Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən İsa Cəbiyev saxlanılıb.
1 kiloqram narkotik vasitə olan heroin aşkar edilib. Həyata keçirilən digər tədbir zamanı saxlanılan əvvəllər məhkum olunmuş Eyvaz Musayevdən isə 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron, həmçinin narkotik vasitə heroin aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
Saxlanılan hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
PAYLAŞIN:
