Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Fərid Eyvazov klinikaya rəhbər təyin olunduqdan sonra həkimləri və digər işçiləri didərgin düşüblər
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Fərid Eyvazov klinikaya rəhbər təyin olunduqdan sonra həkimləri və digər işçiləri didərgin düşüblər

admin 08.04.2026
media-farid-m60l1r

Xəbər verildiyi kimi, Səhiyyə naziri Teymur Musayevin sərəncamı ilə Fərid Eyvazov bu ilin aprelində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına baş direktor təyin olunub. 2005-2006-cı illərdə Musa Nağıyev adına “Təcili Tibbi” yardım xəstəxanasında həkim-interna kimi fəaliyyət göstərn, 2008-2009-cu illərdə N.Tusi Klinikasında, 2011-ci ildən 2012-ci ilədək «Medikal Plaza» Klinikasında çalışan, 2013-2016-cı illərdə Səhiyyə Nazirliyində Özəl tibbi müəssisələrinin lisenziyalaşdırılması üzrə ekspert olan, 2014-2015-ci illərdə “Qrand-Hospital”da, 2015-2018-ci illərdə “Aliance-Clinik”də baş həkim kimi fəaliyyət göstərən, nəhayət, “Bakı Bərpa Mərkəzi”ndə baş həkim işləyən Fərid Eyvazovun gəlişi ilə klinikada qalmaqallar başlayıb.

Bu barədə «Təzadlar»a müraciət edən klinikanın mühafizə xidmətində uzun illərdir çalışan Fərid Pirverdiyev açıqlama verib. Şikayət məktubundan sitat: «Hörmətli «Təzadlar! Bu məktubu sizə ünvanlamaqda məqsədim dərdlərimə şərik olub mənə köməklik etməyinizdir. Səhiyyə Nazirliyinə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə, Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevaya, eləcə də Ombudsmana müraciət etmişəm, lakin nəticəsi yoxdur. Ona görə də istədim sizin qəzet vasitəsilə dərdimi bölüşüm, bəlkə yatmış qəlblər oyandı. Mən sizi bir obyektiv və namuslu jurnalist bilib müraciət edirəm. Mən, Pirverdiyev Fərid Ədalət oğlu, uzun müddət idi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında baş mühafizəçi işləyirdim. Mart ayından qara günlərim başlayıb. Səbəb isə Fərid Eyvazovun klinikaya yeni direktor təyin olunmasıdır. Səhiyyə Nazirliyinə və digər təşkilatlara bu direktorun qanusuz əməlləri haqqında dəfələrlə yazmağıma baxmayaraq, səsimə səs verən olmayıb. Sadəcə, əsəblərimdən çox şeyi yaza bilmirəm. Xahiş edirəm, məni Sizin internet televiziyanıza çıxarasınız, qoy cənab Prezident, eləcə də səhiyyə naziri Teymur Musayev burada baş verənlərdən məlumatlı olsunlar. Mənə bəlli olan budur ki, Fərid Eyvazov Klinikanı «özəlləşdirib», öz əsabələrini yanına yığaraq əvvəllər rəhbəri olduğu «Bakı Bərpa», «Alyans» və digər şirkətləri də idarə edir. Tədris Terapevtik Klinikanın həkimləri və digər işçiləri bu direktroun əlindən didərgin düşüblər. Hətta o, rektor Gəray Gəraybəylini belə saymır, istədiyini edir. Narazılar şikayət edir, Səhiyyə Nazirliyindən gələn komissiyanı da öz havadarlarının hesabına elə «yola» salır ki, heç kimin ruhu da incimir. Deyiləsi sözlərim çoxdu. Xahiş edirəm mənimlə bu nömrə ilə əlaqə saxlayasınız və mən sizə sənədlərlə və faktlarla geniş açıqlama verim…».

Daha ətraflı yazı təqdim ediləcək.

Redaksiyadan: məsələ ilə bağlı şikayətçi Fərid Şahverdiyevi təkrarən redaksiyaya dəvət etdik, söhbət etdik… Bu barədə əlavə yazı təqdim ediləcək. Eləcə də baş verənlərlə bağlı (bəzi faktların aidiyyəti dövlət qurumlarında araşdırılması məqsədəmüvafiq sayıldı) Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının baş direktoru Fərid Eyvazovla əlaqə saxlamağa çalışdıq. Lakin ATU-nun rəsmi saytındakı bölmədə klinikanın adının üstündən klıklayanda «Səhifə əlçatan deyil» sözləri yazılmaqdadır. O boyda universitetin saytındakı bu texniki anlaşılmazlıq və qüsur başa düşülən deyil… Çünki klinika barədə hansısa məlumat əldə etmək mümkünsüzdür.

Klinikanın baş direktoru F.Eyvazovu da dinləməyə hazırıq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Rabitəbank”da pozuntu aşkarlandı
Next: Kəmaləddin Heydərovun himayəsində olan “AFB Bank”ın vəzifəli şəxsi məsuliyyətə cəlb olundu

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.