Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Saleh Məmmədovdan sonra növbəti AYNA rəhbərliyidir – Anar Rzayev də gedəcək ​​​​​​​
  • CƏMİYYƏT

Saleh Məmmədovdan sonra növbəti AYNA rəhbərliyidir – Anar Rzayev də gedəcək ​​​​​​​

admin 08.02.2026
ayna

Ötən gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov vəzifədən azad edilib. Uzun illər bu postda qalan Saleh Məmmədovun fəaliyyəti dövründə agentliyin işi cəmiyyət tərəfindən ciddi tənqid olunurdu.

Xüsusilə paytaxt Bakının kənd və qəsəbə yollarının uzun illər baxımsız vəziyyətdə qalması, bəzi ərazilərdə yolların ümumiyyətlə təmir edilməməsi, regionlarda isə bərbad yol infrastrukturu və artan narazılıqlar onun vəzifədən uzaqlaşdırılmasını qaçılmaz edib. Müşahidəçilərin fikrincə, məhz bu problemlər Saleh Məmmədovun gedişi üçün əsas zəmin yaradıb.

Bütün bunların fonunda Bizimesr.az-a daxil olan məlumata görə, fəaliyyəti vətəndaş narazılığına səbəb olan məmurların vəzifədən uzaqlaşdırılması prosesi davam edəcək. Mənbə bildirir ki, hakimiyyət strukturlarında kadr islahatları növbəti, yeni mərhələyə qədəm qoyub.

Növbəti dəyişiklik AYNA-da…

Bu proses çərçivəsində növbəti kadr dəyişikliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) baş verə biləcəyi bildirilir. Vətəndaşların ciddi narazılığı ilə üzləşən agentliyin sədri Anar Rzayevin fəaliyyəti cəmiyyətdə geniş müzakirə olunur və qəbul edilmir.

Parking xidmətlərində yaranan problemlər, avtobus marşrutlarında nizamsızlıq, nəqliyyat sistemində davamlı xaos və gündəlik artan şikayətlər AYNA-nın fəaliyyətini daim gündəmdə saxlayır. Vətəndaşlar həm xidmət keyfiyyətindən, həm də tətbiq edilən ödəniş mexanizmlərindən narazıdırlar.

Milyonlar ayrılır, narazılıq azalmaq bilmir

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025 – 2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunan dəyirmi masa

Son bir il ərzində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyəti və sədr Anar Rzayevlə bağlı minlərlə narahatedici məlumat ictimai müzakirəyə çıxarılıb. Dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılan, eyni zamanda hər gün vətəndaş ödənişləri hesabına büdcəsini formalaşdıran Agentliyin bu vəsaiti real xidmətin yaxşılaşdırılmasına yönəltmədiyi görünür.

Mənbələrin bildirdiyinə görə, ayrılan vəsaitlərin bir hissəsi xidmət keyfiyyətinə deyil, rəhbərliyin və yaxın ətrafın yüksək əmək haqları və imtiyazlarına sərf edilir. Son yayılan məlumatlara əsasən, AYNA sədri Anar Rzayevin aylıq əmək haqqısının təxminən 20 min manata yaxın olduğu bildirildi. Bu məbləğ Azərbaycanda uzun illər dövlətə xidmət etmiş bir çox yüksək vəzifəli şəxslərin əmək haqqısından bir neçə dəfə artıqdır.

Hakimiyyətin mövqeyi sərtləşir

Müşahidəçilərin fikrincə, ictimai narazılığın bu həddə çatması fonunda yaxın vaxtlarda hakimiyyətin Anar Rzayevlə də yollarını ayıra biləcəyi istisna edilmir. Kadr islahatlarının əsas məqsədinin vətəndaş məmnunluğunun təmin edilməsi və məsuliyyətsiz idarəçiliyin qarşısının alınması olduğu vurğulanır.

Səslənən iddialara qarşı tərəfin mövqeyi açıqdır.

Bizimesr.az

 

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Quba-Xaçmaz Təhsil İdarəsində “ölü canlar”, qeyri-rəsmi sektorlar və cavabsız suallar FOTO
Next: “Böyük Dəbilqə”: Azərbaycanın 5 cüdoçusu mübarizəyə qoşulacaq

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.