Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Quba-Xaçmaz Regional Təhsil İdarəsində “imtahansız rəhbərlik” modeli – keçə bilməyənlər necə rəhbər olur?
  • CƏMİYYƏT

Quba-Xaçmaz Regional Təhsil İdarəsində “imtahansız rəhbərlik” modeli – keçə bilməyənlər necə rəhbər olur?

admin 31.01.2026
fıket

Quba-Xaçmaz Regional Təhsil İdarəsində maraqlı, bir az da düşündürücü bir mənzərə yaranıb. Dövlət qulluğu vəzifəsi hesab olunan sektor müdirliyi postlarını tutan şəxslərin əhəmiyyətli hissəsi… dövlət qulluğundan keçməyib. Yəni nə müsabiqə, nə keçid balı, nə də Dövlət İmtahan Mərkəzinin verdiyi sertifikat var. Amma vəzifə var, kabinet var, səlahiyyət var.

Halbuki mövcud qanunvericilik açıq deyir: regional təhsil idarələrinin tabeliyində olan sektor müdirləri vəzifələri vakansiyaya çıxarılmalı, DİM-in təşkil etdiyi dövlət qulluğu imtahanlarından uğurla keçmiş (minimum 65 bal) namizədlər arasında müsahibə yolu ilə təyinat aparılmalıdır. Kağız üzərində hər şey qaydasındadır. Reallıqda isə…

Quba-Xaçmaz Regional Təhsil İdarəsində bu qaydalar sanki “tövsiyə xarakterli” qəbul olunur. Hazırda aşağıdakı sektor müdirləri dövlət qulluğundan keçmədən, müqavilə əsasında dövlət qulluğu vəzifələrini icra edirlər:

İnzibati Təşkilat sektorunun müdiri – Fikrət Heybətov

Tədrisin Keyfiyyəti sektorunun müdiri – Aynurə Dadaşova

Maliyyə sektorunun müdiri – Aqil Ağayev

Quba təhsil sektorunun müdiri – Pərviz Nurməmmədov

Qusar təhsil sektorunun müdiri – Nairə Kliçova

Siyəzən təhsil sektorunun müdiri – Elşad Sultanov

Xüsusilə İnzibati Təşkilat sektorunun müdiri Fikrət Heybətovun adı bu siyahıda ayrıca diqqət çəkir. Məlumata görə, o, dəfələrlə dövlət qulluğu imtahanlarında iştirak etsə də, tələb olunan keçid balını – 65 balı – toplaya bilməyib. Amma nədənsə bu, onun region üzrə işə qəbul, kadr məsələləri və digər strateji qərarların verildiyi sektora rəhbərlik etməsinə mane olmayıb.

Bu yerdə istər-istəməz mərhum Habil Əliyevin məşhur sözü yada düşür. Deyilənə görə, bir musiqiçi ona yaxınlaşıb mükafat aldığını deyəndə, Habil müəllim belə cavab verib:
“Yaxşı, tutaq ki, verdilər. Bəs sənin abrın yoxdur? Utanmadın o mükafatı alanda?”

Sual yerindədir. Diaqnostik qiymətləndirmədə ixtisası üzrə cəmi 13 bal toplamış bir kadrın region üçün strateji əhəmiyyət daşıyan vəzifəyə gətirilməsi zamanı hansı meyarlar əsas götürülüb? Bilik, bacarıq və nəticə deyilsə, bəs nə?

İşin ironik tərəfi isə budur: Quba-Xaçmaz Regional Təhsil İdarəsində sektor müdirlərinin əksəriyyəti dövlət qulluğundan keçə bilmədiyi halda, həmin sektorların əməkdaşlarının demək olar ki, hamısı dövlət qulluğu imtahanlarından keçmiş şəxslərdir. Yəni imtahanı keçə bilməyən rəhbərlik edir, imtahanı keçən tabeliyində işləyir.

Bu halda təbii sual yaranır:
Dövlət qulluğundan keçə bilməyən şəxslərin dövlət qulluğundan keçmiş əməkdaşlara rəhbərlik etməsi nə dərəcədə ədalətli və qanunauyğundur?

Mövzu ilə bağlı Bakunews.az tərəfindən Elm və Təhsil Nazirliyinə rəsmi sorğu göndərilsə də, indiyədək hər hansı açıqlama verilməyib. Sükut isə sualları azaltmır, əksinə, daha da artırır.

Görünür, Quba-Xaçmaz Regional Təhsil İdarəsində dövlət qulluğu imtahanı bəziləri üçün keçilməli mərhələ, bəziləri üçün isə sadəcə statistika olaraq qalır.

Bakunews.az mövzunu diqqətdə saxlayacaq.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?
Next: Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.