Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Elxan Nəcəfovun RÜŞVƏT TƏLƏBİ: Müəllimlər ETİRAZA QALXDI… – İTTİHAM VAR…
  • BAXIŞ BUCAĞI

Elxan Nəcəfovun RÜŞVƏT TƏLƏBİ: Müəllimlər ETİRAZA QALXDI… – İTTİHAM VAR…

admin 31.03.2026
elxan

Naxçıvanda bir qrup müəllim yerli təhsil nazirinə etiraz olaraq bəyanat yayıb. Onlar iddia edirlər ki, nazir daha çox rüşvət toplaya bilmək üçün Azərbaycan qanunlarına zidd qərarlar qəbul edir.
Söhbət ölkə üzrə 2027-ci ildə keçirilməsi planlaşdırılan sertifikasiya imtahanının Naxçıvanda bu il, həm də bir ay sonra keçiriləcəyi ilə bağlı qərarın elan edilməsindən gedir. Müəllimlər bu qısa zaman kəsiyində imtahana normal hazırlaşa bilməyəcəklərini deyirlər.
Onların fikrincə, məqsəd müəllimləri çətin vəziyyətə salmaq və bununla da imtahanlarda rüşvət tələb olunmasına zəmin yaratmaqdır.
Müəllimlər Gündəlik Naxçıvan vasitəsi ilə ictimaiyyətə müraciət edərək, ayrıseçkiliyin, eyni ölkədə fərqli yanaşmanın aradan qaldırılmasını tələb edirlər:
“Əgər Naxçıvan Azərbaycanın bir hissəsidirsə, niyə ölkə üzrə verilən qərarlar burada başqa cür tətbiq olunur? Yanvarın sonuna qədər hamı düşünürdü ki, imtahan 2027-də olacaq. Birdən deyirlər ki, bu il, aprel-mayda keçiriləcək. Bu qədər qısa vaxtda hazırlaşmaq mümkün deyil. Müəllim həm dərs keçir, həm yoxlamalar aparır, həm də ailəsinə vaxt ayırmalıdır.
Bizim istəyimiz sadədir – hamıya eyni qayda tətbiq olunsun və biz də digər bölgələrdəki müəllimlərlə eyni vaxtda imtahan verək. Azərbaycanın digər bölgələrində işləyən müəllimlər artıq bilir ki, 2027-ci ildə imtahan verəcəklər və ona uyğun plan qurublar. Biz də planımızı belə qurmuşduq. Lakin, indi bizə deyiblər ki, hazırlaşın, 1-2 ay ərzində olacaq imtahanlar. Eyni ölkədə bu cür fərqli yanaşma anlaşılmazdır və ədalətsiz görünür.”
Müəllimlər bildirir ki, imtahanın dərs ilinin ortasında keçirilməsi də əlavə problem yaradır:
“Adətən bu cür imtahanlar dərs ili bitəndən sonra olur. Amma indi ən gərgin vaxtda bunu gündəmə gətiriblər. Hər şey üst-üstə düşür. Bu qədər qısa vaxt verib sonra nəticə tələb etmək nə dərəcədə düzgündür? İnsan hazırlaşa bilmirsə, nəticə necə obyektiv olacaq? Biz imtahandan qaçmırıq. Sadəcə istəyirik ki, hamıya eyni yanaşma olsun.”
Müəllimlər bu qərarın arxasında gizli məqsədin durduğundan şübhələnirlər:
“Bizdə belə təəsürat yaranır ki, bunu etməkdə məqsədləri daha çox rüşvət yığmaq üçün şərait yaratmaqdır. Bu yolla dagha çox müəllimin imtahandan kəsilməsini, ikinci turda onlardan rüşvət tələb etmələri üçün zəmin yaradırlar.”(Gündəlik Naxçıvan)

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Doktor Davud” klinikasında “bozbaş həkim”lər çalışır – 6 min cərimələdilər…
Next: Məhkəmə qərarı var, amma icra yoxdur – vətəndaş Ədliyyə Nazirinə müraciət edir

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.