Skip to content
06.03.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Məşhur klinikalar saxta diplomlu Musa Kılıçı necə işə götürüb? – İLGİNC FAKTLAR-VİDEO
  • GÜNDƏM

Məşhur klinikalar saxta diplomlu Musa Kılıçı necə işə götürüb? – İLGİNC FAKTLAR-VİDEO

admin 12.03.2025
1741721730_1
Xəbər verdiyimiz kimi, Türkiyə vətəndaşı olduğu deyilən uzman fizioterapevt kimi tanınan Musa Kılıç peşə ixtisasının tanınması üçün Səhiyyə Nazirliyində keçirilmiş imtahana dəvət olunub. O, imtahanda müvafiq keçid balını toplaya bilməyib.

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Bundan əvvəl isə ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova Musa Kılıçın saxta sənədlərlə fəaliyyət göstərdiyini, buna baxmayaraq, il ərzində 500 min manat pul qazandığını sübut edən dəlillər paylaşmışdı.

Bundan sonra Musa Kılıçın fəaliyyətinin dondurulması gözlənilirdi. Lakin o, azərbaycanlıları təhqir etdiyi səs yazısı yaydı və hamıya meydan oxudu.

Bəs, Musa Kılıc bu gücü haradan alır?

Ümumiyyətlə, Azərbaycana nə vaxt və necə gəlib? Buradakı karyerasına hardan başlayıb?
Bununla bağlı Bakupost.az araşdırma aparıb və maraqlı faktlar üzə çıxarıb.

Məlum olub ki, Musa Kılıçın Azərbaycana ayaq açması onun gürcü əsilli zaqatalalı bir xanımla evlənməsindən sonra baş verib. Bundan sonra o, çalışmaq üçün müxtəlif klinikalara müraciət edib. Özünü peşəkər həkim kimi təqdim edən Musa Kılıça ilk qapını 2018-ci ilin axırında Bakı Bərpa Mərkəzi açıb. Amma burada uzun zaman işləyə bilməyib. Bir neçə aydan sonra həmin mərkəzdən qalmaqalla ayrılıb. Daha sonra Musa Kılıç ARS Reabilitasiya Mərkəzində çalışıb, bir müddət sonra isə “İstanbul NS” klinikasına transfer olunub.

Məlumata görə, bu klinikada işləri pis getməyib. Onun aylıq qazancı 40-50 min civarında olub. Sonradan elə bu qazanc üstündə rəhbərliklə arası dəyib və işdən uzaqlaşdırılıb. Bir müddət sonra isə o, özünə “Medera” hospitalda yer edib. Bu günə kimi də həmin hospitalda fəaliyyət göstərir.

Maraqlıdır ki, adları çəkilın klinikalar onu işə qəbul edərkən ixtisasca həkim olduğunu təsdiqləyən sənədi niyə yoxlamayıblar? (Bu barədə klinikalara sorğu ünvanlamışıq, cavablarını təqdim edəcəyik).

Tutaq ki, klinika rəhbərləri öz qazancları üçün buna göz yumublar, bəs Səhiyyə Nazirliyi bu illər ərzində bu faktı niyə görməzdən gəlib?

Nazirlik hansı marağa görə, müvafiq sənədlər olmadan işə götürülən bu şəxsə görə klinikalara “gözün üstə qaşın var” deməyib? Yayılan videolardan, sənədlərdən də görünür ki, bu adam yüksək məbləğdə pul əldə edib.

Görəsən, vergi orqanlarının “lupası” bunu niyə göstərməyib?

Və ən əsas sual: Saxta sənədlərlə və ya sənədsiz ayda 50 min pul qopartdığı bir milləti niyə təhqir edir? Bu nifrət haradandır?

Fikrimizcə, bu məqam üzərində düşünmək lazımdır. O nöqtədən başlamaq lazımdır ki, Musa Kılıç Türkiyənin Artvin bölgəsindədir. Bu bölgədə isə ermənilər çox yaşayır…

Biz indiyə kimi yalnız ermənilərdən bu cür davranış görmüşük: həm çörəyimizi yeyiblər, həm də özümüzü söyüb hər cür düşmənçilik ediblər…

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Vidadi İsayev şəxsi obyektində “JEK” işçilərini qula çevirib – görüntülər yayıldı… VIDEO
Next: Deputat oğlunun OLİQARX HƏYATI… – HƏDDƏN ARTIQ TƏMTƏRAQ VƏ…

OXŞAR MÖVZULAR

fidan-arakci
  • GÜNDƏM

Türkiyəyə raket atıldı, Fidan Arakçıya zəng etdi

admin 04.03.2026 0
tranp
  • GÜNDƏM

Trampdan müjdə: Təbrizin istəmədiyi layihəni rədd etdi

admin 04.03.2026 0
zaur
  • CƏMİYYƏT
  • GÜNDƏM

“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…

admin 04.03.2026 0

SON YAZILAR

fidan-arakci
GÜNDƏM

Türkiyəyə raket atıldı, Fidan Arakçıya zəng etdi

admin
04.03.2026 0
hava
CƏMİYYƏT

Növbəti 2 gün hava necə olacaq?

admin
04.03.2026 0
vens
DÜNYA

Vensin İranla bağlı susqunluğu suallar yaradır – KİV

admin
04.03.2026 0
serencam
SİYASƏT

Prezident onlara xüsusi təqaüdlər verdi

admin
04.03.2026 0

Bütün yazılar

fidan-arakci
  • GÜNDƏM

Türkiyəyə raket atıldı, Fidan Arakçıya zəng etdi

admin 04.03.2026 0
hava
  • CƏMİYYƏT

Növbəti 2 gün hava necə olacaq?

admin 04.03.2026 0
vens
  • DÜNYA

Vensin İranla bağlı susqunluğu suallar yaradır – KİV

admin 04.03.2026 0
serencam
  • SİYASƏT

Prezident onlara xüsusi təqaüdlər verdi

admin 04.03.2026 0
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.