Skip to content
08.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Məcnun Məmmədovun “Azəraqrar” feodalizmi: Şəhid əmanətinə xəyanət, kəndliyə zülm!
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Məcnun Məmmədovun “Azəraqrar” feodalizmi: Şəhid əmanətinə xəyanət, kəndliyə zülm!

admin 01.05.2026
1777556088_1
Kənd təsərrüfatı sektoru hər bir dövlətin onurğa sütunudur. Amma Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyinə tabe olan “Azəraqrar” Dövlət İstehsalat və Emal Kompleksi MMC ətrafında cərəyan edən hadisələr göstərir ki, bu qurum dövlətə xidmət etməkdən çox, bəzi vəzifəli şəxslərin şəxsi feodallığına çevrilib. Ortada olan mənzərə dəhşətlidir: rüşvət tələbi, mənimsəmə, fiziki zorakılıq və ən ağrılısı — şəhid ailəsinin dövlət qurumu tərəfindən “dərisinin soyulması”.

Məcnun Məmmədov, bu insanların səsi sizin kabinetinizin divarlarını keçə bilmirmi?

Cənab nazir, rəhbərlik etdiyiniz nazirliyin strukturuna daxil olan bir müəssisədə sahibkar Nazilə Orucova — bir şəhid ailəsinin üzvü — illərdir süründürülür. 2019-cu ildən bəri fəaliyyət göstərmək istəyən, dövlətə vergi ödəməyə hazır olduğunu bildirən bir vətəndaşın qarşısına keçilməz sədlər çəkilir. Məcnun Məmmədov, siz o yumşaq kresloda əyləşib kənd təsərrüfatının inkişafından danışarkən, tabeliyinizdəki Həsən Abdullayevlər, Fəda Abbasovlar Ceyrançöl otlaqlarında öz qanunlarını diktə edirlər.

Vətəndaş açıq şəkildə bildirir ki, ondan rüşvət tələb olunub. “Pul verməsən, burada qoyun saxlaya bilməzsən” deyən çobanların və müdirlərin cəsarəti haradan qaynaqlanır? Əgər bir qurumun işçisi “Dövlət bizə maaş vermir, ona görə pul verməlisən” deyirsə, bu, artıq anarxiyadır. Bu, dövlət daxilində dövlət qurmaq cəhdidir. Cənab Məmmədov, siz bu rəzalətə nə vaxta qədər göz yumacaqsınız?

Şəhid qanı ilə suvarılan torpaqda şəhid ailəsini döymək hansı mənəviyyata sığır?

Dəhşətli fakt budur: dekabrın 5-də Səkinə Əliyeva adlı çoban polisin gözü qarşısında şəhid ailəsi üzvünü yerə yıxaraq huşunu itirənə qədər təpikləyir. Bir qadın sahibkarın, bir şəhid əmanətinin dövlət müəssisəsinin ərazisində bu cür fiziki zorakılığa məruz qalması təkcə cinayət deyil, həm də dövlətin adına ləkədir.

Nazilə xanımın 49 qoyunu, 42 quzusu və 30 toğlusu gecə vaxtı mənimsənilir, qalan heyvanları isə qoca və xəstə heyvanlarla dəyişdirilir. Bu, adi bir oğurluq deyil, bu, mütəşəkkil cinayətkar qruplaşmanın əməlidir. Cənab Məmmədov, faktlar, sübutlar, videolar və fotolar ortadadır. Sizin üçün daha hansı sübut lazımdır? Yoxsa siz də tabeliyinizdəki bu şəxslərin “mahiyyətindən” bixəbərsiniz? Əgər bixəbərsinizsə, bu, səriştəsizlikdir; yox, əgər xəbəriniz olub susursunuzsa, bu, artıq şərik olmaqdır.

Kəndlinin heyvanı ilə dövlətin kəsirini düzəltmək: “Azəraqrar”ın fırıldaq mexanizmi

Qazax rayon Daşsalahlı kənd sakinləri Vəliyev Novruz və Əliyev Rafiqin başına gətirilənlər isə klassik bir fırıldaqçılıq ssenarisidir. Dövlət müəssisəsindəki yeyintiləri ört-basdır etmək üçün kəndlinin 88 baş qoyununu “nazirlik pul ayıracaq” vədi ilə alıb fermaya doldurmaq və audit yoxlamasından keçmək üçün say düzəltmək hansı məntiqlə izah oluna bilər?

Bu insanlar dövlətə inanaraq malını veriblər. Amma indi məlum olur ki, “Azəraqrar”ın rəhbərliyi dövlətin və şəhid ailəsinin heyvanlarını satıb, yaranan kəsiri isə kəndlinin malı ilə qapatmağa çalışır. Bu, dövlət əmlakının talanmasıdır! Cənab nazir, sizin auditiniz gəlib kəndlinin heyvanını dövlətin heyvanı kimi sayırsa, deməli sizin sisteminiz başdan-ayağa çürüyüb.

Nə üçün qəbul etmirsiniz? Nə üçün susursunuz?

