Skip to content
06.03.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Oftalmologiya kafedrasında dosent və tədris işləri üzrə müdir müavini Vəfa Məmmədova PREZİDENTƏ MÜRACİƏT ETDİ
  • GÜNDƏM

Oftalmologiya kafedrasında dosent və tədris işləri üzrə müdir müavini Vəfa Məmmədova PREZİDENTƏ MÜRACİƏT ETDİ

admin 10.02.2026
prezident

Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının tədris işləri üzrə müdir müavini, tibb üzrə fəlsəfə doktoru Vəfa Məmmədovanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci-VitsePrezident Mehriban xanım Əliyevaya ünvanladığı ərizəsi, universitetdəki daxili məsələlər və münaqişələrə dair ciddi iddiaları özündə əks etdirir. Ərizədə, Vəfa Məmmədova, kafedradakı rəhbərliklə yaşadığı anlaşılmazlıq və qanunsuz təzyiqlərlə bağlı məsələni ən yüksək orqanlara çatdırmağa qərar verdiyini bildirir.
Məmmədova, özünün iş yerində qarşılaşdığı təzyiqlər və əzablarla bağlı konkret iddialar irəli sürərək, universitetdəki daxili vəziyyətin və idarəetmənin qanunvericiliyə uyğunluğuna dair ciddi suallar ortaya qoyur. Müraciət, tibb sahəsindəki gənc kadrların inkişafına mane olan vəzifəli şəxslərin hərəkətlərinin ədalətə uyğunlaşdırılmasını tələb edir.
Vəfa Məmmədovanın təqdim etdiyi ərizə, yalnız şəxsi məsələlərə aid olmayıb, həm də təhsil və səhiyyə sahələrindəki mövcud strukturlara aid hüquqi və etik müzakirələrin başlanmasına səbəb ola bilər. Bu, həmçinin universitetdəki idarəetmə təcrübələrinin düzgünlüyünü qiymətləndirmək üçün ciddi bir addım sayılır.

VƏFA MƏMMƏDOVANIN MÜRACİƏTİNİ OLDUĞU KİMİ SİZLƏRƏ TƏQDİM EDİRİK:

Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyeva

Sürəti: Azərbaycanın Birinci-VitsePrezidenti
Mehriban xanım Əliyevaya

Bakı şəhəri Yasamal rayonu,Müzəffər Həsənov küç,ev103-də
yaşayan Məmmədova Vəfa Məmməd qızı tərəfindən

