Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Suraxanı İH-də kimdir rəhbər: Adil Əliyev, yoxsa Mais Məmmədov? – İLGİNC İDDİALAR
  • CƏMİYYƏT
  • ÖLKƏ

Suraxanı İH-də kimdir rəhbər: Adil Əliyev, yoxsa Mais Məmmədov? – İLGİNC İDDİALAR

admin 07.04.2026
1775561052_460165e3b4_0001

Adil Əliyev sakinlərdən 1 ay vaxt istədi, MKTB rəisi isə aranı qarışdırdı

Prezident İlham Əliyev məmurlara həmişə xüsusi tapşırır ki, xalqa xidmət etmək borcunuzdur, vətəndaşlarla işləməlisiniz, onları dinləməlisiniz. Çünki dövlət başçısı özü də xalqın içində olur, onlarla səmimi söhbət edir, problemlərini eşidir, prezidentə göndərilən məktub və teleqramlara cavab verilir. Amma yerlərdə elə “kiçik padşah”lar var ki, onlar Prezidentin göstərişlərini qulaqardı edərək müştəbeh hərəkətlərindən qalmırlar. Hətta onlar
“kiçik padşah” da deyil, ondan da aşağı vəzifə sahibləridir. Elə aprelin 6-da Suraxanı rayon İcra Hakimiyyətində sakinlərlə keçirilən görüş zamanı bu tip məmurlardan biri haqda məlumat verəcəyik. Bu barədə az sonra…

Amma gəlin əvvəlcə həmin görüşün məğzinə diqqət yetirək. Anaxeber.info.az ilk növbədə bildirir ki, aprelin 6-da Suraxanı İH-də icra başçısı Adil Əliyevin qəbuluna və xahişə gedən sakinlər “Sahil-S İnşaat” şirkətindən mənzil alan pay sahibləri olub. 165 ailəni təmsil edən bir qrup sakin icra başçısı Adil Əliyevin qəbuluna yazılıb və həftənin ilk iş günü də onunla görüşmək imkanına nail olublar. Söhbət o sakinlərdən gedir ki, yaşadıqları binanın problemləri Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın daim diqqətində olub, onun tapşırıqları və dəstəyi əsasında bir sıra problemlər həllini tapıb. Yəni binanın kommunal təchizatının (qaz, su, işıq və s.) təmin olunmasında hörmətli Mehriban xanımın xüsusi əməyi olub. Çünki sözügedən şirkətdən mənzil alan sakinlər dələduzluğun qurbanı olub və indiyə qədər də bu iş üzrə məhkəmə prosesi getməkdədir. Ona görə də dövlətin himayəsi nəticəsində sakinlərin bir çox çətinlikləri keçmişdə qalıb. Ancaq indiyə qədər binanın həyətinin və ətrafının abadlaşdırılması, yaşıllaşdırılması, park salınması, uşaqlar üçün stadion, sürüşkən və başqa oynamaq şəraiti yaradılması mümkün olmayıb. Çünki sakinlərin buna maddi gücü çatmayıb. Zərər çəkmiş insanlar öz daxili resursları hesabına ancaq onu edə biliblər ki, binaya liftlər alınıb və digər həyati əhəmiyyətli ehtiyaclar qarşılanıb. Bununla belə “Sahil S İnşaat” binasında neçə ildir ki, yaşayış olsa da, sakinlərin və uşaqların istirahəti, əyləncəsi üçün şərait yoxdur.

