Skip to content
06.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • DSMF məhkəmə qərarını icra etmir – Şikayət
  • CƏMİYYƏT

DSMF məhkəmə qərarını icra etmir – Şikayət

admin 06.07.2026
1783341258_emek-ehjaalinin-dsmf

Bakı şəhər sakini, uzun müddət neft sektorunda çalışmış Məhəmməd Xudu oğlu Şirinov 6 ildir ona təyin edilmiş pensiyanı ala bilmədiyini deyir.
1959-cu il təvəllüdlü M.Şirinov bildirib ki, pensiya təminatı ilə bağlı Bakı İnzibati Məhkəməsinin 16 iyun 2017-ci il tarixli qərarı həmin vaxt qüvvəyə minərək icraya yönəldilib.
Həmin qərar 2020-ci ilədək icra edilib: “Lakin 2020-ci ildən bu günədək 1 saylı Bakı İnzibati Məhkəməsinin qərarı icra olunmur. Nərimanov İcra Şöbəsinə dəfələrlə müraciətlər etsəm də, icra sənədinin icra edilməməsi ilə bağlı tədbir görülmür. Hətta məhkəməyə qərarın icra olunmamasına dair müraciət də etdik. Bakı İnzibati Məhkəməsi 21 oktyabr 2025-ci ildə qərardad çıxararaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını qərarı icra etmədiyinə görə 200 manat cərimələdi”.
Məhəmməd Şirinov əlavə edib ki, dövlət qurumunun sonradan məhkəməyə etdiyi müraciətinə hüquqi qiymət verilib: “Hələ 2023-cü ildə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair verilən ərizə üç instansiya məhkəməsində araşdırılmasına baxmayaraq, əsassız olduğu üçün rədd edildi.
Artıq 6 ildən çoxdur ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəmə qərarını icra etməkdən imtina edir. Ədliyyə Nazirliyinin İcra Xidmətinin Nərimanov rayon Şöbəsi isə borclu – DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və onun səlahiyyətli şəxsləri barəsində icra tədbiri tətbiq etmir. Hətta qərarı icra etmədiklərinə görə onlar cərimələnsələr belə, qərarı icra etməkdən boyun qaçırırlar”.
İddialarla əlaqədar DSMF-yə sorğu ünvanladıq. Müraciətimizə cavab olaraq bildirildi ki, Məhəmməd Xudu oğlu Şirinovun pensiya işi araşdırılarkən ona saxta sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunduğu aşkar edilib: “Bu səbəbdən pensiya ödənişi 1 avqust 2020-ci ildən dayandırılıb. Məhəmməd Şirinova 65 yaşının tamam olduğu 19 mart 2024-cü il tarixindən isə hüququ yarandığı üçün yaşa görə pensiya təyin edilib və əvvəllər ona artıq ödənilmiş vəsait də hər ay 28 manat olmaqla pensiyasından tutulur. Qanuni əsasla ona təyin edilmiş pensiyası hazırda 349,76 manatdır. Ona əsassız təyin edilmiş pensiya işinə hüquqi qiymətin verilməsi üçün materiallar hüquq-mühafizə orqanına göndərilib. Həmçinin Məhəmməd Şirinovun pensiya məsələsi ilə əlaqədar yeni açılmış hallara dair icraatın təzələnməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət edilib”. /Qafqazinfo/

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Xətai bələdiyyəsinin sədri bıçaqlandı – Restoranında ofisant işləyən şəxs həbs edildi
Next: “Caspian İnternational Hospital”da vaxtı keçmiş, qeydiyyatsız dərmanlar aşkarlandı

OXŞAR MÖVZULAR

1783338414_caspian_interneshnl
  • CƏMİYYƏT

“Caspian İnternational Hospital”da vaxtı keçmiş, qeydiyyatsız dərmanlar aşkarlandı

admin 06.07.2026
1783344064_dd93c46cd867a0e1e84502baa220d6d4_untitled-1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Xətai bələdiyyəsinin sədri bıçaqlandı – Restoranında ofisant işləyən şəxs həbs edildi

admin 06.07.2026
1783349064_screenshot-2026-07-06-183955
  • CƏMİYYƏT

Cəlilabadın Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb

admin 06.07.2026

XƏBƏR LENTİ

Tanınmış idmançılara hökm oxundu sebuhi-receb-1
  • ARAŞDIRMA

Tanınmış idmançılara hökm oxundu

admin 06.07.2026
Həbsdə olan Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti, tanınmış idmançı Səbuhi Rəcəb və onunla birlikdə ittiham olunan idmançı...
DAVAMI Read more about Tanınmış idmançılara hökm oxundu
Arzum bu halda azadlığa çıxa bilər – Vəkil açıqladı vekil
  • ARAŞDIRMA

Arzum bu halda azadlığa çıxa bilər – Vəkil açıqladı

admin 06.07.2026
Tiktoker İlduzə Hacıyevanın (Arzum) həbsi mediada və sosial şəbəkələrdə müzakirə olunmaqda davam edir. “Qafqazinfo” xəbər verir ki,...
DAVAMI Read more about Arzum bu halda azadlığa çıxa bilər – Vəkil açıqladı
Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO 5a40d02096849cf83714f8b161cfe3c6
  • HADİSƏ

Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO

admin 06.07.2026
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Monitorinq şöbəsinin baş mütəxəssisi Xanbala Əhmədli vəfat edib....
DAVAMI Read more about Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO
“Caspian İnternational Hospital”da vaxtı keçmiş, qeydiyyatsız dərmanlar aşkarlandı 1783338414_caspian_interneshnl
  • CƏMİYYƏT

“Caspian İnternational Hospital”da vaxtı keçmiş, qeydiyyatsız dərmanlar aşkarlandı

admin 06.07.2026
Səhiyyə Nazirliyi tərəfindən “Caspian İnternational Hospital”dan plandankənar yoxlama keçirilib. Yoxlama zamanı sözügedən klinikada ciddi nöqsanlar üzə çıxıb. Belə...
DAVAMI Read more about “Caspian İnternational Hospital”da vaxtı keçmiş, qeydiyyatsız dərmanlar aşkarlandı
DSMF məhkəmə qərarını icra etmir – Şikayət 1783341258_emek-ehjaalinin-dsmf
  • CƏMİYYƏT

DSMF məhkəmə qərarını icra etmir – Şikayət

admin 06.07.2026
Bakı şəhər sakini, uzun müddət neft sektorunda çalışmış Məhəmməd Xudu oğlu Şirinov 6 ildir ona təyin edilmiş...
DAVAMI Read more about DSMF məhkəmə qərarını icra etmir – Şikayət

Bütün yazılar

sebuhi-receb-1
  • ARAŞDIRMA

Tanınmış idmançılara hökm oxundu

admin 06.07.2026
vekil
  • ARAŞDIRMA

Arzum bu halda azadlığa çıxa bilər – Vəkil açıqladı

admin 06.07.2026
5a40d02096849cf83714f8b161cfe3c6
  • HADİSƏ

Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO

admin 06.07.2026
1783338414_caspian_interneshnl
  • CƏMİYYƏT

“Caspian İnternational Hospital”da vaxtı keçmiş, qeydiyyatsız dərmanlar aşkarlandı

admin 06.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.