Ə R İ Z Ə

Hörmətli cənab Prezident, Əziz Mehriban xanım,

Mən Məmmədova Vəfa Məmməd qızı 1991-1997-ci illərdə Azərbaycan Tibb Universitetinin I müalicə profilaktika fakültəsini bitirmişəm. 1997-1998-ci illərdə 1 saylı şəhər Klinik Xəstəxanasında oftalmologiya üzrə internatura keçərək, həkim oftalmoloq ixtisasına yiyələnmişəm. Hazırda Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının tədris işləri üzrə müdir müavini vəzifəsində çalışıram. Tibb üzrə fəlsəfə doktoruyam.
1998-2000-ci illərdə Moskva Oftalmoloji Kliniki Xəstəxanasında çalışmış, Rusiya Tibb Elmlər Akademiyasının Moskva şəhəri N.F.Qamaleya adına Mikrobiologiya və Epidemiologiya İnstitutunda interferon öyrənilməsi şöbəsində və H.Helminos adına ETGX institutunun Virusologiya və İmmunologiya laboratoriyalarında elmi-tədqiqat işi aparmışam. Herpetik xarakterli xəstələrdə kliniki- immunoloji dəyişikliklər və onların korreksiyası mövzusunda (2001-2005) namizədlik dissertasiyasını müdafiə etmişəm.
Hazırda Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının dosenti, tədris işləri üzrə müdir müavini vəzifəsində çalışıram. 2018 -2021-ci illərdə qocalıq kataraktasının konservativ müalicəsinin yeni aspektləri (eksperimental-kilinik iş) mövzusu üzərində çalışmışam.
2008-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar ittifaqının “Şərəf” mükafatına layiq görülmüşəm.
Bildirmək istəyirəm ki, ATU-nun oftalmologiya kafedrasının müdiri Musayev Paşa İsmayıl oğlu heç bir tutarlı əsas olmadan mənim kafedranın tədris işləri üzrə müdir müavini vəzifəsindən öz xahişimlə çıxmağımı təkid edir. Hətta kafedranın əməkdaşlarına mənim artıq bu vəzifədən getdiyimi söyləyir. Bu qanunsuz təqib və təzyiqlər səhhətimdə problemlər yaratdığından hazırda həkim nəzarətində konservativ müalicə alıram. Rastlaşdığım haqsızlıq və ədalətsizliyə son qoyulması üçün son ümid yerim kimi Sizə kömək niyyəti ilə müraciət edirəm.
ATU-nun Oftalmologiya kafedrasının müdiri Musayev Paşa İsmayıl oğlu yaşı 70-i keçməsinə baxmayaraq Oftalmologiya kafedrasında digər gənc şəxslərin elmlə məşğul olmasına qısqanclıqla yanaşır. Onun konflikt yaşadığı gənc doktorant Pakizə Mehrəliyevanın elmi-tədqiqat işinin icrasına lehinə səs verdiyim üçün mənə qarşı qərəzli mövqeyi pik həddə çatıb. Çünki qızları – Aysel Qəlbinur tibb üzrə fəlsəfə doktoru, Ayan Qəlbinur kafedranın doktarantdır. Oğlu Tural Qəlbinur tibb elmləri doktoru, dosentidir. Tural Qəlbinur Oftalmologiya kafedranın dosentı olmasına baxmayaraq, ümumiyyətlə işə gəmir.
32 il ərzində haqqında söhbət açılan kafedrada doktorluq dissertasiya ərsəyə gəlməmişdir. 2021-ci ildə mənim də müraciətim rədd edilmişdir. Sanki kafedra Musayev Paşa İsmayıl oğlunun ailəsinin xüsusi mülkiyyətindədir.
Uzun illər ona yüksək hörmət və ehtiramla yanaşmağıma baxmayaraq, Paşa Qəlbinur əsassız yerə məni “saymazyana olmaqda” günahlandırır . Kabinetinin açıq qapısından belə icazə ilə daxil olduğum halda müxtəlif instansiyalarda, tədbirlərdə mən olmadığım yerdə şəxsiyyətimə qarşı nalayiq ifadələr işlədir, “məni saymır” deyir. Mənim haqqımda “gələcəkdə kafedra müdiri olmaq iddasındadır” şayiələrini yayır, qızı Aysel Qəlbinur isə mən olmayan yerlərdə kollektiv içərisində “satqın”, “xəyanətkar”, “çörəkitirən” və s. nalayiq ifadələr işlədir. Aysel Paşa qızı Qəlbinur kollektivdə nüfuz və hörmətimin olmasına qısqanclıqla yanaşaraq, bacardığı qədər dekanlıqda, bütün kolleqalar arasında məni pisləməyə, hörmətdən salmağa mənfi rəy yaratmağa çalışır. Ona qarşı kafedra daxili yayılan bütün söz-söhbətlərdə səbəb olaraq məni görür və əsassız iftira atır. Məsələn , Aysel Qəlbinur dosentlə də baş verən insidentdə də günahkar kimi məni görüb. Lakin, mən heç həmin hadisədə müşahidəçı belə olmamışam. Aysel Qəlbinur kafedrada 2 və ya daha artıq şəxsin bir-biri ilə mehriban davranmasını gördükdə elə bilir ki, Qəlbinurlar ailəsi üçün “qruplaşma”, “şəbəkə” yaradıblar. Özü ilə bərabər ailəsindən 4 nəfərin çalışdığı ATU-nin Oftalmologiya kafedrasında ailə özbaşınalığı davam edir, onlara heç bir təzyiq olmadığı halda onlar məni təzyiq altında saxlayırlar, fəaliyyətimdə məhdudiyyətlər yaradırlar. Sanki kafedranı “Qəlbinurlar” ailəsi “özəlləşdirib”. 74 yaşlı şəxsin kafedra müdiri işləməsi, 3 ailə üzvünün də onun tabeçiliyində çalışaraq, özbaşınalıqlar etməsi qanunvericiliyin tələblərinin kobud surətdə pozulmasından başqa bir şey deyil.
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində göstərilir ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.
7.3. Bu Qanunun 7.2-ci maddəsində göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda (qurumlarda) vəzifə tuta bilərlər.

AR Əmək Məcəlləsinin 10-cu maddəsində göstərilir ki, 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.
10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.
10-1.4. Bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.

10-1.5. Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.

10-1.6. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir.
10-1.7. Bu Məcəllənin 10-1.2-ci və ya 10-1.3-cü maddələrinə əsasən çalışma müddətinin uzadılması işəgötürənin əmri (qərarı, sərəncamı) ilə rəsmiləşdirilir. Bu halda, işçinin əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilməsinə və uzadılan müddətə müddətli əmək müqaviləsinin bağlanılmasına yol verilmir.

Qanunvericiliyin yuxarıda göstərilən tələbləri nədənsə “Qəlbinurlar” ailəsinin “təsir etmir”. Bunların ailəsi ona görə də alimlərin, peşəkar həkimlərin kafedrada çalışmasına, gənc kadrların yetişməsinə qısqanclıqla yanaşaraq, kollektivdə işləyən əməkdaşlar arasında nifaq salır, tibb elminin inkişafına süni əngəllər yaradırlar.

Mən 2016-cı ildə tədris hissə müdiri olunmuşam. Həmin dövrdən etibarən universitetimizdə hörmətli rektorumuz Gəray Gəraybəyli innovativ tibb təhsili proqramları ilə yeniliklər gətirmiş və mənə də bir kadr kimi gərəkli olan tövsiyə və məsləhətlər vermişdir. Mən də bunlara daim əməl etməyə, göstərilən etimadı doğrultmağa çalışmışam.

