Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Gənc Sahibkarlıq Uğuru: Rəvanə Ağayeva 19 yaşında Öz Biznesini Quraraq Uğura Doğru Addımlayır
  • CƏMİYYƏT

Gənc Sahibkarlıq Uğuru: Rəvanə Ağayeva 19 yaşında Öz Biznesini Quraraq Uğura Doğru Addımlayır

admin 08.08.2025
79e562a6-bc03-4122-b5e3-c66f4a8cca67

 

Azərbaycanın istedadlı və çalışqan gənc xanımlarından biri olan Rəvanə Ağayeva artıq 19 yaşında şəxsi biznesini uğurla quraraq yaşıdlarına nümunə göstərir. Gənc sahibkar hələ 17 yaşında məktəbi bitirdikdən və universitetə sənədlərini təqdim etdikdən sonra əl işlərinə maraq göstərərək buket hazırlanması sahəsində peşəkar fəaliyyətə başlayıb.

Rəvanə öz təşəbbüsü ilə sosial şəbəkədə buket sifarişləri üçün səhifə yaradaraq müştəri bazasını formalaşdırıb. Onun bu sahəyə olan həvəsi və işinə məsuliyyətlə yanaşması nəticəsində qısa müddətdə geniş auditoriya tərəfindən tanınıb. Ailəsinin – xüsusilə anası Ağayeva Aynurə və bacısı Ağayeva Rəşidənin daimi dəstəyi ilə bu yolda inamla irəliləyən Rəvanə, iki il ərzində şəxsi iş yerini açaraq fəaliyyətini daha da genişləndirib.

Hazırda Bakı Xoreoqrafiya Akademiyasında ali təhsil alan gənc xanım, eyni zamanda öz işinin rəhbəri olmaqla yaşıdlarından seçilir. Onun sözlərinə görə, müstəqil şəkildə ayaqda durmaq və gənc yaşda rəhbərlik etmək böyük məsuliyyət və zəhmət tələb edir.

“Bu gün bu yola çıxmağımda ən böyük rol anamındır. Mama bizi atasız böyüdüb və bütün əziyyətlərə tək dözərək həm bacımı, həm məni yetişdirib. Mənim əsas məqsədim ona bu gün və gələcəkdə dəstək olmaq, onu daim zirvədə tutmaqdır”, – deyə Rəvanə bildirir.

Buket sənəti ilə yanaşı, Rəvanə həm də modellik və reklam sahəsinə maraq göstərir. Sosial media üzərindən fəaliyyət göstərən Rəvanə bu istiqamətdə də özünü inkişaf etdirərək fərqli layihələrdə iştirak edir.

Gələcək planlarından danışan gənc sahibkar bildirir ki, məqsədi təkcə Azərbaycanda deyil, beynəlxalq arenada da tanınan uğurlu bir iş xanımı olmaq və öz məhsullarını dünya bazarına çıxarmaqdır.

Rəvanə Ağayeva artıq bu gün bir çox insan tərəfindən tanınan, sevilən və hörmət edilən bir gənc xanım kimi gələcəyə ümidlə baxır və uğurları ilə ailəsini və ətrafını sevindirməyə davam edir.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “13-cü MADDƏ” – Azərbaycanın İlk Retro Mafiya Serialı Gəlir!
Next: İctimai Nəzarət Koalisiyası – 10 İlin Zirvəsində

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.