Skip to content
09.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • İran niyə vuruldu? – Rusiya ilə anlaşmanın şok təfərrüatı
  • GÜNDƏM

İran niyə vuruldu? – Rusiya ilə anlaşmanın şok təfərrüatı

admin 23.06.2025
iranpart

İran ətrafında baş verən hadisələrin geniş, dərin və illərə yayılacaq analizi onu deməyə əsas verir ki, qlobal ciddi bir anlaşma var – hədəf isə Çindir. Anlaşmanın əsas tərəfi ABŞ və Rusiya olsa da, Avropa iştirakçı, əsas benefisiarlardan biri ola bilər

Soztv.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, İkinci Dünya müharibəsindən sonra SSRİ, 1990-cı ildən sonra isə Rusiya Avropanın əsas xammal mənbəyi, ucuz enerji və digər resurslar tədarükçüsü idi:

“Obrazlı desək, Rusiya “sağmal inək” rolunda olub, Avropa, təqribən, 80 il Rusiyanın “südündən, ətindən, yağından” gen-bol istifadə edib öz vətəndaşlarının rifah halını yüksəldirdi. Avropa özünün təhlükəsizliyini tam ABŞ-a həvalə edib, bu sahəyə az vəsait xərcləməklə öz cəmiyyətinin sosial vəziyyətini daha üst səviyyəyə çıxartdı. Ucuz xammal Rusiyadan, təhlükəsizlik çətiri ABŞ-dan – Avropa belə bir komfort zonada yaşayırdı.

Rusiyanın Ukraynaya hücumu, işğal cəhdi Avropanın komfort zonasını dağıtdı, iqtisadi tənəzzül, inflyasiya, indi də ABŞ-ın təkidi ilə hərbi xərclərin kəskin artırılması fonunda Avropaya yeni bir “donor” lazımdır və belə bir “donor” məhz İran ola bilər.

Bu gün Qərbin apardığı siyasət ona gətirib çıxartdı ki, Rusiya və İran Çinin “sağmal inəyinə” çevrilib. Çin isə yüksələn güc, iqtisadi motordur, ən əsası isə texnologi olaraq önə çıxmaq üzrədir. Bunun əsas səbəbi Rusiya və İranın ucuz təbii resurlarıdır, Çin həm İranla, həm də Rusiya ilə situativ ittifaqlar qurur, udan ancaq Pekin olur – yəni müttəfiqlik gərəyi nə Rusiyaya, nə də İrana birbaşa və güclü hərbi-strateji dəstək göstərir, tam tərsinə, hər iki ölkə müharibə içində boğuşarkən, Çin daha böyük güzəştlərlə Rusiya və İranı “sağmaqla” məşğuldur.

Məsələn, Çin İrandan gündə 1-1,3 mln. barrel arasında neft alır, dəyərinin cüzi bir hissəsini valyuta ilə ödəyir, 70-80% hissəsini isə Çin malları ilə barter edir. Barteri nəzərə alsaq, bu gün Çinə İrandan aldığı neftin hər barreli 40-45 dollara başa gəlir. Eyni vəziyyət Rusiya ilə də bağlıdır – Çin Rusiyadan qazı Rusiyanın daxili qiymətləri ilə alır, nefti 60 dollardan baha almır, taxta-şalban, metallar və s. resursları isə dünya bazarından 30-50% arası daha ucuz qiymətə idxal edir, öz mallarını Rusiyaya (Moskva çarəsizdir, başqa almağa yer yoxdur) dünya bazarından 20-25% daha baha satır, sanksiya risk marjını qiymətin üzərinə əlavə edir.

İndi görünən odur ki, ABŞ Rusiya ilə anlaşmaq, Rusiya resurslarının əsas alıcısı və moderatoru olmaq istəyir, yəni, indi də Rusiya ABŞ-ın “sağmal inəyi” olmalıdır, əvəzində isə Rusiya Ukraynada uğur qazanacaq (təəssüf ki), İran məsələsində ABŞ-a yardım edəcək. ABŞ Rusiyaya Arktika və Kosmos kimi böyük layihələrdə tərəfdaş kimi baxır, ən əsası isə Çinin iqtisadi yüksəlişinin “yanacağı” (çox geniş mənada) olan Rusiyanı Çindən aralamağı düşünür. Rusiya İranla və Çinlə daim müttəfiq ola bilməz, situativ mümkündür, amma Rusiya İranı da, Çini də daha böyük dividendlər üçün gözünü qırpmadan qurban verməyə hazırdır. Çünki tarixi perspektivdə Rusiya torpaqlarına təhlükə ancaq Çindən gələ bilər, nə Avropa, nə ABŞ fiziki olaraq o torpaqlara iddia etmək qabiliyyətində deyillər. İran isə Rusiyanın daim rəqibi, dəfələrlə müharibə apardığı coğrafiyadır. Dünyada hər şey dəyişə bilər, dəyişməz olan coğrafiya, onun diktə etdiyi addımlar, “keçmiş yoldan asılılıq”, prinsipidir.