Bütün bunlara baxmayaraq Paşa Qəlbinur mənim vəzifə səlahiyyətlərimi kollektivdə məhdudlaşdırır, vəzifəsindən sui-istifadə edərək, prosedur qaydalarını pozaraq özünün iclasın sədri olmadığı hallarda, qaydaya görə mənə (tədris hissə müdirinə) həvalə etmək əvəzinə oğluna və digər həmkarlara həvalə edir. Mən isə hər zaman böyüyə hörmət prinsipini əsas tutaraq susqun qalmışam. Bu hərəkətlərə kafedramızın əməkdaşlarından da açıq şəkildə etirazını bildirənlər oldu. Hətta 2024-cü ilin Yeni il şənliyinin kollektivin işdən xaric saat 18:00 təşkil olunan tədbirə gedəcəyimizi bilən Paşa Musayev hər kəsə bir-bir zəng edərək, tədbirə getməməyi, hətta o barədə mənə məlumat verməməyi, mənə maddi ziyan vurmaq üçün təhriklər etmişdir.

Mənim tədris hissə müdiri kimi fəaliyyətim digərlərindən fərqli olaraq daha çətin və məşəqqətli olub. Çünki, kafedrada həm tədris hissə müdiri, həm müəllim, həm də preparator qismində olmuşam. Dərslər, mühazirələr fonunda tələb olunan sənədləri imzalatmaq problemli olub. Paşa Qəlbinur səhər işə 9:00-9:30-dan tez gəlməyərək 15:00-dək işdə olub gedir, halbuki, 16:00-dək işdə olmalıdır. İş saatlarında özəl klinikalara əməliyyatda gedir. 1 sənədi imzalatmaq üçün mütləq gündə bir neçə dəfə kabinetinin qapısında gözləməli olursan.
Mən vəzifədə işlədiyim müddət ərzində heç bir əməkdaşımıza qarşı ədalətsiz davranmamışam, hər zaman təmənnasız, heç bir xeyir güdmədən onların rifahını düşünmüşəm.
Hazırda oturduğum otağa belə qısqanclıqla yanaşılır. İşlədiyim müddət ərzində universitetimizin 3 istiqamətdəki prioritet məsələlərini elm, vətənpərvərlik və əxlaqi dəyərlərin aşılanması yolunda məndə Ulu Öndərin qurduğu, cənab Prezident İlham Əliyevin kursunu öz fəaliyyətimdə hər zaman rəhbər tuturam, müəllim, bir vətəndaş kimi dövlətimizə layıq olmağa çalışıram.
Hörmətli cənab Prezident, Əziz Mehriban xanım,

Müraciətimi nəzarətə götürməyinizi, Azərbaycan səhiyyəsini öz özəl əmlakı kimi idarə edərək özbaşınalıqlarla gənc kadrların oftalmologiya elminə axınını qısqanclıqla qarşısını alan 74 yaşlı Paşa Qəlbinurun mənə qarşı təqib və təzyiqlərinin qarşısını almağınızı Sizdən xahiş edirəm.
Hörmətlə,
Məmmədova Vəfa Məmməd qızı

“ 04 ” fevral 2026-cı il

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti – Açıq şəkildə saxtakarlıq/FOTOFAKT
Next: “Aristokrat” Tibb Mərkəzi sertifikatsız həkimlər çalışır-Rəsmi məlumat

OXŞAR MÖVZULAR

fidan-arakci
  • GÜNDƏM

Türkiyəyə raket atıldı, Fidan Arakçıya zəng etdi

admin 04.03.2026 0
tranp
  • GÜNDƏM

Trampdan müjdə: Təbrizin istəmədiyi layihəni rədd etdi

admin 04.03.2026 0
zaur
  • CƏMİYYƏT
  • GÜNDƏM

“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…

admin 04.03.2026 0

SON YAZILAR

fidan-arakci
GÜNDƏM

Türkiyəyə raket atıldı, Fidan Arakçıya zəng etdi

admin
04.03.2026 0
hava
CƏMİYYƏT

Növbəti 2 gün hava necə olacaq?

admin
04.03.2026 0
vens
DÜNYA

Vensin İranla bağlı susqunluğu suallar yaradır – KİV

admin
04.03.2026 0
serencam
SİYASƏT

Prezident onlara xüsusi təqaüdlər verdi

admin
04.03.2026 0

Bütün yazılar

fidan-arakci
  • GÜNDƏM

Türkiyəyə raket atıldı, Fidan Arakçıya zəng etdi

admin 04.03.2026 0
hava
  • CƏMİYYƏT

Növbəti 2 gün hava necə olacaq?

admin 04.03.2026 0
vens
  • DÜNYA

Vensin İranla bağlı susqunluğu suallar yaradır – KİV

admin 04.03.2026 0
serencam
  • SİYASƏT

Prezident onlara xüsusi təqaüdlər verdi

admin 04.03.2026 0
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.