Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Bakının Kremlə cavabı yeni başlayır: Hələ 355 “yuva” var
  • GÜNDƏM

Bakının Kremlə cavabı yeni başlayır: Hələ 355 “yuva” var

admin 01.07.2025
sputnik

Dünən “Sputnik Azərbaycan”da keçirilən əməliyyat və FTX-nin iki agentinin həbsi rəsmi Bakının Kremlə “Rus evi”nin bağlanmasından sonra ikinci mesajıdır. Belə ki, Daxili İşlər Nazirliyinin “Sputnik Azərbaycan”ın ofisində keçirdiyi əməliyyatla bağlı rəsmi açıqlamasında bildirilir: “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb. İyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var…”

Soztv.az Bakupost.az-a istinadla xəbər verir ki, fevralda fəaliyyəti dayandırılan və yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçməsinə şərait yaradılan “Sputnik Azərbaycan”ın qanunsuz maliyyələşmə ilə fəaliyyət göstərməsi haqda tam 4 aydan sonra “xəbər tutulması” mümkün deyil.

Əlbəttə ki, fevralın sonunda “Sputnik”in Azərbaycan nümayəndəliyi ləğv olunduqdan sonra bu ofisin qeyri-qanuni fəaliyyətini davam etdirdiyini hüquq-mühafizə orqanları çox yaxşı bilirdilər. Yəni dünənki əməliyyat 27 iyunda Yekaterinburqda Rusiya vətəndaşı olan azərbaycanlılara qarşı zorakılıq və repressiyaya “yumşaq cavab” xarakteri daşıyır. Ancaq özündə bəzi nüansları da ehtiva edir.

Bundan öncə “Rus evi” bağlanmış, oranın casus yuvası olduğu haqda hüquq-mühafizə orqanlarına istinadla media məlumat yaymışdı. “Rus evi” 2024-cü il 25 dekabrda AZAL təyyarəsinin vurulmasından sonra Rusiyanın inadla informasiya təxribatı istehsal etməsinin ardınca, 2025-ci il fevralın əvvəlində qapadılmışdı. Həmin vaxt “rus casus yuvası”nın qapadılmasının ardınca, fevralın sonuna doğru “Sputnik Azərbaycan” haqda da qərar elan olunmuşdu. Dünənki əməliyyatın “Sputnik Azərbaycan”da keçirilməsi və FTX-nin iki agentinin həbsi haqda informasiya isə ciddi siqnaldır: Bakı Rusiyanın təzyiqləri və qeyri-adekvatlığına qarşı Azərbaycandakı casus şəbəkəsini sıradan çıxarır.

Hadisə AZAL təyyarəsinin Qroznıda vurulması ilə başlamışdı, Yekaterinburq hadisəsi ilə davam etməsində məntiqi ardıcıllıq axtarsaq, belə məlum olacaq ki, bu “casus ovu” dolayısı ilə yenə də AZAL təyyarəsinin vurulmasına gedib çıxır. Görünür, Yekaterinburq olayının arxasında da AZAL-a görə Azərbaycanı tələblərindən imtinaya məcbur etmək istəyi dayanır.

Ancaq rəsmi Bakının “Rus evi” və “Sputnik Azərbaycan” addımları, əslində, həddən artıq “yumşaq davranış” sayıla bilər. Azərbaycanda Rusiyanın əsas təsir imkanları əslində nə “Rus evi”, nə də “Sputnik Azərbaycan”dır: birinin mədəni, digərinin informasiya təsiri sıfırdır. Yalnız “casus yuvaları” kimi fəaliyyətləri ola bilər ki, bu da DTX-nin peşəkar əməliyyatçı şefinin nəzər-diqqətindən kənarda ola bilməz!

Rusiyanın Azərbaycanda əsas təsir dairəsi rusdilli məktəblərdir. Azərbaycanın rayonlarında 15-dən çox, Bakıda isə 340 civarında rus dilində tədris həyata keçirən məktəb var. Təxminən 355 orta məktəbdə 100 minə yaxın şagird təhsil alır ki, bu da rus dilinin işlənmə dairəsini kəskin şəkildə artırır.

Rus dilinin son illər Bakıda yenidən populyarlaşdığını müşahidə etmək üçün Azərbaycanın paytaxtını bir gün gəzmək kifayət edir: azərbaycanlı uşaqlar, ailələr rusca danışırlar, rus dili Sovet illərində olduğu kimi ailələrimizin içərisinə yerləşib. Bunun bir səbəbi rus məktəblərinə qayğı, rusdilli məktəbləri bitirənlərin ali məktəblərə qəbul imkanlarının daha asan olmasıdır.

