Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Kreml Ərdoğandan sonra kimi Türkiyə prezidenti hesab edir?
  • GÜNDƏM

Kreml Ərdoğandan sonra kimi Türkiyə prezidenti hesab edir?

admin 21.04.2025
erdoganputin

Kreml rəhbərliyi hesab edir ki, əgər Rəcəb Tayyib Ərdoğan qarşıdakı prezident seçkilərində namizəd olmayacaqsa, hazırkı xarici işlər naziri Hakan Fidanın bu vəzifəyə gəlməsi Ankara-Moskva münasibətləri və Rusiyanın maraqları baxımından uyğun olardı. Fidan Türkiyənin qlobal yönümlü, təhlükəsizlik və diplomatiya sahələrində markalaşmış aparıcı fiqurlarındandır. Balkanlardan Mərkəzi Asiyadakı türk respublikalarına qədər uzanan geniş bir coğrafiyada istər TİKA rəhbəri, istərsə də MİT rəhbəri olaraq iz qoyub. İndi isə xarici işlər naziridir. Həm Şərqə, həm Qərbə dəfələrlə səfərlər edib. Qarşı tərəfdəki qurumlar onun şəxsiyyəti, xarakteri, missiyası və baxışları haqqında təsəvvür sahibidirlər.

Soztv.az xəbər verir ki, bu fikirləri siyasi yazar Ömür Çelikdönməz qeyd edib.

“Kreml rəhbərliyi düşünür ki, əgər Ərdoğan qarşıdakı seçkilərdə prezident olmayacaqsa, Hakan Fidanın bu posta gətirilməsi Ankara-Moskva əlaqələri və Rusiyanın maraqları üçün uyğundur. Hətta bu istiqamətdə işlərə artıq start verilib. Bu çərçivədə sizə olduqca maraqlı və strateji bir məsələdən bəhs etmək istəyirəm – Rusiyada iki erməni tədqiqatçı tərəfindən hazırlanmış və Rusiya kəşfiyyatının dəstəyi ilə nəşr olunmuş bir kitabdan. Kitabın müəllifləri və nəşr edənlər haqqında qısa bioqrafik məlumat vermək onun məqsədini və hansı qurumlar tərəfindən yayımlandığını anlamağa kömək edə bilər.

Erməni müəlliflər Gevorq Minasyan və Angela Simonyan “Türkiyənin ehtimal olunan gələcək prezidenti” haqqında kitab yazıblar. Rusiyada fəaliyyət göstərən “Dialoq” adlı ictimai təşkilat “Hakan Fidan – Türkiyənin mümkün gələcək prezidentinin portretindən xətlər” adlı kitabın Moskvada nəşr olunduğunu açıqlayıb. Aprelin 21-də isə Moskvada təqdimatı olacaq. Müəliflər “gələcək vəd edən türk siyasətçi Hakan Fidanın şəxsiyyət kodunu açmağa çalışıblar.

Kitabın həmmüəllifi Gevorq Minasyan Ermənistan Milli Təhlükəsizlik Xidmətindən təqaüdə çıxmış polkovnikdir. 1996–2022-ci illərdə Müdafiə Nazirliyində müxtəlif əməliyyat və inzibati vəzifələrdə çalışıb. MDB-nin Terrorla Mübarizə Mərkəzində Ermənistanın səlahiyyətli nümayəndəsi olub. Minasyan Ermənistanın dövlət və nazirlik mükafatları ilə yanaşı, MDB Terrorla Mübarizə Mərkəzi və Rusiya FTX-si tərəfindən də təltif edilib. O, türk dili də daxil olmaqla, bir neçə xarici dili bilir. Müəllif kitabını xidmətdə olduğu dövrdə türk kəşfiyyatına qarşı mübarizə aparan polkovnik Karen Parunakyanın xatirəsinə ithaf edib. Parunakyanın isə türk agenti Murad Bojolyanı ifşa edən şəxs olduğu düşünülür.

Kitabın digər müəlliflərindən biri Angela Simonyandır. O, İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin məzunudur, Türkiyənin hərbi-sənaye sahəsində araşdırmalar aparır.

“Dialoq” kitab seriyasının yaradıcısı və nəşriyyatçısı Yuri Navoyan tanınmış politoloqdur. O, Rusiya XİN-in “Tərəfdaşlıq” medalı ilə təltif olunmuş ilk Ermənistan vətəndaşıdır. Navoyan İrəvan Dövlət Universitetində, Rusiya Diplomatik Akademiyasında və Harvardda təhsil alıb. Moskvada Rusiya-Erməni Əməkdaşlıq Təşkilatının rəhbəri kimi diaspor və siyasi əlaqələrin inkişafına töhfə verib”, – məqalədə bildirilib.

