Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “B2B GROUP” il ərzində ƏƏSMN-dən 12 milyonluq tender udub- ARAŞDIRMA
  • CƏMİYYƏT
  • ÖLKƏ

“B2B GROUP” il ərzində ƏƏSMN-dən 12 milyonluq tender udub- ARAŞDIRMA

admin 18.03.2025
1742275801_tia_95b4043740e031ac6f8cc1132219f393_x6khefbaor5zj701w8g3

Dövlət qurumlarının öz ehtiyaclarını qarşılamaq, lazım olan avadanlıq və digər məhsulları almaq üçün tender keçirməsi qanunun tələbidir. 

Bu tenderlərin bəzilərində ortaya çıxan mənzərə isə sanki hanısas şirkətlərin məhz bir dövlət qurumunun tenderlərini udmaq üçün yardıldığı təsəvvürü yaradır.
Qeyd edək ki, son bir ildə ən çox tender udan şirkətlərdən biri də “B2B GROUP” MMC-dir. 2024-cü il ərazində 31 tenderə qatılan və qalib olan şirkət, 13 milyon 284 min 525 manatlıq satınalma müqaviləsi imzalayıb.
Məsələnin maraqlı tərəfi odur ki, həmin 31 tenderdən 11-i yalnız bir nazirliyin keçirdiyi müsabiqələrdən ibarət olub.
Açıq mənbələr üzərindən apardığımız araşdırmalar zamanı məlum olub ki, “B2B GROUP” MMC ümumi tenderlərin 1/3-i məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi müsabiqələrdən ibarət olub.
Məsələn, ƏƏSMN-in tabeliyində olan DOST Mərkəzi ilə sözügedən şirkət arasında ötən il ərzində 4 tender keçirilib. Bu satınalma müqavilələrinin ən kiçik rəqmlisi 294 min manat təşkil edib. Ümumilikdə isə DOST-la , “B2B GROUP” MMC arasında 4 milyon 735 min 553 manat alış-veriş olub. Bu isə ümumi tenderlər üzrə olan məbləğin 30 faizinə bərabərdir.
Lakin açıq mənbələrdə yayılan daha bir məlumat var ki, həmin satınalma məsələsi rəsmi tender saytında qeydə alınmayıb. Söhbət ötən ilin fevralında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) ilə “B2B Group” MMC arasında 5 milyon 389 min 546 manat təşkil edən Gəncə DOST və Protez-Ortopedik Bərpa Mərkəzi və Sumqayıt DOST Mərkəzində istifadə olunacaq İT və yardımçı avadanlıqların satın alınmasından gedir. Hərçənd bu məlumatın rəsmi tender saytında olmaması təəccüblüdür. Bu rəqəmi də ümumi tenderlərə şamil etsək, o zaman tender sayının 33 olduğu, ümumi məbləğin isə 18 milyon 600 manat trəşkil etdiyi aydınlaşacaq.
Belə olan təqdirdə, “B2B GROUP” MMC-nin təkcə DOST-la bir ildə 6 satınalma müqaviləsi imzlayıb ki, onun da ümumi dəyəri 10 milyon manata bərabərdir. Bu isə keçirilən ümumi tenderlərin 18 faizi, ümimi məbləğin isə 56 faizi deməkdir.
Amma “B2B GROUP” MMC ƏƏSMN-in başqa qurumları, eləcə də nazirliyin birbaşa özü ilə də satınalma müqavilələri imzalayıb. Məsələn, ƏƏSMN-in tabeliyində olan Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyi ilə şirkət arasında iki anlaşma əldə olunub. Ki, bu da 2 milyon 68 min 82 manat təşkil edib.
ƏƏSMN-in bir başqa qurumu olan Sosial Xidmət Agentliyi də sözügedən şirkətlə iki satınalma müqaviləsi imzalayıb. Bunun üçün nazirliyin qurumu MMC-yə 334 min manat pul ödəyib.
ƏƏSMN-in tabeliyindəki Dövlət Əmək Müfəttişliyi də “B2B GROUP”la müqaavilə bağlayıb. Bunun müqabilində isə 81 min 724 manat pul alıb. Analoji hal Dövlət Sosial Müdafiə Fondu ilə də yaşanıb. Lisenziyaların və sertifikatların satın alınması işlərinə görə, “B2B GROUP” MMC ilə 479 min 898 manatlıq razılaşma əldə olunub.
Yekun olaraq bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də “B2B GROUP” MMC-dən maşın və avadanlıqlar satın alıb və bunun müqabilində 47 min 277 manat ödəyib.
Maraqlı məqamlardan biri də odur ki, bu ilin əvvəlindən martın 15-nə kimi “B2B GROUP” MMC ƏƏSMN-in keçirdiyi daha 3 tenderin qalibi olub. Onlardan ikisi DOST Mərkəzinə aid olub və ümumi dəyəri 670 min manat təşkil edib. Digəri isə Dövlət Məşğulluq Agentliyinin keçirdiyi tenderdir ki, onun üçün də sözügedən şirkət 399 min 471 manat pul alıb.
Bu müsabiqə və tenderlərin təhlilindən belə başa düşülür ki, “B2B GROUP” MMC-nin il ərzində udduğu 18 milyon 600 min manatlıq tenderlərin 70 faizi (12 milyon 813 min manat) məhz bir nazirliyə məxsus olub. Maraqlıdır, həmin tenderlərin hamısı ən bahalı olanlardır. Halbuki digər dövlət qurumları ilə (MN-i çıxmaq şərti ilə) bir dənə də olsun milyonluq tender satınalmasına dair müqavilə bağlamayıb. Və ya həmin tenderləri uda bilməyib. Elə bunun özü kifayət qədər şübhələrə yol açır.
B2B GROUP MMC-nin Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Qəzənfər Musabəyov (Rəsulzadə qəsəbəsi), ev 91 ünvanında yerləşir. Lakin şirkətin oturduğu faktiki ofis isə Nərimanov r-nu, Əhmədbəy Ağaoğlu küç, 45 ünvanındadır. MMC-nin qanuni təmsilçisi isə Bəşirov Ramal Bəşir oğludur.
Mediada gedən məlumatlara görə, Ramal Bəşirov əvvəllər 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olmuş mərhum Fazil Məmmədova məxsus olduğu iddia edilən “Caspel” şirkətində çalışıb. Həmçinin “B2B Group” MMC-nin də sahibinin keçmiş məmur olduğu bildirilir. İddialara görə, şirkətin sahibi 2015-ci ildə ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Səbail Rayon İdarəsinin keçmiş rəisi, daha sonra isə nazir müavini vəzifəsində çalışmış general-mayor Elçin Əliyevdir. Elçin Əliyev də “MTN işi” çərçivəsində tutduğu vəzifədən azad edilib. Lakin “B2B Group” MMC-dən bu barədə mediaya verilən açıqlamada şirkətin Elçin Əliyevə məxsus olduğu barədə məlumat təkzib edilib.(tribunainfo.az)
Yazıda adı keçən dövlət qurumları və sözügedən şirkətin mövqeyini də dərc etməyə hazırıq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Neftimiz bu gün də bahalaşdı
Next: Bakıda kriminal avtoritetin qardaşı oğlunu öldürmək istəyən “Batya” ağır cəza aldı – İLGİNC TƏFƏRRÜAT

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.