Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Nikol Türkiyədən dönən kimi başladı: Kremlə bağlı olanlar…
  • BAXIŞ BUCAĞI

Nikol Türkiyədən dönən kimi başladı: Kremlə bağlı olanlar…

admin 25.06.2025
erdogpasn

Ermənistanda olduqca maraqlı proseslər baş verir: 2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi Baş nazir Nikol Paşinyan hazırkı imkanlarından istifadə edərək, Rusiyaya bağlı bütün hücrələri dağıtmağa girişib.

Sonuncu – kilsəyə qarşı başlayan mübarizə Ermənistanın uzun onillərdir Rusiyanın kök atdığı və bütün regional istəklərinə ideoloji don geyindirdiyi “strukturlaşmış pətəy”ə hücumdur. Rusiya 19-cu əsrdən – erməniləri Qafqaza köçürəndən kilsədən maksimum istifadə edib, Alban abidələrinin, Albaniyanın xristian irsinin “erməni apostol kilsəsi” adına saxtalaşdırılmasından tutmuş bu strukturun ermənilər içərisində “toxunulmaza” çevrilməsinə və dünyaya yayılmasına qədər – bütün proseslərə Rusiya “dərin dövləti” rəhbərlik edib, maliyyələşdirib, “tarix” yaradıb, ermənilər üçün “dini əsaslandırma” hazırlayıb və məhz kilsənin əli ilə də erməniləri Cənubi Qafqazda, o cümlədən Birinci Dünya müharibəsi illərində maşaya çevirib, onlardan maksimum istifadə edib.

Paşinyan korrupsiyalaşmış, nüfuzdan düşmüş və erməni cəmiyyəti tərəfindən rədd edilən Sərkisyan-Köçəryan cütlüyünü asanlıqla məğlub etdikdən sonra onların təsir imkanlarını uzun müddətdir kəsib-tökür – hətta 44 günlük müharibənin Aprel savaşının nəticəsi olduğunu, Sərkisyan-Köçəryan cütlüyünün işğalla Ermənistanı əsir saxladığını cəsarətlə dilə gətirməklə. Hazırda isə Ermənistanı növbəti dəfə Rusiyanın Cənubi Qafqazda “təsir imkanlarını artırmaq üçün istifadə imkanı yaradan” qurumlara qarşı proses başladıb.

Rusiya ilk dəfə kilsədən istifadə imkanı və gücünü Keşiş Baqratın timsalında daha qabarıq göstərmişdi – o vaxta qədər kilsə işğal ssenarilərində vətənpərvər simaya bürünməklə, ictimaiyyətin daxilinə “rus virusu”nu sezilmədən yayırdı. “Kurator” geniş maliyyə imkanları və kilsənin birbaşa dəstəyi ilə başladılan “yürüş” fiaskoya uğrayandan sonra “müvəqqəti geriçəkilmə”yə məcbur oldu, ancaq kilsəyə verilən tapşırıqlar dayanmadı.

Paşinyan isə məqam gözləyirdi və bu məqam yetişdi: kilsə rəhbərlərinin əslində necə çirkin olduqları ictimaiyyətə elan edildi, Nikol ən ağır sözlərlə onların təhqirinə və ifşasına başladı. Məlum oldu ki, ermənilərin “sitayiş etdiyi” kilsə mənsubları, o cümlədən II Qaregin əxlaqsızdır, subaylıq andını pozub, övlad sahibidir və s.

Bunun ardınca milyarder Samvel Karapetyana təzyiqlər və onun həbsi gündəmə gəldi. Həm də Paşinyan açıq oynayır – Karapetyan nə korrupsiya, nə rüşvət, nə vergidən yayınma ilə ittiham olunur; ona qarşı irəli sürülən ittiham birbaşa “hakimiyyətin ələ keçirilməsinə cəhd”dir və bu da təsadüfi deyil.

Karapetyan Rusiya vətəndaşıdır, “məxməri inqilabdan” sonra Rusiyanın tövsiyəsi ilə Ermənistana yatırım etdi; nə qədər qəribə də olsa, Rusiya XİN sözçüsü Mariya Zaxarova Karapetyanın Rusiyanın göstərişi ilə Ermənistana getdiyini etiraf etdi və bunu “Paşinyanın qarant verməsi”, “valyuta cəlb etmə çağırışı” ilə əlaqələndirdi.

Paşinyan bir tərəfdən enerji strukturlarını Rusiyanın əsarətindən xilas etməyə çalışırsa, digər tərəfdən Kremlin yerdəki ən ciddi maliyyə mənbəyini zərərsizləşdirmək istəyir.

Bəs niyə indi? Xatırlatdığımız kimi, çünki məqam yetişib:

1. Bir neçə gün öncə “Moskva Tayms” nəşri yazdı ki, son səsvermədə Ermənistanın Rusiya ilə əlaqələrinə müsbət baxan ermənilər 31% təşkil edir, halbuki 2019-cu ildə bu rəqəm 93% olmuşdu;

2. Rusiyanın Ermənistanda təsiri kəskin azalıb – o səviyyədə ki, artıq İrəvanın özündə belə gənclər rus dilini bilmir, rusca başa düşmür;

3. Rusiyanın siyasi təsir rıçaqları olan iki qoca – Sərkisyan və Köçəryan cəmiyyətdə qəbul edilmirlər;

4. Paşinyan Türkiyə və Azərbaycanla münasibətləri nizama salmaq, Türkiyə ilə sərhədi açmaq və Türkiyə üzərindən Avropaya çıxmağı hədəfləyir…

O məqalədə ən maraqlı məqam Kremlin Vladimir Putinin administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkoya 2026-cı il parlament seçkilərinə qədər Ermənistanda Rusiyanın təsirini bərpa etmək tapşırığı verməsi və bu istiqamətdə fəaliyyətin başlandığı qeydidir.

Görünür, Paşinyan da bu “fəaliyyətə” qarşı aktiv müqavimətə başlayıb və Rusiyanın hakimiyyət dəyişikliyi ssenarisini sıfırlamaqla məşğuldur.

Kilsəyə, o cümlədən Karapetyana qarşı prosesin Paşinyanın Türkiyə səfəri və Ərdoğanla görüşü öncəsi başlaması da diqqətçəkicidir. Paşinyanın Türkiyədən qayıtdıqdan sonra Keşiş Baqratın hakimiyyət çevrilişində birbaşa iştirakda ittiham edib, evində axtarışlara başlanılması, o cümlədən Daşnaksütyun Partiyası mənsublarının da bu cinayət təqibinin hədəfinə çevrilməsinə kompleks yanaşma tələb edilir.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İran ilk dəfə etiraf etdi: Nüvə obyektləri dağılıb…
Next: Silahlı Qüvvələr Gününə həsr olunan kütləvi qaçış yarışı keçiriləcək

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.