Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti – Açıq şəkildə saxtakarlıq/FOTOFAKT
  • CƏMİYYƏT

Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti – Açıq şəkildə saxtakarlıq/FOTOFAKT

admin 10.02.2026
qıda

İctimai şura kimi kiçik, amma prinsipial bir mexanizmdə belə qanunun tapdanması nəzarətsizliyin və məsuliyyətsizliyin göstəricisidir

Redaksiyamıza Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında yeni İctimai Şuranın formalaşdırılması ilə bağlı maraqlı məlumatlar daxil olub. Məlumatlarda proses “seçki” kimi təqdim edilsə də, açıqlanan faktlar bu ifadənin hüquqi və məzmun baxımından nə dərəcədə əsaslı olduğu sualını doğurur. Bu yazıda mövcud məlumatları, qanunvericiliyin tələblərini və ortaya çıxan ziddiyyətləri ictimailəşdirməyə çalışacağıq.

İctimai şuraların hüquqi mahiyyəti

Azərbaycan Respublikasının “İctimai iştirakçılıq haqqında” Qanununa görə, İctimai Şura dövlət orqanlarının yanında fəaliyyət göstərən və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən formalaşan məşvərətçi orqandır. Qanunda vətəndaş cəmiyyəti institutları kimi qeyri-hökumət təşkilatları, həmkarlar ittifaqları, siyasi partiyalar, müstəqil media və digər müstəqil ictimai birliklər nəzərdə tutulur.

Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/FOTOFAKT

Bu tərifdən açıq şəkildə görünür ki, dövlətə məxsus, büdcədən maliyyələşən və mərkəzi icra hakimiyyətindən asılı olan qurumlar vətəndaş cəmiyyəti institutu sayılmır.

Seçkinin tərkibi: qanunla ziddiyyət

Qida Təhlükəsizliyi Agentliyi yanında formalaşdırılan 7 nəfərlik İctimai Şuranın tərkibinə baxdıqda, üzvlərdən 3-nün dövlət ali məktəblərini təmsil etdiyi məlum olur. Söhbət Azərbaycan Diplomatiya Akademiyasından (ADA), Dövlət İqtisad Universitetindən və Tibb Universitetindən gedir. Dediklərimizi Qida Təhlükəsizliyi Agentliyinin rəsmi saytında yerləşdirilmiş xəbər və İctimai Şuranın tərkibinə dair çıxarışlarla təqdim edirik (fotoçıxarışlar əlavə olunur).

Bu ali məktəblər dövlət büdcəsindən maliyyələşən, rəhbərliyi icra hakimiyyəti sisteminə daxil olan hüquqi şəxslərdir. Onların nümayəndələrinin “ictimai nəzarətçi” statusu ilə təqdim edilməsi qanunun məzmunu ilə uzlaşmır və İctimai Şuranın əsas ideyasını – müstəqil ictimai nəzarəti – formal xarakterə endirir.

Prosesin özü: seçki, yoxsa siyahı üzrə formalaşma?

Araşdırma zamanı diqqət çəkən daha bir məqam prosesin keçirilmə formasıdır. Yenixeber.org-a ötürülən məlumata görə, cəmi 7 namizəd irəli sürülüb və həmin 7 nəfərin hamısı seçilib. Alternativ namizədlərin, real rəqabətin və açıq müzakirənin olmaması bu prosesi klassik mənada seçki adlandırmağı çətinləşdirir.

Aidiyyəti sahədə uzun illər fəaliyyət göstərən QHT-lərin prosesdən kənarda qalması, namizəd irəli sürmək imkanlarının faktiki olaraq məhdudlaşdırılması İctimai Şuranın vətəndaş cəmiyyətinə açıq platforma deyil, qapalı struktur kimi formalaşdırıldığı təəssüratını yaradır.

İddialar və cavabsız suallar

Mediada və ictimai müzakirələrdə daha ciddi iddialar da səsləndirilir. Bildirilir ki, səsvermədə real QHT nümayəndələri deyil, formal olaraq hər hansı QHT-nin nümayəndəsi kimi kənar şəxslər iştirak edib. Bu iddialar indiyə qədər rəsmi şəkildə təkzib olunmayıb. Əgər deyilənlər doğrudursa, bu, artıq təkcə prosedur pozuntusu yox, proseslərin açıq şəkildə saxtalaşdırılması deməkdir.

Sistemli problem

Qida Təhlükəsizliyi Agentliyində baş verənlər təcrid olunmuş hadisə kimi görünmür. Oxşar hallar daha əvvəl müxtəlif dövlət qurumları yanında yaradılan ictimai şuralarda da müşahidə edilib. Hər dəfə qanun pozuntuları ilə bağlı suallar ortaya çıxsa da, məsuliyyət daşıyan, açıqlama verən və ya nəticə çıxaran olmayıb.

Bu məsələ artıq təkcə bir qurumun problemi deyil. İctimai şura kimi kiçik, amma prinsipial bir mexanizmdə belə qanunun tapdanması nəzarətsizliyin və məsuliyyətsizliyin göstəricisidir. İctimai şuralar dekorativ vitrinə çevrildikcə, “ictimai nəzarət” anlayışı da məzmununu itirir.

Qanuna hörmətin bu cür aşınması təsadüf yox, sistemli problemdir.(Yenixeber.org)

Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Deputatlar 12 məsələnin müzakirəsinə TOPLAŞIRLAR
Next: Oftalmologiya kafedrasında dosent və tədris işləri üzrə müdir müavini Vəfa Məmmədova PREZİDENTƏ MÜRACİƏT ETDİ

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.