Yazarın qeydinə görə, müəlliflər Hakan Fidanın kəşfiyyat və diplomatik bacarığı ilə yanaşı, analitik qabiliyyətinə də diqqət çəkiblər:

“Müəllif heyətinə görə, Hakan Fidan istehbaratın və diplomatiyanın mahiyyətini yaxşı bilir. Xarici İşlər Nazirliyində işləməyə başlayaraq, bu qurumu istehbaratın struktur bölmələrindən birinə çevirməyə başlayıb. Bu proses hələ də davam edir. Fidan artıq ictimaiyyət qarşısına çıxır, çıxışlar edir və natiqlik qabiliyyəti, auditoriya ilə işləmək bacarığı var.

O, həmçinin istehbaratın ağırlığını da daşıyır – görüşə getməzdən əvvəl qarşı tərəfin psixoloji profilini öyrənir. Bu, istehbaratla diplomatiyanın sintezidir və özü bunu “kəşfiyyat diplomatiyası” adlandırır.

Türkiyə cəmiyyətindəki mövcud parçalanmanı nəzərə aldıqda, Fidanın kürd mənşəyi, sistemli yanaşması, Qərblə əlaqələri və Ərdoğana sədaqəti onu ölkənin gələcək liderlərindən biri kimi ön plana çıxarır. Ərdoğanın varisləri arasında birinci və ya ikinci yerdə ola bilər. Sistemli, təmkinli, təcrübəli və beynəlxalq əlaqələri var. Həm müxalifət, həm də elit təbəqənin bir hissəsi belə bir fiqurla razılaşa bilər. Ərdoğan kimi “küçədən gələn siyasətçisi” deyil – o, analitikdir, idarəçidir. Üstəlik, etnik mənsubiyyəti kürddür ki, bu da kürd seçicilərin səsini cəlb edə bilər. O, ənənələrin davamı kimi təqdim olunur: guya ulu babası Sultan dönəmində kəşfiyyat rəhbəri olub və imperiyaya xidmət edib. Bu isə həm islamçılar, həm də millətçilər üçün birləşdirici obraz yaradır”.

Çelikdönmez ”Dialoq”təşkilatının fəaliyyəti ilə bağlı məlumatı da bölüşüb:

“Dialoq” 3 aprel 2017-ci ildə Moskvada qurulub. Onun yaradılmasında məqsəd Ermənistan-Rusiya əməkdaşlığının maraqlarını qorumaq, Ermənistan-Rusiya dialoqunu saxlamaq, gücləndirmək və genişləndirməkdir. Bu birlikdə əsasən erməni siyasi şərhçilər, hüquqşünaslar, jurnalistlər və yeni nəsil iş adamları, eyni zamanda Ermənistanın dostları yer alır”.

Müəllifə görə, Kremlin “yumşaq güc” alətlərindən biri olan “Dialoq” tərəfindən bu kitabın hazırlanması birbaşa siyasi mesaj daşıyır:

“Aydın görünür ki, Rusiya Türkiyə ilə münasibətlərində Ərdoğandan sonrakı dövrə hazırlaşır. Hakan Fidanın xarici siyasət xətti, Rusiyaya yanaşması və s. bu baxımdan əhəmiyyətlidir. Elə bil bu kitab vasitəsilə Hakan Fidana bir “dost əli” uzadılır. Ekspertlərə görə, bu cür portret kitabları ictimai rəyi yoxlamaq və yönləndirmək üçün istifadə olunur. Kitab həm Türkiyəyə “Sizi yaxından izləyirik, hər şeyinizi bilirik” mesajı verir, həm də Qərbə “Biz Hakan Fidanı potensial lider olaraq görürük və münasibətlərimizi buna görə quracağıq” siqnalını ötürə bilər. Fidan Kremllə güclü əlaqələri olan və praqmatik lider kimi xarakterizə olunur. Bu səbəbdən, Ərdoğandan sonrakı dövrdə Rusiya ilə yaxın əməkdaşlığı davam etdirə biləcək bir profil kimi önə çıxarılması strateji yanaşmadır”.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Prezident Əliyev sabah bu ölkəyə səfər edəcək
Next: Bu şəxslərə 2500 manat veriləcək – Sərəncam

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.