Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Xaçmaz RMX-də bülleten qalmaqalı: Xəstə müalicə alıb, əmək haqqı 4 aydır ödənilmir – VİDEO
  • ARAŞDIRMA
  • Uncategorized

Xaçmaz RMX-də bülleten qalmaqalı: Xəstə müalicə alıb, əmək haqqı 4 aydır ödənilmir – VİDEO

admin 07.02.2026
xacmaz

Xaçmaz rayon sakini Rəhmani Nəsirov ciddi iddia ilə çıxış edib. Onun sözlərinə görə, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında (RMX) 10 oktyabr 2025-ci il tarixdə stasionar müalicə almasına baxmayaraq, ona məxsus əmək qabiliyyətsizlik vərəqəsi (bülleten) yalnız 11 oktyabr 2025-ci il tarixində açılıb.

Bu uyğunsuzluq nəticəsində Rəhmani Nəsirovun işlədiyi Su Ehtiyatları Agentliyinin Xaçmaz Su İstismarı İdarəsi tərəfindən əmək haqqı bu günədək — 6 fevral 2026-cı il tarixinə qədər ödənilməyib.

Şikayətçi bildirir ki, yaranmış vəziyyətin əsas səbəbkarı Xaçmaz RMX-nin baş həkimi Əhməd Əhmədovun səhlənkarlığıdır. Onun sözlərinə görə, bülletenlərin açılması və buna nəzarət birbaşa baş həkimin səlahiyyətindədir.

Rəhmani Nəsirov xəstəxanada çəkdiyi videogörüntüləri də redaksiyamıza təqdim edib. Həmin görüntülərdə baş həkim Əhməd Əhmədovun iş yerində olmadığı açıq-aydın görünür. Videoda yer alan otağın məhz baş həkimə aid olduğu müşahidə edilir.

Eyni görüntülərdə, otaqda səs tonunu qaldırdığı iddia edilən həkimin isə hazırda heç bir rəsmi əmr olmadan Keyfiyyətə Nəzarət şöbəsinin müdiri kimi fəaliyyət göstərdiyi bildirilən Günay Balaqadoşova olduğu iddia olunur. Qeyd edək ki, Günay Balaqadoşovanın Xaçmaz rayon YAP sədri Məhəmməd Balaqadoşun gəlini olduğu da iddialar arasındadır.

Maraqlı məqamlardan biri də odur ki, videoda Xaçmaz RMX-nin baş həkimi kimi Səyyaf Tağıyevin adı çəkilir. Lakin faktiki olaraq Səyyaf Tağıyev xəstəxananın direktorudur, baş həkim vəzifəsini isə Əhməd Əhmədov icra edir. Videodan da görünür ki, çəkiliş aparılan otaq məhz Əhməd Əhmədova məxsus iş otağıdır.

Qeyd edək ki, əmək qabiliyyətsizlik vərəqələrinin düzgün və vaxtında açılması həm vətəndaşın sosial təminatı, həm də əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür uyğunsuzluqlar isə birbaşa vətəndaşın maddi vəziyyətinə təsir göstərir.

Bakunews.az olaraq qarşı tərəfin — Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.

Həmin videogörüntüləri oxucularımıza təqdim edirik.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 603 73 77
Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Nəsirzadə Əliyevlə görüşdə açıq dedi: Pezeşkian göndərib!
Next: Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

OXŞAR MÖVZULAR

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
sex_(7)
  • Uncategorized

Bakıda yanğın təhlükəsizliyi tələblərini pozan sexin fəaliyyəti dayandırıldı – VİDEO/FOTO

admin 16.07.2026
1f74a5c3f621ce90fb511cc12ba176cf
  • ARAŞDIRMA

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

admin 15.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.