Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Suriyanın şimalında silahlar susur: Türkiyə prosesləri izləyir, İsrail riskləri ölçür – TƏHLİL
  • ARAŞDIRMA

Suriyanın şimalında silahlar susur: Türkiyə prosesləri izləyir, İsrail riskləri ölçür – TƏHLİL

admin 27.01.2026
suiya

Suriyanın şimalında son aylarda müşahidə olunan proseslər klassik hərbi qarşıdurma məntiqindən çıxaraq daha mürəkkəb, çoxqatlı və uzunmüddətli siyasi transformasiya mərhələsinə daxil olunduğunu göstərir. Bu mərhələni nə ani hakimiyyət dəyişikliyi, nə də açıq hərbi qələbə və ya məğlubiyyət kimi xarakterizə etmək mümkündür.

Əksinə, regionda on ildən artıq müddətdə formalaşmış paralel silahlı və inzibati strukturların tədricən funksionallığını itirməsi, onların yerini isə siyasi dialoq, selektiv inteqrasiya və idarəolunan sabitləşmə mexanizmlərinin tutması ilə müşayiət olunan keçid dövründən söhbət gedir.

Suriyalı siyasi şərhçi Ammar Qahf bu prosesi APA-ya şərh edərkən xüsusilə vurğulayır ki, Suriyanın şimalında baş verənlər “birdən-birə çökmə və ya sistemin dağılması kimi başa düşülməməlidir”.

Ammar Kahf: “Change In Iran Could Improve Regional Security, But It Is Conditional” – INTERVIEW – Caspianpost.com

Suriyanın şimalında silahlar susur: Türkiyə prosesləri izləyir, İsrail riskləri ölçür - TƏHLİL

Onun sözlərinə görə, regionda uzun illər mövcud olmuş parçalanmış idarəetmə mexanizmləri “İŞİD-ə qarşı müharibə və beynəlxalq hərbi iştirak kimi istisna və müvəqqəti şəraitlər hesabına ayaqda qalmışdı”. Ammar Qahf hesab edir ki, həmin istisna şəraitlər aradan qalxdıqca, bu strukturların da davamlı qalması real deyil və proses təbii şəkildə yenidən mərkəzləşməyə doğru irəliləyir.

Bu məqam isə regional aktorlar üçün də yeni reallıqlar yaradır.

Terror və təhlükəsizlik üzrə türkiyəli ekspert İsmail Cingöz Suriyada dəyişən dinamikanın Türkiyə tərəfindən sırf xarici siyasət mövzusu kimi deyil, birbaşa milli təhlükəsizlik məsələsi kimi qəbul edildiyini bildirib.

Onun fikrincə, Türkiyənin Suriya ilə 911 kilometrlik sərhədi var və bu sərhəd boyunca baş verən hər bir dəyişiklik Ankaranın təhlükəsizlik hesablamalarına birbaşa təsir edir.

Ekspert əlavə edir ki, illər boyu qeyri-dövlət silahlı strukturların mövcudluğuna şərait yaradan beynəlxalq balans indi dəyişir və bu, həmin strukturların manevr imkanlarını daraldır.

Mərkəzi hökumətin mövqelərinin möhkəmlənməsi bu transformasiyanın əsas sütunlarından biridir. Ammar Qahf qeyd edir ki, Dəməşq artıq ölkənin əsas əhali mərkəzləri, strateji dəhlizlər və iqtisadi baxımdan həyati əhəmiyyət daşıyan bölgələr üzərində nəzarəti bərpa edib. Onun sözlərinə görə, nəzarətin genişlənməsi hərbi blitzkriq yolu ilə deyil, mərhələli şəkildə, lokal razılaşmalar və təhlükəsizlik mexanizmləri vasitəsilə həyata keçirilir.

Qahf xüsusilə vurğulayır ki, Hələbin kürdlərin çoxluq təşkil etdiyi rayonlarında bu proses “mülki əhali üçün minimum pozuntu ilə və kütləvi zorakılıq olmadan” baş verib.

