Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Bakıda kriminal avtoritetin qardaşı oğlunu öldürmək istəyən “Batya” ağır cəza aldı – İLGİNC TƏFƏRRÜAT
  • ARAŞDIRMA
  • GÜNDƏM

Bakıda kriminal avtoritetin qardaşı oğlunu öldürmək istəyən “Batya” ağır cəza aldı – İLGİNC TƏFƏRRÜAT

admin 18.03.2025
1742223492_1742198977_777

Sabunçudakı kriminal hesablaşmaya görə açılan cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. 12 bıçaq zərbəsi alan Natiqin sağ qalmasına həkimlər də inanmayıb. Natiq onu öldürmək istəyən şəxsi bağışlayıb.

Musavat.com xəbər verir ki, adam öldürməyə cəhddə ittiham edilən Bəhrəm İbayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Ona qarşı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) və qanunsuz olaraq odlu silah gəzdirmə maddələri ilə ittiham irəli sürülüb.

Bəhrəm İbayev kriminal aləmdə “Batya” ləqəbi ilə tanınıb. Onun öldürmək istədiyi şəxs isə Natiq Hüseynovdur. Natiq Hüseynov da kriminal aləmdə kifayət qədər nüfuza sahib olan şəxsdir. O, 2014-cü ildə qəsdən adam öldürməyə görə 9 il həbs cəzası alıb və cəzası başa çatdıqdan sonra azadlığa çıxıb. Natiqin əmisi Etibar Hüseynov da kriminal aləmdə söz sahibi olan şəxslərdən biridir.

Qeyd edək ki, “Batya”nın qardaşları Namiq İbayev və Hamlet İbayev də kriminal aləmə yaxınlığı ilə seçilirlər. İbayev qardaşları bir neçə dəfə həbsxana həyatı yaşayıblar. Natiq Hüseynov sonuncu dəfə həbsdə olanda Hamlet İsayevlə eyni cəzaçəkmə müəssisəsində olublar.

Namiq İbayev də bir neçə il əvvəl Sabunçuda “Quli” və Rövşən Canıyevin tərəfdarları arasında baş verən kriminal hesablaşma zamanı saxlanılıb, bir neçə il həbsdə yatdıqdan sonra azadlığa çıxmışdı.

“Batya” ilə Natiqin hesablaşması…

Bəhrəmlə Natiq arasındakı münasibətlər ikincinin həbsdən çıxmasından sonra pozulub. Onlar arasında bir neçə dəfə sözlü mübahisə olub.

Tərəflər arasındakı qanlı hesablaşmanın səbəbini izah edən “Batya” deyib ki, Natiq əvvəlcə ona salam vermədiyini əsas gətirərək irad bildirib.

“Məni görüşə çağırdı. Mənə dedi ki, salam verməməklə hörmətsizlik edirəm. Mən isə ona qarşı hörmətsizlik etmədiyimi bildirdim. Onun maşınına minib kənar yerdə söhbət etməyə getdik. Orada mənim üstümə odlu silah çıxardı. Yenə eyni söhbəti açdı ki, ona qarşı hörmətsizlik etmişəm. Dedim ki, silahı camaatın anasına, bacısına sataşana çıxararlar. Səs-küyə qonşular çıxanda maşına minib Sabunçuya qayıtdıq. Mən maşından düşəndə Natiqin əmisi Etibar və digər şəxslər orada idi. Mənə dedilər ki, salamatçılıqdır? Dedim ki, məndə salamatçılıqdır, amma sizdə yox…

Bu söhbətdən sonra heç bir görüşümüz, söhbətimiz olmadı. Mən 2 ay rayonda oldum. Qayıdanda eşitdim ki, Natiq məni söhbətə apardığını, cəzalandırdığını deyib. Bunun həqiqət olmadığını dedim. Məsələni aydınlaşdırmaq üçün onunla görüşdüm. Sabunçuda parkın içərisində olan kafedə Natiqi gördüm. Söhbəti ona açdım. Dedi ki, əcəb edib. Əlini belinə atmaq istəyəndə bıçağı çıxarıb onu vurdum. Yenə əlini belinə atmaq istəyirdi, amma imkan vermədim. Neçə bıçaq vurduğumu xatırlamıram”.

Natiq Hüseynov məhkəmədə dindirilən zaman “Batya”nı bağışladığını deyib. İfadəsində “Batya” ilə arasında yaranmış narazılığın başqa bir səbəbini də izah edib:

“Düzdür, ilk dəfə mənə salam vermədiyinə görə görüşmüşük. Həmin söhbətdə ona zəif adamları incitməməsini də dedim. Sabunçuda bərbərləri, kafe sahiblərini incidirdi. Bu hərəkətlərini yığışdırmasını istəmişdim. Çünki incidilən şəxslər ondan çəkindiyi üçün heç nə deyə bilmirdilər”.

Natiq deyib ki, hadisə vaxtı ilk olaraq başına ağır zərbə dəyib. Özünə gəlməyə macal tapmamış çoxsaylı bıçaq zərbələri alıb. Natiq deyib ki, mətbəxə keçərək bıçaq götürmək istəyib, amma taqətdən düşərək yıxılıb.

İfadəsinin sonunda Natiq bildirib ki, Bəhrəmin ona çoxsaylı zərbələr endirməsində məqsədi onu öldürmək olub. Natiq “Batya”dan şikayətçi olmadığını, onu bağışladığını deyib.

Məhkəmə Bəhrəm İbayevi törətdiyi əməldə təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhrəm İbayev 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Natiq 12 bıçaq zərbəsi aldıqdan sonra Sabunçudakı 2 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. İlk olaraq həkimlər onun öldüyünü düşünüb. Çoxlu qan itirən Natiqə edilən son müdaxilə ilə onu həyata qaytarmaq mümkün olub.

 

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “B2B GROUP” il ərzində ƏƏSMN-dən 12 milyonluq tender udub- ARAŞDIRMA
Next: USAID-TƏBİB əməkdaşlığı: milyonların aqibəti araşdırılacaqmı? – İLGİNC FAKTLAR…

OXŞAR MÖVZULAR

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.