İnsanlar illərdir qapınızda növbə gözləyir, məktub yazır, müraciət edir. Bir nazir olaraq xalqın içinə çıxıb bu problemləri yerindəcə həll etmək yerinə, niyə susqunluğa üstünlük verirsiniz? Şikayətçilər bildirir ki, sorğulara cavab verilmir, zənglərə baxılmır. Sizin mətbuat xidmətiniz nə işlə məşğuldur? Yoxsa onlar da rəhbərliyin “görmədim, eşitmədim, bilmədim” taktikasını icra edirlər?

Bu ölkə uğrunda canını fəda edənlərin ailəsini bu qədər süründürmək, onların ruzisinə göz dikmək heç bir vəzifə borcuna, heç bir insanlığa sığmaz. Nazilə Orucovanın, Novruz Vəliyevin, Rafiq Əliyevin fəryadı artıq Ceyrançölü aşıb paytaxtın mərkəzinə çatıb.

Cənab Məcnun Məmmədov, bu insanların ahı sizi o kresloda rahat oturmağa qoymamalıdır. Ya tabeliyinizdəki bu mütəşəkkil qrupu dərhal təmizləyib, vətəndaşlara dəymiş ziyanı ödəyəcəksiniz, ya da bu rəzalətin məsuliyyətini şəxsən öz üzərinizə götürəcəksiniz. Unutmayın ki, dövlət məmuru vətəndaşın ağası deyil, xidmətçisidir. Şəhid ailəsinin qanını, kəndlinin alın tərini soran bu mexanizm dağılmalıdır!

Vətəndaşın qoyununu, quzusunu mənimsəyib, onu fermada döydürüb, sonra da heç nə olmamış kimi davranmaq dövrü bitib.

Faktlar ortadadır, indi növbə qanunun və sizin mənliyi qalan vicdanınızındır — əgər qalıbsa…

NOCOMMENT.az

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Media nümayəndələrinə hücum edən ana və qız 100 manat cərimə olundu”
Next: Kəmaləddin Qafarovun başı biznəsə qarışıb: Milli Onkologiya Mərkəzində xəstə niyə intihar edib?

OXŞAR MÖVZULAR

1783489228_1783481723_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Qarabağ qazisinin pensiyasının bərpası uğrunda savaşının məhkəmə yoluna “stop” qoyulub

admin 08.07.2026
1783433108_mg-20260707-wa0028
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Quba–Xaçmaz RTİ-də mühüm kadr dəyişikliyi: Fikrət Heybətov vəzifəsindən azad edildi

admin 07.07.2026
17834077964049226864
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi

admin 07.07.2026

XƏBƏR LENTİ

Xaçmazda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb 741427499_2091489204914100_5113365432315929871_n
  • ARAŞDIRMA

Xaçmazda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

admin 08.07.2026
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən İsa Cəbiyev saxlanılıb....
DAVAMI Read more about Xaçmazda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavinini qəbul etdi 17834935216462018483
  • SİYASƏT

Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavinini qəbul etdi

admin 08.07.2026
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 8-də İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri...
DAVAMI Read more about Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavinini qəbul etdi
Azərbaycan və İordaniya viza rejimini ləğv edir og82uqosfp6hmlhblsjvookdqknwou71ehyrknze_1200
  • SİYASƏT

Azərbaycan və İordaniya viza rejimini ləğv edir

admin 08.07.2026
Azərbaycan və İordaniya ümumvətəndaş pasportlarının sahibləri üçün qarşılıqlı viza rejimini ləğv edir. Bildirilib ki, müvafiq sazişi Azərbaycanın...
DAVAMI Read more about Azərbaycan və İordaniya viza rejimini ləğv edir
NATO Ankara sammitində 50 milyardlıq müqavilə imzalandı 1783500500_screenshot-2026-07-08-124640 (1)
  • DÜNYA

NATO Ankara sammitində 50 milyardlıq müqavilə imzalandı

admin 08.07.2026
Ankarada keçirilən NATO Müdafiə Sənayesi Forumunda ən azı 50 milyard dollar dəyərində müqavilələr imzalanıb. Paketə hava hücumundan...
DAVAMI Read more about NATO Ankara sammitində 50 milyardlıq müqavilə imzalandı
AHİK-də böyük qalmaqal – Sahib Məmmədov bütün otaqlara dinləyici qurğular yerləşdirib? 1783498994_screenshot-2026-07-08-122105
  • CƏMİYYƏT
  • ÖLKƏ

AHİK-də böyük qalmaqal – Sahib Məmmədov bütün otaqlara dinləyici qurğular yerləşdirib?

admin 08.07.2026
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinin son aylar qurumla bağlı mətbuatda yayımlanan məlumatlardan sonra mənbə axtarışına çıxması barədə...
DAVAMI Read more about AHİK-də böyük qalmaqal – Sahib Məmmədov bütün otaqlara dinləyici qurğular yerləşdirib?

Bütün yazılar

741427499_2091489204914100_5113365432315929871_n
  • ARAŞDIRMA

Xaçmazda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

admin 08.07.2026
17834935216462018483
  • SİYASƏT

Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavinini qəbul etdi

admin 08.07.2026
og82uqosfp6hmlhblsjvookdqknwou71ehyrknze_1200
  • SİYASƏT

Azərbaycan və İordaniya viza rejimini ləğv edir

admin 08.07.2026
1783500500_screenshot-2026-07-08-124640 (1)
  • DÜNYA

NATO Ankara sammitində 50 milyardlıq müqavilə imzalandı

admin 08.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.