Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Bu qurumdakı şəbəkə haqda şok – DTX ortaya elə cinayətlər çıxara bilər ki…
  • GÜNDƏM

Bu qurumdakı şəbəkə haqda şok – DTX ortaya elə cinayətlər çıxara bilər ki…

admin 12.03.2025
1741756731_1
Son vaxtlar yeni təyin edilən bəzi məmurlar – nazirlər, müavinləri, agentlik, publik hüquqi şəxs rəhbərləri, müavinləri və s. etimadı doğrultmur. Nəticədə ya vəzifədən çıxarılır, ya töhmət verilir, ya da barələrində istintaq araşdırması aparılır.

Dövlət Turizm Agentliyinin rəhbərliyində təmsil olunan xeyli yüksək vəzifəli məmurlar da eyni aqibəti yaşamaqdadır.

Belə ki, əvvəlcə Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edildi. Ardınca Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən şübhəli şəxs kimi saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda Agentliyin bir sıra vəzifəli şəxsləri, o cümlədən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılıb.

“Köhnə qvardiya” üzvləri olan məmurlar 2018-dən etibarən idarəetmədən uzaqlaşdırılanda yerlərinə gənc kadrlar gətirildi. Deyilirdi ki, gənclərin vəzifələrə irəli çəkilmələri effektiv olacaq.

Son baş verənlər, eləcə də bundan öncəkilər deməyə əsas verirmi ki, gənc kadrlarla bağlı deyilənlər əslində çox şişirdilib?

Globalinfo.az-ın suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz hansısa fərdin əməlinin ümumiləşdirilməsinin əleyhinə olsa da, sualımızla böyük ölçüdə razılaşır:

“Məsələ burasındadır ki, istənilən nəslin nümayəndəsi yetişdiyi mühitin insanıdır. Dolayısı ilə, özünün mənəvi dünyasında mənsub olduğu nəslin ümumi xarakteristikasından da müəyyən izlər daşıyır. Sizin “köhnə qvardiya” adlandırdığınız nəslin insanları korrupsiyaya və rüşvətə “hörmət” kimi baxdıqlarından dövlət əmlakını talamaqda bir qüsur görmür, əksinə, talama yarışına girirdilər. Ölkəmiz uzun illər məhz bu korrupsioner məmurların “hörmətcilliyi” sayəsində soğan kimi soyulub müflisləşdi. Amma onlardan sonra gələn nəsil də ya həmin şəxslərin övladları, ya da yaxın qohumları olduğu üçün eyni tərbiyə ilə yetişiblər. Nəticədə nəfsləri sələflərindən çox da fərqlənmir”.

Bunun ən bariz nümunəsinin Dövlət Turizm Agentliyində yaşananlar olduğuna diqqət çəkən Heydər Oğuz xatırladıb ki, Agentliyin sədri Fuad Nağıyevə işində yol verdiyi bağışlanmaz səhvə görə əvvəl töhmət verildi:

“Ardınca da tabeliyindəki bəzi şəxslər işdən uzaqlaşdırıldı, istintaqa cəlb edildi. Sonra isə onlardan biri DTX tərəfindən həbs olundu. Məlum oldu ki, bu adamlar dövlət sirrini əcnəbilərə satıblar. Yəqin ki, DTX işi araşdırdıqca dövlət orqanlarında kök salmış bu qruplaşmanın daha böyük cinayətləri ortaya çıxacaq və başda Fuad Nağıyev olmaqla qrupun bütün aparıcı şəxsləri layiqli cəzalarını alacaqlar. İndidən onların bir sıra cinayətləri media orqanlarında hallandırılır. İddialara görə, bu adamlar Azərbaycanın mətbəx mədəniyyətinin bir sıra nümunələrini ermənilərə satıblar. Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru olmuş, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov mətbuata verdiyi açıqlamada bunu açıq şəkildə dilə gətirərək bildirir: “Adamı incidən odur ki, niyə ölkəmizə bu qədər ziyan vurdular? Bu 3 ildə milli mətbəximizə elə zərbə vurdular ki, 30 ilə çətin düzələ. Çox şeyi ermənilərə verdilər, bəla bundadır. Mətbəxi qorumaq, təbliğ etmək, inkişaf etdirmək üçün ayrılan pulları mətbəximizin əleyhinə yönəltdilər. Prezidentin etimadının, etibarının ən böyük şərəf və məsuliyyət olduğunu unutdular. Bunları pula satdılar. Bu, çox ağrıdıcıdır. Təəssüf edirəm!”.

Heydər Oğuzun fikrincə, bu iddialar doğrudursa, deməli, Fuad Nağıyev və onun komandası mahiyyət etibarilə öz korrupsioner sələflərindən fərqlənməyiblər:

“Onlar da dövlət əmlakına, milli dəyərlərə sələfləri kimi amansız yanaşır, əllərinə keçəni mənimsəyir, əllərinə keçməyəni isə əcnəbilərə satıblar. Və bundan zərrə qədər də vicdan əzabı çəkməyiblər. Çünki dövlət əmlakına, onun dəyərlərinə, maraqlarına öz dövlətlərinin mülkiyyəti kimi baxmayıblar. Bunu isə sələfləri olan “köhnə qvardiya”dan öyrəniblər. Zira dövlət əmlakına qənim kəsilənlər, onu oğurlayıb xarici dövlətlərə daşıyaraq özlərinə cah-cəlal quranlar da əslində, idarə etdikləri strukturlara özgə malı kimi baxdıqlarından onu rahatlıqla talamağı uyğun görürdülər. Sadəcə, birincilərin əlində hələ talana biləcək dövlət əmlakları var idi və onlar da tamahlarını həmin əmlaklara salmışdılar. İndi isə həmin əmlaklar tükənib və yeni kadrlara yalnız dövlət sirrini satmaq qalıb. Yenilərin də əli bu strateji məlumatlara çatdıqlarından eynilə sələfləri, ataları, əmiləri, dayıları kimi onu satmaqla var-dövlət sahibi olmağa çalışırlar. Bu baxımdan dövlət sirrini satanla dövlət əmlakını satanlar arasında elə də ciddi fərq yoxdur. Azərbaycan hakimiyyəti dövlət sirrini və əmlakını hərraca çıxaranlara da eyni gözlə baxmalı, öz dövlətinə düşmən kəsilənləri ən ağır şəkildə cəzalandırmalıdır”.

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Abşeron təhsilində MALİYYƏ BÖHRANI – MAAŞLARI KİM ‘BUDAYIB’?
Next: Neftçilərimiz az qala qul kimi işlədilir… neft pullarımız isə xaricilərə yedirilir…

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.