermir

admin 06.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.