Bu vəziyyət İsrail prizmasından da diqqətlə izlənilir. İsrailli politoloq Yuri Boçarov bildirir ki, Dəməşqin mövqelərinin güclənməsi hələlik tam və dayanıqlı dövlət nəzarəti demək deyil.

Boçarov qeyd edib ki, “Suriya dövləti formal olaraq hakimiyyətini bərpa etsə də, ölkənin bütün bölgələrində eyni səviyyədə təhlükəsizlik və nəzarət nümayiş etdirə bilmir”.

O vurğulayır ki, İsrail üçün əsas məsələ mərkəzi hökumətin güclənib-güclənməməsindən çox, həmin ərazilərdə İsrailə qarşı yönələ biləcək radikal və ya İran yönlü silahlı qruplaşmaların möhkəmlənib-möhkəmlənməyəcəyidir.

Suriyanın şimalında təhlükəsizlik məsələlərinin lokal xarakter alması prosesin başqa bir mühüm göstəricisidir.

Ammar Qahf yeraltı tunel infrastrukturu və sabotaj risklərindən danışarkən deyir ki, mövcud tunel şəbəkələri sistemli və ölkə miqyasında koordinasiya olunmuş xarakter daşımır. Onun fikrincə, bu şəbəkələr əsasən keçmiş cəbhə xətlərində və qeyri-dövlət silahlı qruplarının uzunmüddətli qarşıdurma gözlədiyi məkanlarda cəmləşib. Təmizləmə əməliyyatları isə vahid hərbi kampaniya kimi deyil, seçici və mərhələli təhlükəsizlik tədbirləri kimi həyata keçirilir.

Bu yanaşma İsrailin təhlükəsizlik fəlsəfəsi ilə də səsləşir.

Yuri Boçarov qeyd edir ki, İsrail “belə mürəkkəb və qeyri-sabit mühitdə qeyri-dövlət silahlı qüvvələrinə birbaşa hərbi dəstək göstərmək istəmir”. Onun sözlərinə görə, İsrail üçün prioritet təhlükəsizliyin öz resursları və çoxkanallı çəkindirmə mexanizmləri vasitəsilə təmin edilməsidir. Bu səbəbdən İsrail Suriyada konkret silahlı strukturun taleyindən daha çox, ümumi təhlükəsizlik konfiqurasiyasına diqqət yetirir.

Suriya Demokratik Qüvvələrinin gələcəyi məsələsi bu keçid mərhələsinin ən həssas və ziddiyyətli mövzularından biri olaraq qalır.

Ammar Qahf diqqətə çatdırır ki, SDQ artıq “vahid siyasi-hərbi layihə kimi öz daxili bütövlüyünü itirib”. Onun fikrincə, struktur daxilində “ərəb tayfaları ilə yığılıb qalmış narazılıqlar, kimlik ziddiyyətləri və zəif sosial legitimlik” getdikcə daha açıq şəkildə özünü göstərir. Qahf vurğulayır ki, bu reallıq fonunda SDQ-nin gələcəyi genişmiqyaslı hərbi müqavimət üzərindən deyil, fərdi və şərtli inteqrasiya mexanizmləri üzərindən formalaşa bilər.

Bu nöqtədə Türkiyənin mövqeyi əlavə təzyiq və çəkindirici amil kimi çıxış edir.

İsmail Cingöz bildirir ki, Türkiyə sərhədləri boyunca PKK-nın hər hansı muxtar quruluş və ya dövlət yaratmasına “qətiyyən imkan verməyəcək”. Onun sözlərinə görə, əgər PYD-nin mərkəzi hökumətlə inteqrasiyası Türkiyə üçün birbaşa təhlükə yaradarsa, Ankara beynəlxalq hüququn verdiyi imkanlardan istifadə edərək hərbi əməliyyat keçirmək hüququnu özündə saxlayır. Lakin Cingöz əlavə edir ki, Türkiyə üçün əsas məqsəd təhlükəni hərbi eskalasiya yolu ilə deyil, siyasi və inzibati inteqrasiya mexanizmləri vasitəsilə aradan qaldırmaqdır.

