Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Sabirabadda Təhsil “Mafiyası”: Direktor Murad Dəmirovun Qanunsuzluqlarına Kim “Yaşıl İşıq” Yandırır? -FOTOFAKT
  • GÜNDƏM

Sabirabadda Təhsil “Mafiyası”: Direktor Murad Dəmirovun Qanunsuzluqlarına Kim “Yaşıl İşıq” Yandırır? -FOTOFAKT

admin 07.04.2026
1775550159_1775458277_1775458205142

Sabirabad rayonu, Əlif Xanlarov adına Yaxa Dəllək kənd tam orta məktəbindən daxil olan şikayətlər təhsil ocağında vəziyyətin dözülməz həddə çatdığını göstərir. Məktəbin direktoru Murad Akif oğlu Dəmirovun fəaliyyəti ilə bağlı irəli sürülən iddialar həm hüquqi, həm də mənəvi müstəvidə ciddi suallar doğurur.

Saxta Ərizələr və “Məktəbli” Tələsi

Şikayətçi tərəf iddia edir ki, direktor Murad Dəmirov işçiləri sıxışdırmaq və işdən uzaqlaşdırmaq üçün qanunsuz metodlara əl atır. Ən dəhşətli məqam isə işçilərin (məsələn, Balayeva Rəqsanənin) xəbəri olmadan, məktəbli uşaqlara saxta ərizələr yazdırılaraq onların işdən azad edilməsidir. Himayəsində məktəbli uşaqları və əsgər övladı olan şəxslərin xəbərdarlıq edilmədən işdən çıxarılması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin kobud şəkildə pozulması kimi qiymətləndirilir.

500 Manatlıq “Müqavilə” və Korrupsiya İttihamları

Məktəbdəki idarəçiliyin şəxsi maraqlar üzərində qurulduğu bildirilir. Redaksiyamıza daxil olan məlumata görə, bəzi işçilərdən müqavilənin uzadılması müqabilində 500 manat rüşvət alındığı, lakin az sonra həmin şəxslərin yerinə başqalarının gətirildiyi iddia olunur. Vətəndaşların bankdan kredit götürərək bu məbləği ödəməyə məcbur edilməsi isə məsələnin sosial faciə tərəfini ortaya qoyur.

Təhsil Prosesi İflas Edib: “Evdə Oturan Müəllimlərə Maaş Yazılır”

Məktəbdəki qanunsuzluqlar təkcə kadr islahatları ilə bitmir. İddia olunur ki:
Müəllimlər müəyyən məbləğ müqabilində dərslərdən yayınır.
Dərsə gəlməyən, evdə oturan müəllimlərə qanunsuz şəkildə maaş yazılır.
Şagirdlər məktəbdə dərs keçməyə müəllim tapmır, təhsilin keyfiyyəti sıfıra enib.

“Arxasında Kim Dayanır?” – Sektor Müdirinin Adı Hallanır

Direktor Murad Dəmirovun narazı işçilərə cavabı isə qısa və kəskin olur: “Gedin hara deyirsiniz deyin, sektor müdiri Mircamal müəllim mənim arxamdadır, mənə heç kim heç nə edə bilməz”. Bu cür ifadələr regionda təhsil idarəçiliyinin şəxsi münasibətlər və “himayədarlıq” prinsipi ilə işlədiyinə dair şübhələri artırır.

32 İllik Əməyə Hörmətsizlik

Məktəbdə 32 il qüsursuz çalışan Balayeva Gülqədəm kimi təcrübəli kadrların mənəvi terrora məruz qalması, onların bir “düşmən” kimi məktəbdən uzaqlaşdırılması kollektiv daxilindəki psixoloji gərginliyin bariz nümunəsidir.
Qeyd edək ki, Dəmirov Murad Akif oğlu Rus dili müəllimidir, amma bu günə qədər rus dilində 2 cümlə danışa bilməyib. İxtisasın bilməyən keçirilən imtahanlarda heç bir nəticəsi olmayan bir insan rəhbər vəzifədə necə işləyir?
Baxmayaraq ki , rus dili üçün uzun illərdi dövlət büdcəsindən ayrılmış pulları rahat şəkildə alıb.
Hazırda Murad Dəmirovun əməlləri ilə bağlı Baş Prokurorluğa şikayətlərin edildiyi bildirilir. Amma qanunsuzluqlara davam edir. Sanki heç bir şikayət yoxmuş kimi öz rüşvətxorluqlarına davam edir. Aidiyyəti qurumların – Elm və Təhsil Nazirliyinin, eləcə də hüquq-mühafizə orqanlarının Sabirabaddakı bu “təhsil feodalizmi”nə son qoyacağını ümid edirik.(tehsilmedia.info)



Qeyd: Məqalədəki iddialar vətəndaş müraciəti əsasında hazırlanıb. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Sumqayıt Şəhər İcra Hakimiyyətinə 738 manatlıq su sayğacı alınıb
Next: Suraxanı İH-də kimdir rəhbər: Adil Əliyev, yoxsa Mais Məmmədov? – İLGİNC İDDİALAR

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.