Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Kəmaləddin Heydərovun himayəsində olan “AFB Bank”ın vəzifəli şəxsi məsuliyyətə cəlb olundu
  • CƏMİYYƏT

Kəmaləddin Heydərovun himayəsində olan “AFB Bank”ın vəzifəli şəxsi məsuliyyətə cəlb olundu

admin 08.04.2026
media-kaml-qfw62c

Azərbaycan Mərkəzi Bankı tərəfindən “AFB Bank” ASC-yə icrası məcburi sərəncam verilib və bankın vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.

 XALQ bildirir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata əsasən, “AFB Bank” ASC tərəfindən inzibatçı vəzifəsinə təyinat və dəyişikliklərlə bağlı müəyyən edilmiş müddətdə Mərkəzi Banka yazılı bildiriş təqdim edilməyib. Bu hal “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 10.6-cı və 15.2-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilib. Bununla əlaqədar olaraq, Qanunun 47-ci maddəsi rəhbər tutulmaqla, Mərkəzi Bank tərəfindən banka gələcəkdə oxşar halların təkrarlanmaması məqsədilə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

Bununla yanaşı, “AFB Bank” ASC tərəfindən prudensial hesabatların forması, məzmunu və təqdim olunması qaydalarının tələblərinin pozulması faktı da müəyyən edilib. Qeyd olunan pozuntuya görə “Banklar haqqında” Qanunun 47-ci maddəsi rəhbər tutulmaqla, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən bankın vəzifəli şəxsi 2 000 manat məbləğində cərimə edilib.

AMB vurğulayıb ki, hesabatlılıq forması üzrə yol verilmiş pozuntular bankın maliyyə dayanıqlılığına hər hansı təhdid yaratmır.

Sözügedən bank 2008-ci ildə “Azfinansbank” Açıq Səhmdar Cəmiyyəti (ASC) adı ilə dövlət qeydiyyatına alınıb. Bank 2009-cu ildə isə rebrendinq edərək indiki adını – “AFB Bank” ASC olub. Nizamnamə kapitalı 70 milyon 393 min 455 manat olan bankın mediada yayılan  və təkzib olunnmayan məlumata görə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun yaxın çevrəsinə məxsus olduğu bildirilir.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Fərid Eyvazov klinikaya rəhbər təyin olunduqdan sonra həkimləri və digər işçiləri didərgin düşüblər
Next: Bakıda müğənninin anası qızının ölümünə səbəb olan sürücünü bağışladı

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.