Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB… – gileylənmək də mənasızdır…
  • ARAŞDIRMA

Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB… – gileylənmək də mənasızdır…

admin 30.06.2025
cebrail

“DogruXeber.az” yazır ki, Cəbrayıl rayon İcra Hakimiyyətinin rəsmi facebook səhifəsini vərəqləyib, fəaliyyəti ilə maraqlandıq.

Həqiqəti deyək: maraqlanmağa heç nə yoxdur. Rəsmi səhifədə aylarla heç bir paylaşım yoxdur – tədbir yoxdur, sosial problemə toxunuş yoxdur. Yalnız iyunun 23-də dövlət qulluqçularının peşə bayramı qeyd olunub, o da yəqin ki, “öz aralarında” – onsuz da Cəbrayıl camaatının çox vaxt heç nədən xəbəri olmur.

Bəli, əgər bir rayonda icra başçısı kabinetində otura-otura “icraçılıq” edirsə, camaatın dərdinə deyil, kreslosunun yumşaqlığına fokuslanıbsa, orada nə inkişaf olar, nə ədalət, nə də dövlət etibarının izi qalar. Kamal Həsənovun “idarəçilik fəlsəfəsi” budur: qapıları bağla, telefonu açma, camaata baxma, amma kresloda möhkəm otur!

“DogruXeber.az” olaraq Cəbrayıl sakinlərinin dəfələrlə dilə gətirdiyi gileyləri yazırıq və yenidən xatırladırıq:

Rayon ərazisində yerləşən qəsəbələrdə antisanitariya hökm sürür, içməli su çatışmazlığı illərlə həll olunmur, əkinə yararlı torpaq sahələri səlahiyyət sahibləri tərəfindən zəbt edilib, qazilər və şəhid ailələri başçının diqqətindən kənarda qalıb. Amma Kamal Həsənov üçün bu insanlar vətəndaş yox, sanki “maneə”dir.

Bir dəhşətli həyat hekayəsini burada xüsusi olaraq qeyd etməyə borcluyuq. 1992-ci ildə Vətən uğrunda canından keçən şəhid Elçin Kərimovun ailəsi bu gün də ağır sosial şəraitdə yaşamağa məcburdur. Ailənin atası Ataş Kərimov uzun illərdir Bakı Dövlət Pedaqoji Kollecinin yataqxanasında, bircə otaqda, geniş ailə tərkibi ilə birlikdə yaşamağa məcbur qalıb. Üstəlik, bu otaq liftsiz binanın yeddinci mərtəbəsində yerləşir.

Şəhidin anası, ürək xəstəsi Dilşad ana isə ötən il həmin darısqal və havasız otaqda, hərəkətsizlik və evsizlik ucbatından dünyasını dəyişdi. Bütün bu acı və utancverici reallıqlara baxmayaraq, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun “tükü belə tərpənmədi”. Sanki nə şəhid, nə ailə, nə də vicdan adlı anlayış bu məmurun dünyasında mövcuddur.

Əziz oxucular, dövlət başçısının hər dəfə səsləndirdiyi “şəhid ailələrinə xüsusi diqqət”, “vətəndaşla təmas”, “səyyar qəbul və açıq ünsiyyət” prinsipləri Cəbrayılın icra başçısına ya çatmayıb, ya da Kamal müəllim bu çağırışları “əhalini maraqlandırmayan detallara” sayır.

Amma onu maraqlandıran bir “detal” var, o, da dostu Elman Rüstəmov. Bəli, Mərkəzi Bankın keçmiş sədri, hazırda baş nazirin müşaviri – onun dayağı.

Kamal Həsənovun bu cür toxunulmazlığı birbaşa dostuna söykənir. Və görünən budur ki, dostluq rahatlığı vətəndaş haqqından dəyərlidir onun üçün.

“DogruXeber.az” xəbər verir: Cəbrayıl camaatı yorulub. İllərdir sükutla deyilən “bəlkə dəyişər” ümidi qəzəbə çevrilib. İnsanlar bu laqeydliyin, bu başısoyuqluğun hesabını istəyir. Amma Kamal Həsənov? Yox, o hələ də rahat yuxudadır. Görünür, kreslosunun altı hələ titrəməyib.

DogruXeber.az

Əlaqə whatsapp:+994 70 603 73 77
Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Qarabağa getmək istəyənlərə üzücü xəbər
Next: Sabahdan Azərbaycanda bu müavinətlərin məbləği artırılır – SİYAHI

OXŞAR MÖVZULAR

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1f74a5c3f621ce90fb511cc12ba176cf
  • ARAŞDIRMA

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

admin 15.07.2026
94076e9e1f2713c67529c07b1322c710
  • ARAŞDIRMA

Pirverdiyevin adamı hakim qarşısında – 3 milyonluq iş

admin 14.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.