Rus dili – əslində o dildə təhsil alanların təfəkkürünün, dünyagörüşünün “rusca” formalaşmasında müstəsna rol oynayır və bunu Kreml çox yaxşı dərk edir. Təsadüfi deyil ki, bir ölkədə rus dilinin xüsusi himayədə olması Rusiyanın əsas diqqət yetirdiyi məqamdır.

Ermənistanda bir ədəd də rus məktəbi yoxdur, ancaq Azərbaycanda, qeyd etdiyimiz kimi, rus dilində tədris verən 355 məktəb var.

Rusiyaya qarşı ən ciddi addım rusdilli məktəblərin bağlanması haqqında qərar ola bilər. Məntiq də ortadadır: Azərbaycan dövləti hansı əsasla rus dilində təhsilin bütün xərclərini öz üzərinə götürməlidir? Niyə 355 məktəbi maliyyələşdirməlidir?

Azərbaycan dilində təhsil, həm də pulsuz təhsil – Azərbaycan hökumətinin konstitusion öhdəliyidir. Ancaq rusca heç bir öhdəlik yoxdur, üstəlik, bu, büdcəni ciddi qayğıdan xilas edə bilər.

Beləliklə, 355 orta məktəb və rus bölmələrinin bağlanması Azərbaycanda Rusiyanın mənəvi təsirinin azaldılması istiqamətində ciddi addım olacaq.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı
Next: Solovyov Azərbaycanı görün, nə ilə hədələdi…

OXŞAR MÖVZULAR

1784776641_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Ana Təbiətin NANKOR ÖVLADI: “Hacı Mazan” İŞ BAŞINDA! FOTO

admin 24.07.2026
1784823272_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?

admin 24.07.2026
1784869668_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Azəriqaz” işçilərini ixtisar edir – Azər Məmmədovun məqsədi nədir? – Şikayət

admin 24.07.2026

XƏBƏR LENTİ

Ana Təbiətin NANKOR ÖVLADI: “Hacı Mazan” İŞ BAŞINDA! FOTO 1784776641_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Ana Təbiətin NANKOR ÖVLADI: “Hacı Mazan” İŞ BAŞINDA! FOTO

admin 24.07.2026
Masallıda “Köhnə bazar” adlanan ərazidə 2023-cü ildə tikintiləri maneə olmasın deyə, əvvəlcə 3 dən çox ortadiametirli şam...
DAVAMI Read more about Ana Təbiətin NANKOR ÖVLADI: “Hacı Mazan” İŞ BAŞINDA! FOTO
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır? 1784823272_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?

admin 24.07.2026
Peşə Təhsili sistemində uzun illərdir davam edən vəziyyət hələ də qalmaqdadır. Məsələn, peşə təhsili müəssisələrində müəllim və...
DAVAMI Read more about Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
“Azəriqaz” işçilərini ixtisar edir – Azər Məmmədovun məqsədi nədir? – Şikayət 1784869668_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Azəriqaz” işçilərini ixtisar edir – Azər Məmmədovun məqsədi nədir? – Şikayət

admin 24.07.2026
“Azəriqaz” istehsalat birliyində ixtisarlar gözlənilir. Müvafiq bildirişlər artıq agentliyin bir çox departament və şöbələrinin, xüsusən də regionların...
DAVAMI Read more about “Azəriqaz” işçilərini ixtisar edir – Azər Məmmədovun məqsədi nədir? – Şikayət
Bu da axırı – İş adamının maşınlarına və mülklərinə QADAĞA QOYULDU – SİYAHI 1784826009_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Bu da axırı – İş adamının maşınlarına və mülklərinə QADAĞA QOYULDU – SİYAHI

admin 24.07.2026
“Optimal Elektronika” MMC-nin sabiq təsisçisi və baş direktoru Əhəd Əsgərova, eləcə də onun payçı olduğu şirkətlərin rəhbərlərinə...
DAVAMI Read more about Bu da axırı – İş adamının maşınlarına və mülklərinə QADAĞA QOYULDU – SİYAHI
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? – İTTİHAM VAR… 1784819686_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? – İTTİHAM VAR…

admin 24.07.2026
QHT-lərə Dövlət Dəstəyi Agentliyi rəsmilərinin hər fürsətdə, keçirdikləri tədbirlərdə və media qarşısında dilə gətirdiyi “fəaliyyətimizdə şəffaflıq və...
DAVAMI Read more about QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? – İTTİHAM VAR…

Bütün yazılar

1784776641_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Ana Təbiətin NANKOR ÖVLADI: “Hacı Mazan” İŞ BAŞINDA! FOTO

admin 24.07.2026
1784823272_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?

admin 24.07.2026
1784869668_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Azəriqaz” işçilərini ixtisar edir – Azər Məmmədovun məqsədi nədir? – Şikayət

admin 24.07.2026
1784826009_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Bu da axırı – İş adamının maşınlarına və mülklərinə QADAĞA QOYULDU – SİYAHI

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.