Anaxeber.info.az məlumat verir ki, iki il bundan əvvəl isə sakinlər Suraxanı rayon icra başçısı Adil Əliyevə müraciət edərək abadlaşma üçün köməklik göstərilməsini xahiş ediblər. O zaman hörmətli icra başçısı əraziyə gəlib və baxış keçirib, sakinlərə bildirib ki, İH-nə layihə təqdim etsinlər, binanın ətrafını necə görmək istədiklərini göstərsinlər. Həmin vaxt eskiz kimi bir layihə hazırlanıb və Suraxanı İH-nə təqdim olunub. Ancaq geridə qalan 2 il ərzində rayon rəhbərliyi heç bir addım atmayıb. Baxmayaraq ki, Adil Əliyev özü ərazidə olarkən vəziyyətlə tanış olmuşdu. Bu səbəbdən, iki il heç bir səs-səmir çıxmadığını görən sakinlər icra başçısının qəbuluna gedib və aprelin 6-da onunla görüşüb. Sakinləri dinləyən icra başçısı onlardan 1 ay vaxt istədiyini söyləyib. Lakin qəbul otağında olan Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Mais Məmmədov özünü icra başçısından və Prezidentdən, dövlətdən üstün bilərək ürəkbulandırıcı müdaxilələr edib. MKTB rəisi sakinlərə deyib ki, bəli, o vaxt əraziyə baxış keçirilib, vətəndaşlardan layihə istənilib, amma “səhv etmişik”. Yəni icra başçısının gözü qarşısında ona aid olmayan işlərə “burun soxan” Mais Məmmədov dövlətin, onun icra orqanı adından “səhv etmişik” deyərək sakinlərə yersiz cavab qaytarıb. Ümumiyyətlə, qəbul zamanı icra başçısı Adil Əliyev son dərəcə nəzakətli və praqmatik görünsə də, Suraxanıda etmədiyi qanunsuzluq qalmayan MKTB rəisi Mais Məmmədov bütün kobudluqlara yol verib. Halbuki onun nə Adil Əliyevin, nə dövlətin və nə də dövlət strukturu adından danışmağa ixtiyarı, icra başçısının yerinə “səhv etmişik” deməyə səlahiyyəti yoxdur. Üstəlik, “səhv etmişik” demək ən biabırçı sözdür ki, bir aşağı vəzifəli məmurun dilindən çıxır. Əslində, Mais Məmmədov düz deyib. Çünki özünün Suraxanı rayonunda düz əməli yoxdur, hamısı səhvdir. Rayonda küçələrin zibil içində olması, baxımsızlıq, zibil yeşiklərinin qoyulmaması göz deşir. Əslində, dövlət və onun müvafiq orqanları Mais Məmmədov daha hansı səhvləri edib deyə yoxlama aparmalıdır. Ancaq Adil Əliyevin adından danışması iki nəticə çıxarmağa əsas yaradır: ya Mais Məmmədov təkcə MKTB rəisi deyil, Suraxanı İH adından və başçının yerinə danışmaq səlahiyyəti verilib, ya da özünü icra başçısından üstün sayır. Hərçənd Adil Əliyev ondan fərqli olaraq sakinlərə deyib ki, 1 ay vaxt istəyir. İndi bina sakinləri ümid edir ki, icra başçısı MKTB rəisinin “səhv etmişik” deməsinin ardınca getməyəcək. Axı necə yəni səhv etmişik? Necə dövlətin və başçının adından belə demək olar? Hər halda, bu məsələnin müsbət həllinə ümid bəslənir. Sakinlərin isə istəyi böyük bir şey deyil, Suraxanı İH başçısının tapşırığı yetərlidir ki, qısa müddətdə binanın ətrafı abadlaşsın, park düzəldilsin, uşaqlara oynamağa şərait yaradılsın və onlar üçün yaya qədər bir sürpriz olsun. Necə ki hörmətli Mehriban Əliyeva bu binanın sakinlərini ümidsiz qoymayıb, Adil Əliyevin də eyni mövqedən çıxış edəcəyinə inam var. Mais Məmmədov isə gedib öz səhvlərini düzəltməyə başlasın, yoxsa sonra…

Anaxeber.info.az

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Sabirabadda Təhsil “Mafiyası”: Direktor Murad Dəmirovun Qanunsuzluqlarına Kim “Yaşıl İşıq” Yandırır? -FOTOFAKT
Next: ŞOK DƏLƏDUZLUQ: Bütün əməliyyatlar “Veranda” da planlaşdırılıb FOTO

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.