Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Quba-Xaçmaz Təhsil İdarəsində “ölü canlar”, qeyri-rəsmi sektorlar və cavabsız suallar FOTO
  • ARAŞDIRMA

Quba-Xaçmaz Təhsil İdarəsində “ölü canlar”, qeyri-rəsmi sektorlar və cavabsız suallar FOTO

admin 08.02.2026
xacmaz2

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba şəhər 10 nömrəli körpələr evi-uşaq baxçasında 2023-cü ildə aparılan yoxlamalar zamanı ciddi nöqsanlar aşkarlandığı bildirilmiş, nəticədə müəssisənin müdiri olmuş Poladova Gülnar Mövlan qızı regional idarə tərəfindən vəzifəsindən azad edilmişdi.

Lakin məsələ bununla bitmir.

Redaksiyamıza daxil olan məlumatlara görə, Gülnar Poladova bir müddət sonra Quba rayonu Ədalət Nöhbalayev adına Söhüb kənd ümumi orta məktəbinə “Uşaq birliyi təşkilatı rəhbəri” (UBR) vəzifəsinə müddətli əmək müqaviləsi ilə işə götürülüb. İddia olunur ki, bu işə qəbul Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Maliyyə-iqtisad sektorunun əməkdaşı Ruslan Rzayevin köməkliyi və tapşırığı ilə həyata keçirilib.
Ancaq burada da ziddiyyətli məqamlar bitmir.

UBR olub, amma məktəbdə yoxdur?

Məlumatlarda bildirilir ki, Gülnar Poladova sənədlərdə Söhüb kənd məktəbində UBR kimi göstərilsə də, faktiki olaraq həmin məktəbdə fəaliyyət göstərmir. Əvəzində onun hazırda Quba-Xaçmaz Regional Təhsil İdarəsində “məsləhətçi” kimi çalışdığı, əsasən isə işə qəbul üçün təqdim olunan ərizələrin toplanması və qəbulu ilə məşğul olduğu iddia olunur.

Bu hal bir tərəfdən məktəbdə faktiki çalışmayan işçi – yəni “ölü can” saxlanılması, digər tərəfdən isə Regional Təhsil İdarəsində rəsmi statusu olmayan şəxsin faktiki fəaliyyət göstərməsi ehtimalını gündəmə gətirir.

Qeyri-rəsmi sektor, rəsmi səlahiyyət?

Redaksiyamıza daxil olan daha bir ciddi iddiaya görə, Ruslan Rzayev rəsmi olaraq Maliyyə-iqtisad sektorunun əməkdaşı olsa da, faktiki olaraq özünə məxsus qeyri-rəsmi “şəxsi sektor” formalaşdırıb və bu strukturu ayrıca bir idarəetmə mexanizmi kimi həyata keçirir. Bildirilir ki, Regional Təhsil İdarəsinin müxtəlif sektorlarında Ruslan Rzayevə birbaşa tabe olan əməkdaşlar mövcuddur.

Xatırladaq ki, əvvəlki yazılarımızda da Tədrisin keyfiyyətinə nəzarət sektorunun əməkdaşı Səadət Hüseynovanın qeyri-rəsmi uşaq bağçalarına və körpələr evlərinə nəzarət etdiyi iddiaları yer almışdı. Məlumatlara əsasən, Səadət Hüseynova faktiki olaraq Tədrisin keyfiyyətinə nəzarət sektorunun deyil, Ruslan Rzayevin formalaşdırdığı qeyri-rəsmi şəxsi strukturun əməkdaşı kimi fəaliyyət göstərir. Eyni zamanda, Gülnar Poladovanın da sözügedən qeyri-rəsmi sektorun əməkdaşlarından biri olduğu bildirilir.

Ərizələri kim və hansı səlahiyyətlə toplayır?

Daxil olan məlumatlara görə, işə qəbul üçün ərizələrin toplanması prosesi də Ruslan Rzayevin tapşırığı ilə həyata keçirilir. Halbuki Maliyyə-iqtisad sektorunda çalışan bir şəxsin kadr məsələlərinə bu səviyyədə müdaxilə etməsi ciddi suallar doğurur:

Bu səlahiyyət Ruslan Rzayevə kim tərəfindən və hansı hüquqi əsasla verilib?

Quba-Xaçmaz Regional Təhsil İdarəsində rəsmi idarəetmə strukturları mövcuddurmu, yoxsa proseslər qeyri-rəsmi “şəxsi sektorlar” vasitəsilə tənzimlənir?

Nöqsanlara görə işdən azad edilən şəxs hansı əsaslarla yenidən sistemə qaytarılıb?

Qeyd olunan iddialarla bağlı Bakunews.az tərəfindən Quba-Xaçmaz Regional Təhsil İdarəsinə rəsmi sorğu ünvanlansa da, indiyə qədər sorğuya hər hansı cavab verilməyib. Halbuki “KİV haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət qurumlarını media subyektlərinin sorğularını qanunla müəyyən edilmiş müddətdə cavablandırmağa borclu edir.

Quba-Xaçmaz Regional Təhsil İdarəsində baş verənlər adi nəzarətsizlikdir, yoxsa sistemli və məqsədli idarəetmə modelidir?

Bakunews.az olaraq mövzunu diqqətdə saxlayır, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 603 73 77
Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Putindən ABŞ-a 12 trilyon dollarlıq gizli təklif – Heyrətamiz
Next: Saleh Məmmədovdan sonra növbəti AYNA rəhbərliyidir – Anar Rzayev də gedəcək ​​​​​​​

OXŞAR MÖVZULAR

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1f74a5c3f621ce90fb511cc12ba176cf
  • ARAŞDIRMA

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

admin 15.07.2026
94076e9e1f2713c67529c07b1322c710
  • ARAŞDIRMA

Pirverdiyevin adamı hakim qarşısında – 3 milyonluq iş

admin 14.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.