Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Vidadi Zeynalovun qızının evini baş həkimə satacaqdı – Həbs edilən MTK sədrinin işinin TƏFƏRRÜATI
  • ARAŞDIRMA

Vidadi Zeynalovun qızının evini baş həkimə satacaqdı – Həbs edilən MTK sədrinin işinin TƏFƏRRÜATI

admin 24.03.2025
1742742680_1
Ləğv edilmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri olmuş Vidadi Zeynalovun mənzilini başqa şəxsə satmaq istəyən MTK sədri həbs edilib. MTK sədri istintaqdan yayındığı üçün axtarışa verilibmiş.
Soztv.az Musavat.com-a istinadən xəbər verir ki, iş üzrə zərərçəkmiş şəxs 1 saylı uşaq poliklinikasının keçmiş baş həkimi Ceyran Məmmədovadır.
O, “Azər-Ross İk” MTK-dan mənzil almaq istəyərkən aldadılıb. MTK-nın sədri Rauf Kərimov 2015-ci ildə 87 min 500 manat dəyəri olan evi Ceyran Məmmədovaya satacağını deyib. İlkin ödəniş olaraq 46 min manat alıb. Qalan məbləğləri isə hər ay hissə-hissə əldə edib.
Mənzilin pulunu ödədikdən sonra C.Məmmədova öyrənib ki, mənzil başqa şəxsə məxsus olub. Mənzilin sahibi isə Vidadi Zeynalov olub. Məlumata görə həmin mənzildə hazırda Vidadi Zeynalovun qızı yaşayır.
Rauf Kərimov uzun illər dəymiş zərəri qaytaracağını vəd edib. Lakin çox az bir hissəsini ödəyib. Onun barəsində çoxsaylı şikayətlər edilib. R.Kərimov əvvəl həbs edilsə də, sonradan azadlığa buraxılıb. Sonra yenə axtarışa verilib. İstintaqdan yayınsa da polislər onu tapa bilib.
Məhkəmədə dindirilən zaman Rauf Kərimov deyib ki, pula ehtiyacı olduğu üçün həmin mənzili zərərçəkmiş şəxsə satıb:
“Mənzilin başqa sahibi olduğunu bilirdim. Amma pula ehtiyacım olduğu üçün satmağı qərarlaşdırdım. Fikirləşdim ki, sonra pulu qaytararam. Aldığım pulları xəstəliyim üçün xərcləmişəm. Zərərin cəmi 16 min manatını qaytara bildim. Sonra onların zənglərinə cavab vermədim”.
Zərərçəkmiş Ceyran Məmmədova deyib ki, evin pulunu tam ödədikdən sonra məznilin başqa adamın olduğunu biliblər:
“Rauf telefonda ağlayırdı ki, pulu qaytaracaq. Sonra telefonlara da cavab vermədi. Dəfələrlə Raufun anası və qohumları ilə görüşmüşük. Anası iş yerimə gələrək Raufdan şikayət etməməyimi xahiş edirdi. Yaylığını önümə ataraq vaxt istəyirdi. Mən də həmişə güzəşt etmişəm. Amma sonradan gördüm ki, pulu qaytarmaq fikirləri yoxdur”.
Məlumata görə zərərçəkmiş tərəf mənzilin başqa şəxsə məxsus olduğunu mənzilin eyvanında kondisioner quraşdırıldığını görən zaman biliblər. Belə ki, onlar binanın yanından keçəndə eyvanda kondisioner görüblər. Maraqlanan zaman evin Vidadi Zeynalova məxsus olduğunu, qızının yaşadığını biliblər.
Zərərçəkmiş tərəfin ifadələrindən məlum olub ki, ödənilən 16 min manatı Rauf Kərimovun qohumları veribmiş. O da məlum olub ki, Rauf Kərimov özünü Vidadi Zeynalovun kirvəsi kimi təqdim edirmiş.
Vidadi Zeynalovun qızı Leyla da məhkəmədə ifadə verib. Deyib ki, həmin mənzil 2008-ci ildə alınıb və hazırda çıxarışla ona məxsusdur.
Məhkəmə Rauf Kərimovu törətdiyi cinayət əməlində təqsirli bilib. Hökmə əsasən Rauf Kərimov 5 il 6 ay azadlqıdan məhrum edilib.
Xatırladaq ki, Vidadi Zeynalov 2015-ci ildə həbs edilmişdi. Onun çalışdığı qurumda korrupsiya cinayətlərinə görə həbslər başlayan zaman o da saxlanılmışdı. Onun çoxsaylı əmlaklarının üzərinə həbs qoyulmuşdu. Vidadi Zeynalov 2015-ci ildə həbs edilərkən 13 il azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 ilə endirmiş, 2019-cu ildə cəzasını çəkərək azadlığa çıxmışdı.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İsmayıllıda şagird sinif yoldaşını yaralayıb – SƏS YAZISI
Next: “Bakı Abadlıq Xidməti” Şəhid oğlunun pulunu ödəmir?! -Yaqub Eyyubov bilsə ki,…

OXŞAR MÖVZULAR

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1f74a5c3f621ce90fb511cc12ba176cf
  • ARAŞDIRMA

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

admin 15.07.2026
94076e9e1f2713c67529c07b1322c710
  • ARAŞDIRMA

Pirverdiyevin adamı hakim qarşısında – 3 milyonluq iş

admin 14.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.