Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?
  • GÜNDƏM

Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?

admin 30.01.2026
iran-tehran

Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Arakçı ilə telefon danışığında Azərbaycanın hava məkanı və ya ərazisinin İrana qarşı hərbi əməliyyatlar aparılması üçün istifadə edilməyəcəyini bildirdi. Rəsmi Bakının Tehrana bunu izah etməsi zərurəti İranda ortaya atılan iddialardan qaynaqlanır.

İran beynəlxalq müstəvidə təzyiq dalğası ilə üzləşəndə Tehranda müəyyən dairələrin – mühafizəkar qanada bağlı ekspert və media resurslarının Azərbaycanı hədəfə alması ənənəsi mövcuddur. Bu ittihamlar/iddialar adətən iki məqsədə xidmət edir.

1. Güneyli soydaşlarımız arasında Azərbaycanın “düşmən obrazını” formalaşdırmaq;

2. Diqqəti İran rejiminin üzə çıxan zəifliklərindən yayındırmaq.

İran ətrafında mühasirənin daralması və hərbi müdaxilə ssenarisinin aktuallaşması fonunda Azərbaycana qarşı ittihamlar – İsrailə dəstək verilməsi, mümkün müharibədə platforma olması kimi ənənəvi iddialar – yenidən gündəmə gəlib, lakin bu dəfə daha açıq təhdidlərlə. Daha öncə “Bakı Tehrana hücumda iştirak edir” iddiaları əsas tezis kimi istifadə olunurdusa, bu dəfə Azərbaycanı hədəfə almaqdan bəhs olunur, xüsusilə enerji infrastrukturlarının vurulması çağırışları edilir. Bakıya qarşı ittiham/iddia kampaniyasının hədə mərhələsinə keçidi 12 günlük müharibədən sonra genişlənib. Enerji infrastrukturunun vurulması tezisi də Azərbaycana düşmən mövqeyi ilə tanınan iranlı ekspert Əhməd Kazıminin dili ilə gündəmə gətirildi.

– “Azərbaycan 12 günlük müharibədə İrana hücumda iştirak edib”;

– “İsrailə “neft satan” Azərbaycanın enerji strukturları qanuni hədəfdir”;

– “Azərbaycanın enerji infrastrukturunu vurmaq Hörmüz boğazını bağlamaqdan daha effektivdir” və s;

Kazıminin tezisləri İranın müxtəlif “ekspertləri” və media orqanları tərəfindən yenidən təkrarlanır, həmçinin “Azərbaycan 12 günlük müharibədə olduğu kimi, yenə İsrail üçün platforma olacaq” formasında inkişaf etdirilir.

Bu iddialar/ittihamlar xüsusilə İsrailin xarici işlər naziri Gideon Saarın Bakıya səfəri fonunda gündəmə gəldi, halbuki eyni ərəfədə İran XİN rəhbərinin müavini Vahid Cəlalzadə də Azərbaycana səfər etdi və israilli nazirdən fərqli olaraq, təhdid dolu xəbərdarlıq səsləndirdi. Cəlalzadənin Bakıda verdiyi bəyanatlara reaksiya verilməsə də, İran səfirliyinin Saarın səfəri haqda dedikləri Tehranın “təhdid dili”ni işə saldığının nümunələrindən biri hesab oluna bilər.

İttiham/iddialar indiyə qədər daha çox İran ictimai rəyinə hesablanırdısa, mövcud situasiyada məqsəd fərqli görünür: ritorikanın praktiki müstəvidə tətbiqi imkanları məhdud olsa da, Azərbaycanın enerji infrastrukturunun hədəf kimi göstərilməsi ilə həm Avropanın enerji təhlükəsizliyini, həm neft-qaz sektorunda xarici investorların təmsil etdikləri ölkələri təhdid edir, həm də region ölkələrinə “müharibənin arealı yayıla bilər” mesajını verirlər; bununla ABŞ-ın mümkün hərbi müdaxiləsinə qarşı “məcburi əks-mövqe”ni genişləndirməyə, Vaşinqtonun qərarına kənar təsirləri artırmağa çalışırlar;

Bu kontekstdə rəsmi Bakının Tehrana verdiyi “Azərbaycan platforma olmayacaq” mesajı İranda ortaya atılan iddialardan və təhdidlərdən imtina edilməsi ilə bağlı xəbərdarlıq, eyni zamanda, qonşuluq prinsiplərinə sadiqliyini nümayiş etdirməkdir. Bunu Pezeşkianın komandasına izah etmək mümkündür, lakin mühafizəkar qanadın Azərbaycana qarşı ənənəvi ritorikasını dəyişmək çətin görünür.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: ABŞ cəmi 4 hədəfi vurmaqla İranı iflic edə bilər
Next: Quba-Xaçmaz Regional Təhsil İdarəsində “imtahansız rəhbərlik” modeli – keçə bilməyənlər necə rəhbər olur?

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.