Bir neçə illik perspektivdən baxanda Çinin iki “donorunun” əlindən alınması prosesində Avropanın da ciddi rolu olacaq – İran Avropa üçün Rusiya resurslarını əvəz edə biləcək yeganə ölkədir. Əgər İranla bağlı normallaşma olsa, Avropa 90 mln.-luq, yaxşı mənada “ac” İran bazarına çıxış əldə edəcək, Rusiyadan aldığı qədər qaz və nefti İrandan ala biləcək. Avropa şirkətləri üçün İran yeni “driver” rolunda çıxış etmə potensialı var. Bu gün, məsələn, Fransanın, Avropanın bəzi ölkələrinin İrana daha yumşaq münasibəti, İranın İsveçrədə məhz Avropa ilə danışıqlar aparması, bəzi Avropa ölkələrinin az-çox, amma İsraili qınaması, məhz gələcək konfiqurasiya ilə əlaqədardır.

Bir sözlə, çox böyük, çoxşaxəli, uzunmüddətli proses gedir ki, bunun sonunda yeni dünya düzəni də qurulacaq – əlbəttə ki, bu “sabah-birigün” olan deyil, tarix üçün 3-5 il an məsələsi, saniyədir…”

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İran televiziyasında Azərbaycana hücum çağırışı
Next: Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur – İTTİHAM VAR…

OXŞAR MÖVZULAR

1780930581_1780906537_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

admin 08.06.2026
WhatsApp Image 2026-06-08 at 20.04.01
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qaraçuxurda tikinti ilə bağlı suallar artır: Layihə lövhəsi yoxdur, təhlükəsizlik qaydalarına əməl edilirmi?

admin 08.06.2026
media-90-uyt2g9
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

Bünyad Haqverdiyev işçilərdən aylıq və təmir pulu yığır? – İddialar araşdırılmalıdır

admin 08.06.2026

XƏBƏR LENTİ

Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər 9911310e1b97fc6ac233f22419133e60
  • MƏDƏNİYYƏT

Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər

admin 08.06.2026
Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq. Bu barədə Oxu.Az-a açıqlamasında A.Bəşirqızı özü məlumat verib. O qeyd edib...
DAVAMI Read more about Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər
Əhaliyə 87 milyon manata yaxın ƏDV geri qaytarıldı 1751268552_edv
  • İQTİSADİYYAT

Əhaliyə 87 milyon manata yaxın ƏDV geri qaytarıldı

admin 08.06.2026
“ƏDV geri al” layihəsi çərçivəsində 87 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb. Məlumata görə, 2026-cı ilin yanvar...
DAVAMI Read more about Əhaliyə 87 milyon manata yaxın ƏDV geri qaytarıldı
“Bloomberg”: ABŞ NATO müttəfiqlərini “Huawei”dən imtina etməyə çağırıb huavey
  • DÜNYA

“Bloomberg”: ABŞ NATO müttəfiqlərini “Huawei”dən imtina etməyə çağırıb

admin 08.06.2026
Donald Tramp administrasiyası NATO müttəfiqlərini müdafiə xərclərinin bir hissəsini Çinin “Huawei” şirkətinin telekommunikasiya şəbəkələrindəki avadanlıqlarının və vacib...
DAVAMI Read more about “Bloomberg”: ABŞ NATO müttəfiqlərini “Huawei”dən imtina etməyə çağırıb
Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik hakan_fidan_2
  • DÜNYA

Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik

admin 08.06.2026
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik. Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər...
DAVAMI Read more about Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik
231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI – “Məlum oldu ki…” 1780928617_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI – “Məlum oldu ki…”

admin 08.06.2026
Keçmiş ADY əməkdaşı və sərnişin Rəsul Mamedov Bakı–Tbilisi–Bakı qatarı ilə səyahət təcrübəsini bölüşərək xidmət səviyyəsindən narazılığını ifadə...
DAVAMI Read more about 231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI – “Məlum oldu ki…”

Bütün yazılar

9911310e1b97fc6ac233f22419133e60
  • MƏDƏNİYYƏT

Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər

admin 08.06.2026
1751268552_edv
  • İQTİSADİYYAT

Əhaliyə 87 milyon manata yaxın ƏDV geri qaytarıldı

admin 08.06.2026
huavey
  • DÜNYA

“Bloomberg”: ABŞ NATO müttəfiqlərini “Huawei”dən imtina etməyə çağırıb

admin 08.06.2026
hakan_fidan_2
  • DÜNYA

Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik

admin 08.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.