Skip to content
24.04.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Nəsirzadə Əliyevlə görüşdə açıq dedi: Pezeşkian göndərib!
  • GÜNDƏM

Nəsirzadə Əliyevlə görüşdə açıq dedi: Pezeşkian göndərib!

admin 07.02.2026
ezizıan

İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin Azərbaycana səfəri iki kontekstdə xüsusi əhəmiyyət kəsb edir.

Birincisi, səfərin ABŞ-İran danışıqlarının başlandığı gün reallaşmasıdır.

Bu, təkcə Vaşinqtonla qarşıdurma yaşayan Tehranın regional müstəvidə təhlükəsizlik arayışından yox, eyni zamanda, Bakının mümkün vasitəçiliyindən də qaynaqlana bilər. İstisna deyil ki, ABŞ-la danışıqlar masasına əyləşən İran İsraillə də arxa fonda müəyyən təmasları qurub, yaxud qurmaq niyyətindədir. Daha öncə Rusiyanın İran-İsrail xəttində müəyyən təmaslar qurduğu haqda informasiyalar yayılmışdı. Hazırda Bakının Tehran-Təl-Əviv xəttində diplomatik körpü yaratdığı ehtimalı görünür və ya İranın Azərbaycandan belə istəkləri var.

İkincisi, Əziz Nəsirzadənin Prezident İlham Əliyevlə görüşdə “Pezeşkianın göstərişi ilə səfərə gəldiyini” vurğulamasıdır.

Bu detal Bakı-Tehran xəttində iki məsələni ön plana çıxarır.

– Pezeşkian Bakı ilə təmasları sıxlaşdırmaqla İranda mühafizəkar qanadın Azərbaycanı hədəf seçməsinin qarşısına sədd çəkir. Nəsirzadənin qəbulda “Prezident Pezeşkian Azərbaycana böyük təəssübkeşlik nümayiş etdirir” ifadəsi bu baxımdan, maraq kəsb edir.

– Bakının Tehran-Təl-Əviv xəttində mümkün təmaslar qurması, yaxud belə bir təklif İranda Pezeşkianın komandasının təşəbbüsüdür. Mümkündür ki, ABŞ-ın hərbi müdaxiləsinin qarşısını almaq məqsədilə müxtəlif diplomatik kanallarla işləyən İran rəhbərliyində Pezeşkian Əliyev xəttindən istifadə etmək missiyasını üzərinə götürüb. Prezident İlham Əliyev Pezeşkianla telefon səhbətində “gərginliyin aradan qaldırılmasına töhfə verməy hazır olduğunu” demişdi. Bu zəngdən sonra və məhz Omanda danışıqların başlandığı gün Pezeşkianın Nəsirzadəni Bakıya göndərməsini belə oxuya bilərik.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Britaniya İranla bağlı Kiprə 6 ədəd F-35B göndərdi
Next: Xaçmaz RMX-də bülleten qalmaqalı: Xəstə müalicə alıb, əmək haqqı 4 aydır ödənilmir – VİDEO

OXŞAR MÖVZULAR

1776945492_1
  • ARAŞDIRMA
  • GÜNDƏM

Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb – TƏFƏRRÜAT

admin 23.04.2026 0
1776858191_2025-01-14-12-35-12qum4rl3udz5axikqs4cm_file
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

530 manatlıq analizə görə pasienti klinikadan qovdular – “Funda” hospitaldan ŞİKAYƏT

admin 23.04.2026 0
1776846438_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyatları daha kimlər edir? -Videofaktlar

admin 23.04.2026 0

SON YAZILAR

1776945492_1
ARAŞDIRMA GÜNDƏM

Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb – TƏFƏRRÜAT

admin
23.04.2026 0
1776948902_ekran-kli-2026-04-23-165137
DÜNYA

ABŞ İran nefti daşıyan tankeri ələ keçirib

admin
23.04.2026 0
1776950128_ekran-shekli-2026-04-23-171421
ÖLKƏ

Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? – NƏ BAŞ VERİR?

admin
23.04.2026 0
1776950841_ekran-kli-2026-04-23-172049
CƏMİYYƏT

Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

admin
23.04.2026 0

Bütün yazılar

1776945492_1
  • ARAŞDIRMA
  • GÜNDƏM

Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb – TƏFƏRRÜAT

admin 23.04.2026 0
1776948902_ekran-kli-2026-04-23-165137
  • DÜNYA

ABŞ İran nefti daşıyan tankeri ələ keçirib

admin 23.04.2026 0
1776950128_ekran-shekli-2026-04-23-171421
  • ÖLKƏ

Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? – NƏ BAŞ VERİR?

admin 23.04.2026 0
1776950841_ekran-kli-2026-04-23-172049
  • CƏMİYYƏT

Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

admin 23.04.2026 0
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.