İsrail baxımından isə SDQ-nin taleyi simvolik yox, funksional məsələdir.

Yuri Boçarov əlavə edir ki, “SDQ-nin tam hərbi yolla sıxışdırılıb çıxarılması İsrail üçün avtomatik olaraq strateji məğlubiyyət sayılmır”. O hesab edir ki, əsas sual həmin ərazilərdə hansı qüvvələrin nəzarəti ələ alacağı və təhlükəsizlik boşluğunun yaranıb-yaranmayacağıdır. Əgər inteqrasiya prosesi xaosu azaltsa və radikal qruplaşmaların qarşısını alarsa, bu ssenari İsrail üçün qəbulolunan hesab edilə bilər.

Bu yanaşmalar göstərir ki, Suriyanın şimalında baş verənlər təkcə daxili Suriya məsələsi deyil, regional təhlükəsizlik arxitekturasının yenidən qurulması prosesidir.

ŞOK! İsrail Türkiyəni düşmən elan etdi | No Comment

Ammar Qahf fikrini yekunlaşdıraraq bildirir ki, hazırkı mərhələ qaliblər və məğlublar haqqında deyil, Suriyanın hərbiləşdirilmiş idarəetmədən siyasi və inzibati inteqrasiyaya keçib-keçə bilməyəcəyi haqqındadır. Onun sözlərinə görə, prosesin uğuru daxili dialoqun, desentralizasiya ilə mərkəzləşmə arasında balansın və hüquqi çərçivənin formalaşdırılmasından asılı olacaq.

İsmail Cingöz isə bu keçidin regional aktorların təhlükəsizlik narahatlıqları nəzərə alınmadan dayanıqlı olmayacağını vurğulayır və qeyd edir ki, Suriyada istənilən siyasi model qonşu ölkələrin təhlükəsizlik həssaslıqları ilə uzlaşdırılmalıdır.

Yuri Boçarov da oxşar mövqedən çıxış edərək bildirir ki, regionda vəziyyət dinamik olaraq qalır və bu mərhələdə tamamlanmış, sabit və dəyişməz ssenaridən danışmaq hələ tezdir.

Suriyanın şimalında formalaşan yeni mərhələ silahlı qarşıdurmaların tükəndiyi, lakin siyasi razılaşmaların hələ tam formalaşmadığı mürəkkəb bir keçid dövrüdür. Bu prosesin sonu əvvəlcədən müəyyən olunmayıb və hərbi gücdən daha çox siyasi çeviklik, regional balans və daxili inteqrasiya mexanizmlərinin nə dərəcədə işlək olacağı ilə müəyyənləşəcək.(Apa)

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Hakimimiz Avropa Liqasının oyununu idarə edəcək
Next: Şagird daşınmasında “MÜTDA – BRS” qalmaqalı:Ucuz tender, təhlükəli nəticə

OXŞAR MÖVZULAR

ruslan-eyyubov
  • ARAŞDIRMA

Ruslan Eyyubov həbsdən azad edildi

admin 05.06.2026
1780574151_ekran-kli-2026-06-04-155327
  • ARAŞDIRMA

Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib

admin 04.06.2026
1780574743_ekran-shekli-2026-06-04-160428
  • ARAŞDIRMA
  • CƏMİYYƏT

ADRA avtomobil alır, yoxsa vaqon? – 255 minlik tenderdə təsnifat kodu belə səhvdir…

admin 04.06.2026

XƏBƏR LENTİ

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə...
DAVAMI Read more about Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
Bakıxanovda yaşayış binasında yanğın söndürüldü yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...
DAVAMI Read more about Bakıxanovda yaşayış binasında yanğın söndürüldü
Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb. O bildirib ki,...
DAVAMI Read more about Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var 1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb. Bu barədə İstintaq Komitəsinin...
DAVAMI Read more about Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT 1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
Ağdam rayon Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində yolların əsaslı təmiri üçün tender elan olunub. “Real Azərbaycan” bildirir...
DAVAMI Read more about Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

Bütün yazılar

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.