Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Şagird daşınmasında “MÜTDA – BRS” qalmaqalı:Ucuz tender, təhlükəli nəticə
  • CƏMİYYƏT

Şagird daşınmasında “MÜTDA – BRS” qalmaqalı:Ucuz tender, təhlükəli nəticə

admin 27.01.2026
mutda

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) “Baku Rent Service” (BRS) şirkəti ilə bağladığı müqavilə və bu müqavilədən doğan ciddi problemlər barədə ötən yazımızda məlumat vermişdik.

Lakin şikayətlərin ardı-arası kəsilmir, valideynlərin narahatlığı isə pik həddə çatıb. İctimaiyyəti düşündürən suallara işıq tutmaq üçün mövzunu daha dərindən araşdırdıq.

Dövlət vəsaiti hara gedir? Keyfiyyət, yoxsa “cib marağı”?

Abşeron, Qobu və Sumqayıt ərazilərində təmirdə olan məktəblərin şagirdlərinin digər təhsil müəssisələrinə daşınması üçün dövlət tərəfindən müvafiq vəsait ayrılıb. Əvvəlki şirkətlə proses qanuni və uğurlu şəkildə icra edilsə də, MÜTDA-nın “daha ucuz təklif” adı altında müqaviləni dəyişməsi vəziyyəti acınacaqlı hala salıb. Ortaya çıxan mənzərə isə budur: Daha az xərc, daha çox qazanc həvəsi uşaqların təhlükəsizliyini arxa plana keçirib.

Müqavilə şərtlərinə əsasən xəttə 24 marşrut çıxmalı olduğu halda, hazırda cəmi 16 avtobus fəaliyyət göstərir. Bu o deməkdir ki:
24 avtobusa sığmalı olan yüzlərlə şagird 16 avtobusa “sıxışdırılır”.

Avtobuslarda nəfəs almağa yer yoxdur, uşaqlar üst-üstə, ayaqüstə daşınır.
Gigiyena və təmizlik qaydaları tamamilə unudulub, nəqliyyat vasitələri bərbad vəziyyətdədir.
Şirkətin fəaliyyətində qanunvericiliyin kobud şəkildə pozulduğu aşkar görünür:
Yaş həddi: Dövlət qanunlarını sarsıdan fakt – sükan arxasında hətta 75 yaşlı sürücülər var.
Əmək müqaviləsi yoxdur: Sürücülərin çoxu rəsmi qeydiyyatsız çalışır. Bu isə nə sığorta, nə də məsuliyyət deməkdir.
Davranış qaydaları: Sürücülərin şagirdlərlə kobud rəftarı, təhqiramiz ifadələr işlətməsi valideynlərin əsas şikayət mövzusudur.
Xarici dövlət nişanları: Daşınma prosesində xarici dövlət nömrə nişanlı maşınlardan istifadə olunur ki, bu da hüquqi suallar doğurur.
Marşrutdan kənarlaşma: Avtobuslar müəyyən olunmuş trayektoriya ilə deyil, uşaqları təhlükəli və kənar ərazilərdə düşürərək hərəkət edir.
İnanırıq ki, uşaqlarımızın təhlükəsizliyi hər bir dövlət qurumu üçün əsas məsələdir. Lakin apardığımız müşahidələr və bizə daxil olan çoxsaylı şikayətlər göstərir ki, hazırkı daşınma prosesində ciddi boşluqlar mövcuddur.
Ümid edirik ki, şikayətlər nəzərə alınaraq lazımi addımlar atılacaqdır:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA): Avtobusların say tərkibi, texniki vəziyyəti və xarici nömrə nişanlı nəqliyyat vasitələrinin şagird daşınmasına cəlb edilməsinin qanuniliyini yoxlamağınızı;

Dövlət Yol Polisi: Sürücülərin yaş həddi, sürücülük hüququ və marşrut trayektoriyasına əməl edilib-edilməməsinə nəzarəti gücləndirməyinizi;

Dövlət Əmək Müfəttişliyi Xidməti: Sürücülərlə əmək müqavilələrinin bağlanıb-bağlanmadığını və əmək hüquqlarının qorunmasını nəzarətə götürməyinizi;

Elm və Təhsil Nazirliyi: Tender şərtlərinin icrasına və uşaqların psixoloji/fiziki təhlükəsizliyinə xüsusi diqqət ayırmağınızı xahiş edirik.
Məqsədimiz kimisə günahlandırmaq deyil, baş verə biləcək bədbəxt hadisələrin qarşısını öncədən almaqdır. Ümid edirik ki, bu yazımızdan sonra qeyd olunan çatışmazlıqlar qısa zamanda aradan qaldırılacaq və valideynlərin narahatlığına son qoyulacaq.Tehsil.media

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Suriyanın şimalında silahlar susur: Türkiyə prosesləri izləyir, İsrail riskləri ölçür – TƏHLİL
Next: ABŞ cəmi 4 hədəfi vurmaqla İranı iflic edə bilər

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.